Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Firmanın istehsal etdiyi məhsullar həm keyfiyyəti, həm də xarici görünüşü ilə cazibədar olduqda investor ona meyl edir. Başqa sözlə, əmtəə və xidmətlər



Yüklə 0,94 Mb.
səhifə58/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   54   55   56   57   58   59   60   61   ...   126
FF Mikro

Firmanın istehsal etdiyi məhsullar həm keyfiyyəti, həm də xarici görünüşü ilə cazibədar olduqda investor ona meyl edir. Başqa sözlə, əmtəə və xidmətlər yüksək istehlak xassələrinə, birinci növbədə keyfiyyətə malik və qiymətlər nisbətən münasib olduqda, başqa firmaların buraxdıqları eyni təyinatlı əmtəə və xidmətlərdən müsbət mənada seçildikdə maraq göstərirlər. Bu üstünlüklər dünya kommersiya təcrübəsində xüsusi terminlə- ingiliscə «uniquesellingpositions(USP), yəni «nadir əmtəələr» adlanır. Belə üstünlüklərinolmaması firma üçün mənfi hal hesab edilir və biznes - plan tərtib olunarkən onun qayğısına qalmaq lazım gəlir.

İstehsal planını tərtib etməkdə məqsəd firmada görülən işlərin səmərəliliyini potensial rəqiblərə göstərməkdir. Lakin aydın məsələdir ki, investoru buna sözlə inandırmaq mümkün deyildir. Deməli, onu deyilən sözün.



verilən vədin həqiqiliyinə konkret faktlar və hesablamalarla inandırmaq lazımdır. Bundan başqa, hər bir investor firmada istehsalın təşkilini, idarəetmə heyəti və idarəetmə materiallarını öyrənməyə, onları qiymətləndirməyə çalışır və buna nail olur. Lakin kənardan gəlib sərmayə qoyan investorun marağı ilə sahibkarın marağı üst-üstə düşməyə bilər. Odur ki, bunlar nəzərə alınmaqla, istehsal planı yığcam və ya geniş ola bilər.

İstehsal planı daha kiçik hissələrə qədər də xırdalana bilər. Bu, istehsalın xarakteri ilə əlaqədardır. Başqa sözlə, istehsal prosesləri texnoloji cəhətdən nə qədər mürəkkəb olarsa, istehsal planı da bir о qədər xırdalanmalı və deməli, hərtərəfli olmalıdır.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin