6. Bazar tarazlığı
Bu vaxta qədər biz tələb və təklifi ayrı-ayrılıqda təhlil etmişdik. İndi isə məsələyə daha yaxından diqqət yetirək. Görək tələb və təklif necə rastlaşır, bir-biri ilə necə uzlaşır, bazar hansı qiymət və kəmiyyət səviyyəsində tarazlaşır. Artıq biz bilirik ki, istehlakçılar müxtəlif kəmiyyətdə günəbaxan tumu dəstləri, avtomobillər əldə etmək istəyirlər. Bu da müxtəlif məhsulların əldə olunmasının qiymət funksiyasını əks etdirir. Bazarın iki mühüm tərəfi olan tələb və təklifın birləşməsində qiymət funksiyası əsas rol oynayır. Ona görə də bazarda tələb və təklifın qarşılıqlı əlaqə və təsiri tarazlı qiyməti və tarazlı kəmiyyəti və ya tarazlı bazarı əmələ gətirir. Bazar tarazlığı о şəraitdə əmələ gəlir ki, müəyyən qiymət və müəyyən kəmiyyət tələb və təklif qüvvələri kimi tarazlı vəziyyətdə olurlar. Tarazlı qiymət şəraitində almaq istəyən istehlakçıların sayı satıcıların sayı ilə bərabər olur. Belə bərabərlik şəraitində tarazlığın əmələ gəlməsinin əsas səbəbləri:
tələbin kəmiyyətinin təklifın kəmiyyətinə uyğun gəlməsi;
qiymətin qalxmasına və enməsinə heç bir kənar səbəbin olmaması;
bu və ya digər bərabər şəraitin mövcud olması.
İndi isə tələb və təklifın izahında istifadə etdiyimiz günəbaxan tumları dəstləri misalından istifadə edərək tələbin kəmiyyəti ilə təklifin kəmiyyətinin tarazlığının əmələgəlmə mexanizminə diqqət yetirək. Burada məqsəd bazar tarazlığının müəyyən edilməsidir. Yəni bazar qiyməti ilə kəmiyyəti müəyyən etməklə, biz tələbin kəmiyyəti ilə təklifin kəmiyyətinin uyğunluğunu müəyyən edən qiyməti tapmış olarıq.
Qrafıkə diqqət yetirsək görərik ki, hər dəst üçünənyüksək qiymət 50 qəpikdir. Bu isə onu göstərir ki, hər dəstin qiyməti 50 qəpik olduğu şəraitdə təklifin həcmilə tələbin kəmiyyətini xeyli üstələyir. İstehsal olunan məhsullar ya marketlərdə, ya da istehsal anbarlarında yığılıb qalır. Deməli, çox günəbaxan tumları dəstləri istehsalı, az alıcının bazara daxil olmasına səbəb olur.
İndi isə hesab edək ki, günəbaxan tumu dəstinin qiyməti azalıb 20 qəpiyə bərabərdir. Onda hesab etmək olar ki, vəziyyət bazarda normallaşıb. Əlbəttə ki, yox. Niyə? Ona görə ki, belə vəziyyətdə istehlakçılar sürətli şəkildə piştaxtaları boşaltmaqla istehsalın artımına səbəb olacaqdır. В firması 20 qəpiklə yalnız 7 min dəst istehsal edə bilər. Tələb isə 15 min dəstdir. Bazarda çatışmazlıq və defısit müşahidə olu-nur. Digər bir qiymətə diqqət yetirək. С fırması günəbaxan tumu dəstini 30 qəpiyə satmaq qərarına gəlir. Bu qiymət is-tehlakçıların tələbinə uyğun gəlməklə, həm də istehsalçıların istəyinə müvafıqdir. Çünki artıq bazara daxil olub 12 min ədəd günəbaxan dəsti almaq istəyən və 12 min dəst günəba-xan tumu təklif edən istehsalçıların istəyi üst-üstə düşür. Yəni 30 qəpik qiymət şəraitində istehsalçılarla istehlakçıların müvafiq və uyğun qərarlar qəbul etməsinə imkan yaradacaq.
Qiymət müvafiq olaraq həm istehlakçıların, həm də istehsalçıların istəklərinə uyğun gəldiyindən, bazarda qiymətin nə artma, nə də azalma meyli müşahidə olunmayacaq. Bu onu göstorir ki, tələb və təklif üzrə mövcud sifarişbr yerinə yetirilib. Deməli, belə nəticəyə gəlmək olar ki, tarazlı qiymət və tarazlı kəmiyyət о şəraitdə mövcud ola bilər ki, istənilən təklifın kəmiyyəti ilə istəniləntələbin kəmiyyəti uyğun gəlir. Lakin bazar şəraitində mövcud olan rəqabət nəticəsində ta-razlıqtələb və təklif əyrilərinin kəsiyində baş tutur. Tələb və təklif əyrilərində baş verən irəlibmələr, bir qayda olaraq, qiy-mət və kəraiyyətə təsir göstərir:
tələbin artımı ilə, tələb əyrisi sağa meyil etməklə, həm qiymət, həm də kəmiyyət artır;
tələbin azalması ilə tələb əyrisi sola meyil etməklə, həm qiymət, həm də kəmiyyət azalır;
təklifın artımı ilə, təklif əyrisi sağa meyil etməklə, qiymət azahr, kəmiyyət isə artır;
təklifın azalması ilə təklif əyrisi sola meyil etməklə, qiymət artır, kəmiyyət isə azalır.
Qeyd olunanlardanbelə nəticəyə gəlmək olar ki, tələb və təklifin əsasında duran elementlərin dəyişilməsi ilə tələb və təklif əyrilərindəirəliləmələrə səbəb olmaqla qiymət və kəmiyyət üçün əhəmiyyət daşıyaraq bazar tarazlığının dəyişilməsinə səbəb olur. Bir qayda olaraq, bazar qiymətinin formalaşması prosesinə A.Marşallın müəyyən etdiyi üç vaxt müddəti ərzindəki təklifin parametrium dinamikasında baş verən dəyişiklikdən istifadə olunur. Burada tarazlığın üç sə-viyyəsi göstərilir:
ani tarazlıq, burada əmtəə istehsalçıları heç bir tədbir görmürlər;
qısamüddətli tarazhq, əmtəə istehsalçıları dəyişilən şəraitə uyğun gələn istehsalın dəyişən amillərini uyğunlaşdırırlar;
uzunmüddətli tarazlıq, əmtəə istehsalçıları bütün istehsal amillərini dəyişilənqiymətlərəuyğunlaşdırırlar.
Ani tarazlıq şəraitində əmtəələrin təklifı bəlli səviyyədə olur (şəkil 1).
Dostları ilə paylaş: |