Veblen effektləri – bu əsasən gəlirlərin yüksəlməsi ilə əlaqədar olaraq, bəzək və zinyət əşyalarının, yəni yüksək səviyyəli məhsulların alınmasında əks olunur. Yəni bu məhsullar ona görə alınır ki, başqalarından fərqlənmək mümkün olsun. Məsələn, natural şubalar, brilyant, platin, bahalı maşınlar, antikvarlar, tablolar və s. ona görə alınır ki, onları hər kəs ala bilmir. Həm də qonşunun aldığı bahalı əşyanın alınması digər qonşunun da ürəyindən keçir.
Engel effekti – bu da tələb əyrisinin gəlirlərin səviyyəsindən asılı olaraq tipik sənaye məhsullarına, zənginlik əşyalarına, ilkin qida məhsullarına olan dəyişiklikləri əks etdirir. Pul gəlirlərinin artımı, əgər ailə büdcəsində daha çox ilkin qida məhsullarının alınmasına yönəldilirsə, onda ailə yoxsulluq həddindədir. Əksinə, əgər gəlirlərin artımı sənaye məhsullarının alınmasına yönəldilirsə, onda ailələrin yoxsulluqdan kənarlaşdığı görünür. Ehgel effektiinin əhəmiyyəti müasir şəraitdə orta təbəqəli əhalinin formalaşmasının isə çıxarılması üçün əhəmiyyətlidir.