Bəs,tələbin qiymətlərə görə elastikliyi necə ölçülür? Bunun üçün tələbin kəmiyyətinin dəyişməsinin (faizlə) qiymətlərin dəyişməsinə (faizlə) olan nisbətini müəyyən etmək lazımdır.
Buradan aydın olur ki, elastiklik əmsalı təkcə əmtəələrin qiymətlərinin, onların həcminin və aralarındakı nisbətin dəyişməsindən (tutaqki, artmasından) deyil, həm də faktiki qiymətlərindən asılıdır.
Tələbin elastikliyinə müxtəlif amillər təsir edir ki, bunlardan biri də bazarda əvəzedicilərin olmasıdır. Bazarda eyni tələbatı ödəyən müxtəlif məhsullardan nə qədər çox olarsa, alıcının qiyməti elastiklik qiymətindən yüksək olan məhsulların hər hansı birindən imtina etmək imkanı da bir o qədər yüksək olur.
Tələbin qiymətə görə elastikliyinə təsir edən başlıca amillərdən biri də vaxt amilidir. Qeyd etmək lazımdır ki, uzunmüddətli dövrə nisbətən qısamüddətli dövr elastikliyə az meyllidir. .
Tələbin elastikliyindəki fərq, həmçinin istehlakçı üçün hər hansı bir əmtəənin əhəmiyyətlilik dərəcəsi ilə izah olunur. Beləki, ən zəruri tələbat malları üçün tələb elastik deyildir, istehlakçının həyatında başlıca rol oynamayan məhsullara olan tələb isə adətən elastikdir. İqtisad elmində qarşılıqlı elastiklik anlayışıda vardır. Bu göstəricidən hər hansı bir əmtəənin qiymətinin dəyişməsinin başqa bir əmtəəyə olan tələbin dəyişməsinə təsirini müəyyən etmək üçün istifadə olunur.
Qarşılıqlı elastiklik əmsalının əhəmiyyəti nəzərdən keçi-rilən hansı məhsulların bir-birini qarşılıqlı surətdə tamamlaması və ya əvəzetməsindən asılıdır.
Əmtəələr bir-birini əvəzedəndirlərsə, qarşılıqlı elastiklik əmsalı müsbət işarəli olur. Məsələn, kərə yağın qiymətinin bahalanması marqarinə olan tələbin artmasına, təndir çörəyinin qiymətinin aşağı düşməsi, çörəyin digər növlərinə olan tələbin azalmasına gətirib çıxarır.
Elastikliyi qiymətləndirmək üçün təkcə qiymət deyil, başqa iqtisadi dəyişənlərdə seçilə bilər. Belə iqtisadi dəyişənlərdən biri gəlirlərdir. Gəlirlərə görə elastiklik əmtəəyə olan tələbin dəyişməsinin istehlakçıların gəlirlərinin dəyişməsinə olan nisbəti kimi hesablanır.
Bu göstəricidən istifadə etməklə, hər hansı bir əmtəənin normal (gəlirlərin artması tələbin artmasına səbəb olduqda) və ya aşağı (gəlirlərin azalması tələbin azalmasına səbəb olduqda) əmtəələr kateqoriyasına aid olduğunu müəyyən-ləşdirmək olur.
Hiffen effekti, aşağı qiymətli məhsullara şamil edilir və onlar mövzud ölkənin əhalisinin istehlakının strukturunda qiymətlərin yüksəlməsinə baxmayaraq üstünlük təşkil edir. İngilis iqtisadçısı P. Hiffen adı ilə bağlı olan bu effekt öz əhəmiyyətini indi də saxlamışdır. Məsələn, o qeyd edirdi ki, yoxsul fəhlə ailələri kartofun qiymətinin bahalaşmasına baxmayaraq, ynə ondan çox istifadə edirlər. Bu onu əks etdirir ki, kasıb ailələrin qidalanmasında kartof üstünlük təşkil edir. Əgər bu proses uzun müddət davam edərsə, onda kasıb ailələr əvvəllər aldıqları ət, balıq və digər kalorili məhsullardan immtina etməli olacaqlar. Bu isə aşağı səviyyəli məhsulların istehlakın strukturunda üstün çəkiyə malik olmasına səbəb olacaq Yəni katof, soğan, kələm, farş və s. kimi məhsulların qiymətinin artdığı şəraitdə də onlara həm tələb artacaq, həm də tələb kəmiyyəti yüksələcək. Bu bir növ “tələb paradoksu” kimi görünə bilər. Çünki, qiymətlə tələbə daxil olan məhsul kəmiyyəti arasında tərs mütənasiblik mövcuddur. Ancaq biz görürük ki, burada tamamilə əks mənzərə müşahidə olunur.Bunun səbəbi qeyri-qiymət amili olan gəlirlərin səviyyəsinin aşağı olmasıdır.
Dostları ilə paylaş: |