Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan



Yüklə 0,94 Mb.
səhifə57/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   53   54   55   56   57   58   59   60   ...   126
FF Mikro

3. Biznes - planın məzmunu
Kreditorlar firma (müəssisə) haqqında daha çox, müfəssəl və ətraflı informasiya toplamağa çalışırlar. Odur ki, onlar firmanın tarixinin öyrənilməsinə böyük maraq göstərir, onun kim tərəfindən - hazırki sahibi tərəfindənmi yaradıldığını, yaxud da satın alındığını öyrənməyə çalışırlar. Kreditorlar sahibkarın flrmanın fəaliyyətinin genişləndirilməsi üçün konkret olaraq nə kimi işlər gördüyü ilə də maraqlanırlar.

Biznes-planın başlanğıcında biznesin qısa xarakteristikası verilir. Burada hər şeydən əvvəl, firmanın fəaliyyətinin istiqaməti (istehsal, ticarət, xidmət), bütövlükdə sahənin vəziyyəti, burada firmanın mövqeyi, istehlakçıların kimliyi, biznesin xarakteri (mövsümiliyi və ya daimi xarakter daşıması və s.) nəzərdə tutulur.

Biznes-planda həcmcə çox kiçik, lakin çox mühüm olan bölmədə sahibkar, firmasında istehsal olunan əmtəə və xidmətlərə, onların fiziki keyfiyyətlərinə, hansı məqsədlər üçün nəzərdə tutulmalarına, bazardakı eyni əmtəə və xidmətlərdən nə ilə fərqlənmələrinə, istehlakçıların məhz bu əmtəələri satın almaqla nə qazanmalarına və ya nəyə nail olmalarına xarakteristika verilir, onların üstünlükləri və çatışmazlıqları haqqında məlumatlar göstərilir. Bu bölmədə həmçinin, sahibkarın hansı intellektual mülkiyyətə- patentə, lisenziyaya, istehsal sirrinə və s. malik olması qeyd edilir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin