Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Biznes-planın bölmələrindən biri də «sahibkar - menecerlər» adlanır



Yüklə 0,94 Mb.
səhifə60/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   56   57   58   59   60   61   62   63   ...   126
FF Mikro

Biznes-planın bölmələrindən biri də «sahibkar - menecerlər» adlanır.

Firmaların simasını müəyyən edən amillərdən biri də orada işləyən kadrların keyfiyyət tərkibidir. Firmada, kommersiya sahəsində səriştəli və tanınmış, yüksək bacarığa və işgüzarlığa malik olan kadrlar fəaliyyət göstərirsə, bu onun nüfuzunun və ona olan inamın artmasına səbəb olur. Burada həmçinin heyətin seçilməsi və müzdla tutulması şərtləri, əmək haqqının kəmiyyəti və quruluşu, stimullaşdırmanın digər formaları (mənfəətdə iştirak da daxil olmaqla) və s. məsələlər də nəzərdə tutulur.

Biznes-planın bölmələrindən biri də marketinq üzrə planın tərtib olunmasıdır. Bu bölmədə firma potensial tərəfdaşlarına öz məhsullarının satışını təşkil etmək üçün bazara və istehlakçılara necə təsir edəcəyini izah etməlidir. Əmtəədən, regiondan, biznesin həcmindən və digər amillərdən asılı olaraq marketinq - plan müxtəlif quruluşa malik ola bilər. Marketinq planda aşağıdakı bölmələrin nəzərdə tutulması mümkündür: marketinq strategiyası; bazarın təhlili; qiymətlərin əmələ gəlməsi; əmtəələrin irəlilədilməsi sistemi.

Bu bölmənin tərtib olunmasına özündə firmanın gücünün və vəsaitinin planlaşdırılması və təşkilini, onlardan səmərəli şəkildə və perspektiv istiqamətlərdə istifadə olunmasını əks etdirən marketinq strategiyası anlayışının aydınlaşdırılmasından başlamaq lazımdır.

*

Biznes-planda qiymətlərin müəyyən edilməsi metodları nəzərdən keçirilərkən firmaların qiymət siyasətinə, onun qiymət strategiyasına ümumi münasibət bildirilir. Qiymətlərin müəyyən olunmasının ən geniş yayılmış variantları hazırlanarkən adətən əmtəə və xidmətlərin keyfiyyəti (keyfiyyət nə qədər yüksək olarsa, qiymət də bir о qədər yüksək olur), istehsal xərcləri (istehsal xərcləri nə qədər aşağı olarsa, qiymətlər də bir о qədər ucuz olur), rəqiblərin eyni təyinatlı əmtəə və xidmətlərə qoyduqları qiymətlər nəzərə alınır.

Firmalar qiymətin elastikliyini müəyyən edərkən qarşılarına qoyduqları məqsədə istinad edirlər. Ona görə də onlar müxtəlif qiymət siyasəti yeridə bilərlər və yeridirlər. Yeni bazarlara çıxarkən daha çox müştəri cəlb etmək üçün adətən qiymətlər aşağı müəyyən edilir.

Tanınmış firmalar isə əksinə, özlərinin yeni əmtəə və xidmətlərin; (rəqabət aparan başqa firmalar olmadığı dövrdə) yüksək qiymət qoya bilirlər. Bundan başqa, qiymət konkret mənfəət norması və ya xərclərin ödənilməsi müddətləri ilə ifadə olunan vəzifələrə tabe edilə bilər və i.a.

Əmtəə və xidmətlərin irəlilədilməsi biznes-planda öz əksini tapan ən mühüm məsələlərdən biridir. Bunlara əmtəə və xidmətlərin daşınması və onların anbara yığılması, satış kanallarının (mağazalar, vasitəçi firmalar, dilerlə şəbəkəsi) yaradılması, satışın stimullaşdırılması metodlarının seçilməsi, satışdan sonrakı xidmətin təşkili, reklam şirkətləri və ictimai fikri formalaşması aiddir.

Satışın stimullaşdırılması metodları seçilərkən, sahibkar, gələcək investorlara əmtəə işarələrindən istifadə edilib-edilməməsi, yarmarkaların və sərgilərin təşkil olunub-olunmaması, əmtəə və xidmətlərin möhlətlə satılma sının həyata keçirilib-keçirilməməsi haqqında məlumat verir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin