3. Tələbin elastikliyi və ona təsir edən amillər.
Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların quruluşunu planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı olduğunu nəzərə almalıdırlar.
Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymətlərlə satan firmaların fəallığının artması, habelə məhsulların qiymətlərinin yüksəlməsi nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələbin azalması, firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib çıxara bilər.
Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiyyətinin öyrənilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin dəyişməsinə təsiretmə reaksiyasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, elastiklik dedikdə hər hansı bir iqtisadi kəmiyyətin 1% dəyişməsinin başqa bir iqtisadi kəmiyyətin neçə faiz dəyişməsinə səbəb olacağı nəzərdə tutulur. Buna tələbin qiymətə görə elastikliyi, yaxud da tələbin qiymət elastikliyi deyilir.
Qiyməti P, tələbin kəmiyyətini Q ilə işarə etsək, tələbin qiymətə görə elastikliyinin düsturunu aşağıdakı kimi yazmaq olar:
Ep = Q : P
Burada: Q-tələbin kəmiyyətinin dəyişməsini, (%-lə); P-qiymətlərin dəyişməsini, (%-lə); P-indekslər sistemində elastikliyin qiymətlərə görə nəzərdən keçirildiyini göstərir; Ep-tələbin qiymətə görə elastikliyidir.
Qeyd etmək lazımdır ki, bütün əmtəələr üçün təbii qiymətə görə elastiklik əmsalı mənfi kəmiyyətdir. Bunu belə bir faktdan aydın görmək olar ki, adətən əmtəələrin qiymətləri aşağı düşdükdə onlara olan tələb artır və əksinə, qiymətlər bahalandıqda tələb azalır.. Məsələn, əgər «OMO» yuyucu tozunun qiymətinin 5% aşağı salınması, ona olan tələbin 10% artmasına səbəb olmuşdursa, elastiklik göstəricisi (əmsalı) mənfi 2-yə bərabər olur. Yəni:
Dostları ilə paylaş: |