Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Borc verən, firmanın kifayət qədər etibarlı olub-olmamasına, aldığı



Yüklə 0,94 Mb.
səhifə53/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   49   50   51   52   53   54   55   56   ...   126
FF Mikro

Borc verən, firmanın kifayət qədər etibarlı olub-olmamasına, aldığı krediti və onun faizini vaxtında qaytara biləcəyinə əmin olmalıdır. İnvestorun işi isə kreditorunkundan daha məsuliyyətlidir. Çünki o, hətta bir çox hallarda qoyduğu kapitalı itirə bilər. Ona görə də investor hər hansı bir iş üçün vəsait ayırmaq və sərf etmək qərarına gəldikdə, həmin sahədə yüksək mənfəət normasına nail olunmasının mümkün olub-olmamasını nəzərə almalıdır. Buradan belə bir nəticə çıxarmaq olar ki, kreditor biznes-planı firmanın etibarlılığını və sabitliyini, investor isə onun gəlirliliyini nəzərə almaqla qiymətləndirməlidir.

Lakin qarşıya qoyulan məqsəddən asılı olmayaraq biznes-plan elə tərtib edilməlidir ki, o, asanlıqla oxuna bilsin, bütün tələblərə cavab versin. Plan tərtib olunarkən tövsiyə olunur ki, onun həcmi 40 səhifədən artıq olmasın. Lakin materiallar çox olduqda, başqa sözlə, onları 40 səhifəyə sığışdırmaq mümkün olmadıqda, bir hissəsi əlavələr şəklində verilə bilər. Biznes-plan 40 səhifədən az da olmamalıdır. Onun həcmi 40 səhifədən az olarsa, bu biznes-planı tərtib edənlərin onun hazırlanması prinsiplərini və texnikasını yaxşı bilmədiklərini göstərir. Biznes-plan digər şərtlərlə yanaşı, həm də xarici görünüş cəhətdən cəlbedici olmalı, üz qabığı, rəsmlər, fotoşəkillər və s. yerli-yerində, müəyyən ardıcıllıqla düzülməli, mürəkkəb texniki terminlərdən istifadə olunduğuna görə onların izahlı lüğəti verilməlidir.

Biznes-planın tərtib olunması prinsiplərindən biri də onun müəyyən tələblərə cavab verməsidir. Bununla əlaqədar olaraq plan tərtib olunarkən yalnız firmada istehsal olunan əmtəə və xidmətlər deyil, həm də onun hansı satış bazarlarına malik olması və istehlakçıların həmin məhsullara olan tələbatları, onları hansı məqsədlə almalarının öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.

Biznes-plan aşağıdakı tərkib hissələrindən ibarətdir: titul vərəqi (üz qabığı); mündəricat; texniki və iqtisadi terminlərin izahlı lüğəti; müşayiətedici sənədlər; icra vərəqi; firmanın qısa tarixçəsi; biznesin növü (istehsal, ticarət, kommersiya); əmtəə və xidmətlərin səciyyələndirilməsi; istehsal (təşkilati) plan; marketinq planı; maliyyə planı.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin