Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır. Tələbat hər bir fərdin mədəni səviyyəsinə xas olan və onun xarakterinə yüğun gələn formaya düşmüş ehtiyacıdır. Tələbat öz ifadəsini ehtiyacı ödəyə biləcək obyektlərdə tapır. Cəmiyyət inkişaf etdikcə, insanların tələbatları da artır. Bu, onların çoxsaylı obyektlərlə rastlaşmaları ilə əlaqədardır. Başqa sözlə, əmtəə istehsalçıları sanki öz təşəbbüsləri ilə cəmiyyət üzvlərinin onlara lazım olan məhsullarla təmin olunması qayğısına qalır. Bütün istehlakçılar isə onların faydalılıq dərəcəsinə qiymət verilməsində sərbəst surətdə iştirak edirlər. Onlar əllərində olan pula-manata, dollara, avroya və i.a.-özlərinə lazım olan əmtəələri satın almaqla, həmin məhsulların içtimaifaydalılığına bir növ «səs» vermiş olurlar. Bununla da hər bir əmtəə üçün istehlak dairəsinə ya yol açılır, ya da bu yol bağlanır. Bu isə istehsalçıların gəlirlərində müxtəlifliyə səbəb olur.
Tələbat sonsuz, onların ödənilməsi mənbələri isə məhdud olduğuna görə (bəzi çox böyuk imkana malik olan şəxs-lər istisna olmaqla) istehlakçılar özləri üçün elə əmtəələri seçməlidirlər ki, bunlar onların alıcılıq imkanlarına uyğun gəlsin. Bütün bunlar onu göstərir ki, tələb və tələbat müxtəlif anlayışlardır. Daha doğrusu, tələb alıcılıq qabiliyyətinə uyğun gələn tələbatdır.
Beləliklə, bazarda tələb qanunu fəaliyyət göstərir. Bu qanun tələb və qiymət arasında aşağıdakı funksional asılılığı ifadə edir: əmtəə və xidmətlərin qiymətləri nə qədər yüksək olarsa ona olan tələb də bir o qədər az olur. Başqa sözlə, digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələb qiymətlərdən asılı olaraq dəyişir və deməli, bunların arasında tərsmütənasiblik vardır. Bu: 1) Qiymətlər aşağı ol-duqda alıcının daha çox əmtəə almaq istəyinin olması (gəlir-lərin səmərəliliyi); 2) Hər hansı bir və ya bir neçə əmtəənin qiymətinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) digər əmtəələrin də qiymətlərinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) və bununla əlaqədar olaraq onların satın alınmasının daha sərfəli olması (əvəzedicinin səmərəliliyi) ilə əlaqədardır.
Qiymətlərin qalxacağı barədə əhali arasında ajiotaj vəziyyət yarandıqda, qızıl, qiymətli daş-qaş, əntiq malların satın alınmasına meyl, habelə, keyfiyyəti yüksək və daha qiymətli əmtəələrə tələb artdıqda tələb qanunu fəaliyyət göstərmir. Məsələn, tutaq ki, marqarinə olan tələb azalıb, kərə yağa olan tələb isə artıb, başqa sözlə, tələb marqarindən kərə yağa «keçib». Sual olunur: bu o deməkdirmi ki, satıcı marqarinin qiymətini aşağı salmaqla ona olan tələbi artıra bilər. Əlbəttə, yox! Çünki kərə yağa olan tələbin artmasına digər qeyri-qiymət amilləri də təsir edir. Deməli, marqarinin qiymətinin aşağı salınması ona olan tələbin artmasına doğru aparmır. Lakin bunu qiymətli şeylərə şamil etmək olmaz.
Qiymətlə tələbin kəmiyyəti arasında əks əlaqənin olması, özünü tələbqanunu kimi göstərir. Bu qanunun fəaliyyətinin əsasında durur:
insanlar həqiqətən aşağı qiymətli məhsulları daha çox alırlar, yüksək qiymətlər alıcılarda tələbatı azaldır, aşağı qiymətlər isə tələbatını yüksəldir;
■ hər hansı dövr ərzində hər vahid sonra alınan məhsuldan, alıcı daha az sayda qazanc əldə edir.Нər sonra alınan məhsulun az fayda verdiyini və tələbatın az ödənildiyini nəzərə alaraq alıcı əlavə məhsulu həmişə aşağı qiymətlə almağa səy göstərir;
gəlir effekti şəraitində alıcı məhsulun aşağı qiymət səviyyəsində özünə daha çox həmin məhsuldan almaq imkanı əldə edir. Daha yüksək qiymət həmişə əks nəticəyə gətirir;
əvəz olunma effekti şəraitində alıcı daha aşağı qiymətlə hazırda baha olan məhsulun müqabilində almaq həvəsinə düşür; istehlakçılar daha bahalı məhsulları ucuz məhsullarla əvəz etməyəmeyillidirlər;
■ gəlireffekti ilə əvəz olunma effektinin birlikdə fəaliyyət göstərməsi istehlakçılarda daha aşağı qiymətlə daha çox məhsul kəmiyyəti əldə etmək arzu və istəyini, üsul və vasitələrini artırır.
Beləliklə də qeyd etmək olar ki, tələb qanunu, iqtisadi nemətlərin faydalılığının azalması qanunu ilə müşahidə olunur. Bazarlarda bu özünü hər vahid əlavə satılan məhsulun satılmasının mümkünlüyü onun qiymətinin aşağı düşməsində əks olunur. İstehlakçılar mövcud əmtəə və xidmətlərin əlavəsini о şəraitdə həyata keçirirlər ki, onların qiyməti aşağı düşür.
Dostları ilə paylaş: |