Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Təklifin mahiyyəti və ona təsir edən amillər. Təklif qanunu



Yüklə 0,94 Mb.
səhifə11/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   7   8   9   10   11   12   13   14   ...   126
FF Mikro


2. Təklifin mahiyyəti və ona təsir edən amillər. Təklif qanunu.


Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər.

Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiy-mətlərlə sat­maq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya onların toplusudur.

Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəf-dən qiymət­lər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yara­dırlar. Digər tərəfdən, qiymətlər uzun müddət ərzində fasiləsiz və sabit şəkildə yüksəldikdə iqtisadiyyatın başqa sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gəlirlər ki, bu da həmin sahədə məhsul istehsalının və deməli, təklifin artmasına səbəb olur. Lakin qısa müd­dətli dövrdə bu mümkün olmur. Çünki bu dövrdə onların istehsalı artır­maq üçün ehtiyatları (məsələn, tutaq ki, mövcud avadanlıqlar üç növ­bədə tam gücü ilə işləyir) və imkanları (əlavə işçi qüvvəsinin muzdla tu­tulması da daxil olmaqla istehsal güclərinin genişləndiril­məsi imkan­ları) olmaya bilər. Tələb kimi təklif də aşağıdakı qeyri-qiymət amillə­ri­nin təsiri ilə dəyişə bilər: 1) Texniki yeniliklərdən istifadə olunması, eh­tiyatların, vergi siyasətinin, istehsal amilləri qiymətlərinin dəyişməsi nəticəsində isteh­sal xərclərinin dəyişməsi; 2) Bazara yeni firmaların gəl­mə­si. Bu, qiymətdən asılı olmayaraq təklifi artırır; 3) Başqa əmtəələ­rin qiymətlərinin dəyişməsi. Bu, ehtiyatların və firmaların həmin sahə­dən çıxıb getmələrinə, bu isə öz növ­bəsində təklifin azalmasına səbəb olur; 4) Təbii fəlakətlərin, si­yasi hərəkatların, iqtisadiyyatı dağıdan, öl­kəni xarabazarlıqla­ra çevirən müharibələrin olması; 5) Tələbin, qiymətin, gəlirlərin və s-in dinamikasına dair satıcıların proqnozları; 6) satıcıların sayının dəyişməsi – bütün bunlar tək­lifi azaldır.

Tələb kimi təklif də bazar iqtisadiyyatı subyektləri-nin fəaliyyət göstərdikləri müstəqil sferadır. Onların dav-ranış qaydalarının düzgün başa düşülməsi bazar qiymətləri ilə təklif arasındakı əlaqəni təhlil etməyə imkan verir. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar qiymətləri əmələ gəlir. Bunlar bir-birinə bərabər olduqda əmələ gələn qiymət ta­razlıq (tənləşmə, müvazinətlik) qiyməti adlanır. Yalnız tələb və təklifin kəsişmə nöqtəsində əmələ gələn qiymətlər həm alıcını, həm də satıcını təmin edə bilər. Bunlara uyğun olaraq demək olar ki, bazar qiymətlə­ri­nin əmələ gəlməsinin aşağıdakı qanunları fəaliyyət göstərir: 1) Qiymət­lər tələb və təklifin bir-birinə bərabər olduğu səviy-yəyə – kəsişmə nöqtə­sinə doğru hərəkət edir; 2) Qeyri -qiymət amillərinin təsiri ilə tələb sabit qalmaqla təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb aza-larsa və ya tələb sabit qalmaqla təklif artarsa qiymətlər aşağı düşür.

Azad rəqabət şəraitində, bazar qanunlarının təsiri ilə qiymətlər öz-özünə tarazlaşır. Lakin bu, ya inhisarların yeritdikləri qiymət siyasəti­nin təsiri ilə, yaxud da qiymətlərin dövlət tərəfindən ixtiyari üsulla taraz­lıq nöqtəsindən aşağı və yuxarı müəyyən edilməsi ilə pozula bilər.

Tarazlıq qiymətləri həm alıcını, həm də satıcını razı salır. Satıcı sata bilmədiyi, alıcı isə ala bilmədiyi üçün şika-yətlənmir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin