Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan



Yüklə 0,94 Mb.
səhifə65/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   61   62   63   64   65   66   67   68   ...   126
FF Mikro

XVIII əsrin 50-ci illərində Fransada meydana çıxan fiziokratlar sistemi burjua klassik siyasi iqtisadın ilk cərəyanlarından biridir. Fiziokratlar öz «xalis məhsul» təlimində izafi məhsul mənbəyini merkantilistlərin əsas fikirlərinin əksinə olaraq, tədavül dairəsindən istehsal dairəsinə keçirmiş və beləliklə, kapitalist istehsalını təhlil etməyin əsasını qoymuşlar. Lakin fiziokratlar ancaq kənd təsərrüfatının məhsullarını əsil sərvət hesab edirdilər. Fiziokratların təliminə görə məhz əkinçilikdə təbiətin yardımı ilə “xalis məhsul» əmələ gəlir. Onlar əkinçi əməyindən başqa, bütün digər istehsal sahələrində, о cümlədən sənaye sahələrində sərf olunan əməyi qeyri-məhsuldar əmək adlandırırlar. Klassik siyasi iqtisadın banilərindən biri olan A..Smit kapitalın təhlilini bütün maddi istehsal dairəsinə şamil edirdi. 0, fiziokratların fikirlərini dəqiqləşdirib əsas və dövriyyə kapitalının nə olduğunu göstərirdi. Deməli, əsas və dövriyyə kapitalı kateqoriyalarını A.Smit kəşf etmişdir.

D.Rikardo A.Smitin iqtisadi təlimini davam etdirmişdir. Dəyərin yaradılması prosesində kapitalın oynadığı rol haqqında Rikardonun A.Smitə nisbətən təhlili daha aydındır. O, kapitala istehsal vasitələrində təcəssüm etmiş, yığılmış əmək kimi tə'rif verir. Lakin D.Rikardo da kapitalı istehsal vasitələri ilə eyniləşdirir. A.Smit kapitalın ancaq bəşər cəmiyyətinin müəyyən inkişaf mərhələsində meydana gəldiyini qəti bildirdiyi halda, D.Riıcardo Kapi-talm müəyyən bir ictimai münasibət olduğunu tamamilə inkar edir. D.Rikardo mənfəəti izafi məhsulla eyniləşdirir. D.RİKardo Kapitalı öİKənin sərvətinin istehsal prosesində istifadə edilən və əməyi hərəKətə gətirmək üçün zəruri olan qidadan, geyimdən, alətlərdən, xammaldan, maşınlardan və sairdən ibarət olan tam hesab edirdi.

Nəhayət, XIX əsrdə siyasi iqtisad sahəsində yeni bir məktəb də meydana gəldi - Marksizm məktəbi. Marks Kapitalın burjua Kİassikləri tərəfindən verilmiş tə'riflərini rədd edirdi. О deyirdi Kİ, Kapi­tal şey deyil, müəyyən ictimai istehsal münasibətidir və bu münasibət şeydə təmsil olunub və həmin şeyə spesifİk ictimai xarakter verir. Kapital maddi və istehsal olunmuş istehsal vasitələrinin məcmuyu deyildir. Kapital kapitala çevrilmiş istehsal vasitələridir ki, bunlar özlüyündə kapital deyildir, necə , qızıl və ya gümüş özlüyündə pul deyildir. İstehsal vasitələri və pul о zaman Kapi­tala çevrilir ki, muzdlu əməyin istismar olunmasında vasitə kimi çıxış edir.

Neoklassiklərin Kapital və faiz haqqındakı fikirləri hələ Bem-Baverk, K.Viksell, Y.Şumpeter, L.Vatfas, Con К1агк, A.Marşal, İrvinq Fişer və başqaları tərəfindən irəli sürülmüşdür. Neoklassiklərin nəzəriyyəsində başlıca nailiyyət «Kİassik üç amil» formulunun ümumiyyətlə rədd edilməsidir. Kapital onlar üçün adi istehsal vasitələri deyildir. Kapital sahiblərinə manevr etmək imkanı verən vasitədir. Klarkin fİkrincə, kapital istehsalda və istehlakda «sinxronizmləşdirmək» rolunu oynayır. Bu zaman bir istehsal prosesi başlanan kimi, digəri artıq başa çatır, artıq isteh­sal olunan ehtiyat istehlak neməti (Kapital) heç bir itkiyə uğramadan ictimai tələbatı ödəməyə imkan verir. К1агк göstərir kİ, əgər ağac maksimum hündürlüyə 50 ilə çatırsa, onda cəmiyyət üçün 50 il kifayətdir ki, hər il bir cərgə ağac əksin və sonra ardıcıl surətdə hər il bir sıra ağacı kəssinlər. Bu yolla cəmiyyətin ağaca olan tələbatını tamamilə ödəmək olar. Y.Şumpeter kapitala belə bir tərif verir: «Kapital sahibkarın əlində ona lazım olan sərvəti mənimsəmək, öz sərəncamına almaq üçün, istehsalı yeni istiqa-mətə yönəltməK üçün vasitədən başqa bir şey deyildir».

Hal-hazırda iqtisadçıların fİkrini özünə cəlb edən «Екопопйкэ» Kİtabının müəlliflərinin (К.МаккоппеИ, S.Bryu) Kapitala verdİK-ləri tə'rif zahiri orijinallığma baxmayaraq, əslində istehsal va-sitələrini özlüyündə Kapital hesab edən iqtisadçıların təhlilinin bə'zi əhəmiyyətsiz «əlavələrlə» və başqa formada təKrarından başqa bir şey deyildir. «EKonomİKS»də Kapitalm tə'rifi olduğu Kİmi veri-lir. Kapital yaxud «İnvestisiya ehtiyatları» mövcud olan bütün istehsal vasitələrinin, yə'ni əmtəələrin və xidmətlərin istehsalm-da, son istehlaKçıya çatdırılmasmda istifadə edilən alətləri, maşmla-rı, avadanlıqları, nəqliyyat vasitələrini və satış şəbəKƏSİni əhatə edir. Bu vasitələrin istehsalı və toplanması investisiya adlandırılır. Burada İkİ cəhəti qeyd etməK vacibdir. Birinci, investisiya əmtəələri (istehsal vasitələri) istehlaK mallarından onunla fərqlənir Kİ, so-nuncular tələbatları birbaşa, birincilər isə bilavasitə, istehlaK malla-rının istehsalmı tə'min etməKİə ödəyirlər. İKİnci, burada verilən mə'nada «Kapital» termini pulu nəzərdə tutmur. Düzdür, menecer və iqtisadçılar çox vaxt maşm, avadanlıq və digər istehsal vasitələ-rinin almması üçün istifadə edilə bilən pulları nəzərdə tutaraq, «pul Kapitalı» haqqmda danışırlar. Amma pul özlüyündə heç nə istehsal etmir və deməli, iqtisadi ehtiyat sayıla bilməz. Real Kapi­tal alətlər, maşmlar və digər istehsal avadanlığı - iqtisadi ehtiyat-dır: pul yaxud maliyyə Kapitalı bu ehtiyatlara aid deyil.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin