Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan


Beynəlxalq marketinqin mahiyyəti və xüsusiyyətləri



Yüklə 1,17 Mb.
səhifə90/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   84   85   86   87   88   89   90   91   92
C fakepathMühazir l r - texniki marketinq

2.Beynəlxalq marketinqin mahiyyəti və xüsusiyyətləri

  • Praktikada marketinq sahəsində xarici iqtisadi fəaliyyət beynəlxalq marketinq adını almışdır (international marketinq).

  • Beynəlxalq marketinq dünya iqtisadiyyatının qloballaş­ması şəraitində dünya birliyinin müasir vəziyyəti ilə əlaqədar olan obyektiv prosesdir. Beynəlxalq marketinqin meydana gəlməsi və inkişafının əsas səbəbləri:

    • dünya birliyinə daxil olan ölkələrin əsasən siyasi və iqti­sadi müstəqilliyi və beynəlxalq münasibətlərdə müstəqil siyasət yeritmələri;

    • beynəlxalq və milli qanunvericiliklər, onların fərqli cəhət­ləri və uyğun-laşdırılması;

    • əmtəə istehsalçıları arasında yüksək rəqabət mövcud­luğu;

    • bir çox inkişaf etmiş ölkələrdə əhalinin həyat səviyyəsi­nin yüksəlməsi ilə əlaqədar olaraq bütün növ əmtəələrə və onla­rın keyfiyyətinə olan tələbatın yüksəlməsi;

    • xidmətlərin beynəlxalq bazarının yüksək sürətdə inkişafı;

    • beynəlxalq əmək bölgüsünün dərinləşməsi;

    • beynəlxalq ticarətin liberallaşdırılması;

    • ayrı-ayrı ölkələrdə əmtəə istehsalının daxili tələbatdan ar­tıq istehsal olunması;

    • yeni əmtəələrin istehsalının artması;

    • bazar infrastrukturasının inkişafı;

    • beynəlxalq ixtisaslaşma və kooperasiya səviyyəsinin yüksəlməsi;

    • milli valyuta sistemlərinin mövcudluğu;

    • TMŞ-in inkişafı və onların dünya bazarında fəaliyyətləri­nin genişlənməsi;

    • beynəlxalq iqtisadi inflyasiyanın inkişafı.
    • Təsərrüfatın idarə edilməsinin müəyyən bir sistemi kimi beynəlxalq marketinqin meydana gəlməsini dünyada baş verən istehsal problemlərinin, təsərrüfatdaxili və təsərrüfatlararası iqtisadi və digər amillərin mürəkkəbləşməsi, əmtəə çeşidlərinin durmadan genişlənməsi, yeniləşməsi şəraitində onların satışı məsələlərinin çətinləşməsinin, elmi-texniki tərəqqinin yüksək inkişafının nəticəsi kimi qəbul etmək olar. Bunu həm də isteh­sal imkanlarının genişlənməsinə, bazarın tələbatının quruluş və xarakterindəki dəyişmələrə, bazar konyunkturasının enib-qal­xmasına, dünya bazarında rəqabətin güclənməsinə hər bir is­tehsal vahidinin cavab reaksiyası kimi qiymətləndirmək olar. Məsələn, elektron-hesablayıcı maşınlar bazarında yeni modelin bazara çıxarılmasından cəmi 18 ay sonra rəqiblər analoji mo­deli bazara təklif ediblər. Üç il keçdikdçn sonra bu yeni model daha mükəmməl maşınla əvəz olundu.



    • Marketinqdən əksər firmalar xarici bazarda ona görə ge­niş istifadə edirlər ki, onun köməkliyi ilə özlərinin bazarda mövcud olan problemlərini daha məqsədəuyğun yolla həll edir, istehsalçı özünün və bazarın imkanlarından maksimum də­rəcədə istifadə etməklə yüksək mənfəət əldə edir və öz fəa­liyyətlərini bazarın dəyişən meyllərinə uyğun planlaşdırırlar.

    • Beynəlxalq marketinq fəaliyyəti aşağıdakı vacib məsələ­lərin həllini təmin etməlidir:

    • xarici bazar, konkret tələbatın dinamikası və quruluşu, is­tehlakçıların zövqü və hansı əmtəələrə üstünlük verməsi, başqa sözlə desək, ftirmanın fəaliyyət göstərdiyi xarici şərait haqqında vaxtında, etibarlı və dəqiq məlumatların top­lanması;

    • elə əmtəə, əmtəə qrupu, çeşidi yaradılmalıdır ki, o rəqiblə­rin əmtəəsi ilə müqayisədə xarici istehlakçıların tələba­tını daha dolğun ödəyə bilsin;

    • istehlakçıya,bazara, tələbata elə təsir etməlidir ki, o satış sferası üzərində mümkün qədər maksimum nəzarəti təmin etsin.
    • Beynəlxalq marketinqin inkişafını bir neçə mərhələyə bölmək olar:





    1. Ənənəvi ixrac-sonradan ənənəvi olaraq istehsal olun­muş əmtəə və xidmətlərin xaricə satışı;

    2. İxrac marketinqi- ixracçı öz istehsalını xarici bazarın tə­ləblərinə uyğunlaşdırır və əmtəənin irəlilədilməsinin bütün mərhələlərinə nəzarət edir;

    3. Beynəlxalq marketinq-ixracçı marketinqin bütün vasitə­lərindən istifadə edərək bazarı dərindən təhlil edir;

    4. Beynəlxalq ixtisaslaşmanın inkişafı;

    5. Beynəlxalq kooperasiyanın dərinləşməsi ;

    6. Beynəlxalq menecment-beynəlxalq marketinq firmanın fəaliyyətinin bütün tərəflərini əhatə edir.
    • Firmanın beynəlxalq marketinqlə məşğul olması motivlə­rinə aşağıdakıları aid etmək olar:





    • xarici bazarda açılan kommersiya imkanlarından isti­fadə etməklə əlavə mənfəət əldə etmək;

    • xarici bazarda mövcud olan ucuz işçi qüvvəsi və xammal ehtiyatlarından istifadə etmək;

    • sərəncamında olan istehsal güclərindən tam istifadə et­məyə səy göstərmək;

    • öz ölkəsinin iqtisadi inkişaf tempinin aşağı düşəcəyinin gözlənilməsi;

    • ixrac və birgə sahibkarlıq fəaliyyətinin inkişaf etdiril­məsi hesabına firmanın öz maliyyə vəziyyətini yaxşılaşdı­racağına ümid bəsləməsi;

    • xarici valyuta əldə etmə imkanları;

    • xarici bazarda əldə edilən əlavə mənfəət hesabına firma­nın yeni texnika və texnologiya alaraq öz istehsal güclərini mo­dernləşdirməsi və yeniləşdirməsi;

    • dünya bazarında özünü etibarlı ixracçı kimi tanıtmaq;

    • xaricdə qiymətli nou-hau almaq imkanı;

    • xarici ölkələrə lisenziya və patent satmaq;

    • xarici ölkədə iqtisadiyyatın sürətli inkişafı;

    • ölkə daxilindəki rəqabətin xarici bazardakı rəqabətdən yüksək olması və s.
    • Xarici bazara çıxan firmalar öz işlərini yalnız əmtəələrin sadə satışı ilə məhdudlaşdırmır və həmin bazarda hərtərəfli fəaliyyət göstərmək istəyirlər. Bu, onların beynəlxalq bazarın xadimi olmaq, eləcə də özünə müsbət surət yaratmaq üçün çox zəruridir.




      Yüklə 1,17 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   84   85   86   87   88   89   90   91   92




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin