Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Biznes-planda satışdan sonrakı xidmət sahəsində zəmanətli (təminatlı təmirin sxemi (şəhərlər, təmir emalatxanaları, onların ünvanları göstərilməklə



Yüklə 0,94 Mb.
səhifə61/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   57   58   59   60   61   62   63   64   ...   126
FF Mikro

Biznes-planda satışdan sonrakı xidmət sahəsində zəmanətli (təminatlı təmirin sxemi (şəhərlər, təmir emalatxanaları, onların ünvanları göstərilməklə təmirin və ehtiyat hissələrinin orta dəyərinin hesablanması, habelə təmirin orta müddəti göstərilməlidir.

Firmalar biznes-planda reklam şirkətləri barəsində aşağıdakı məlumatları verirlər: reklam üçün ayrılan vəsaitin məbləği, reklamın hansı növündən istifadə edilməsi, reklama sərf olunan xərclə əldə olunan mənfəət arasındakı əlaqə və i.a.



Bütün bunlardan sonra, nəhayət ki, biznes-planın çox mühüm və mürəkkəb bölməsi olan maliyyə planının mahiyyətini nəzərdən keçirmək olar. Biznes-planın əvvəlki bölmələrində sözlə ifadə olunan bütün işlər maliyyə planında rəqəmlərin dili ilə, konkret faktlarla göstərilir, şərh olunur.

Biznes-planın digər bölmələrindən fərqli olaraq, maliyyə planı nəinki potensial investorlar tərəfindən, həm daxildə istifadə olunmaq üçün olduqca vacibdir. Odur ki, onun tərtib olunmasınaçox ciddi yanaşmaq, onu daim yeniləşdirmək lazımdır. Maliyyə məsələləri onun tərtibçilərindən xüsusi bilik və səriştə, hər şeydən əvvəl, mühasibat uçotu və təhlil sahəsində hər tərəfli və dərin biliyə malik olmağı tələb edir.

Beynəlxalq təcrübədə biznes-planda maliyyə planının hazırlanmasına demək olar ki, formal münasibət bəslənilir. Çünki planın bu hissəsində yalnız maliyyə və hesabat sənədləri, habelə firmanın zərər çəkmədən fəaliyyət göstərməsinə dair məlumatlar öz əksini tapir.Digər tərəfdən, qeyd etmək lazımdır ki, ölkəmizdəki bankların çoxu, demək olar yeni, beynəlxalq sistemə keçmiş, qalanları isə bu sistemə keçmək üzrədirlər. Odur ki, biznes-planın maliyyə planı bölməsinin beynəlxalq tələblər baxımından öyrənilməsi çox böyük əhəmiyyətə malikdir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin