Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan



Yüklə 0,94 Mb.
səhifə52/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   48   49   50   51   52   53   54   55   ...   126
FF Mikro

Mövzu 10 BİZNES PLAN
PLAN
l.Biznes- planın tərtib edilməsi prinsipləri

  1. Biznes - planın tərtib edilməsi texnikası

  2. Biznes - planın məzmunu



İstifadə edilən ədəbiyyat
1. O.Məmmədli,M.İsmayılov,F.İ.İsmayılov.İqtisadi nəzəriyyə.Dərs vəsaiti,. Bakı 2010.

2. M.Meybullayev.Mikroiqtisadiyyata giriş.Dərs vəsaiti,.Bakı 2010.

3. E.Kərimov,B.Osmanov. İqtisadi nəzəriyyə.Dərslik, Bakı 2010.

1. Biznes - planın tərtib edilməsi prinsipləri

Firmalar (müəssisələr) öz fəaliyyətlərində biznes-plandan geniş istifadə edirlər. Bu, bir tərəfdən, ölkədən-kənar investisiya mənbələrinin cəlb edilməsinə, digər tərəfdən isə firmaların təsərrüfat fəaliyyətlərinin planlaşdırılmasına xidmət edir. Buna uyğun olaraq iki biznes-plan tərtib olunur. Bunlardan biri ölkədənkənar maliyyə vəsaitlərinin cəlb edilməsi, digəri isə firma daxilində istifadə olunmaq üçündür. Bunların arasında həm quruluşlarına, həm də məzmunlarına görə əhəmiyyətli fərqlər vardır.

Ölkədənkənar maliyyə vəsaiti mənbələrini müəyyənləşdirmək və onları cəlb etmək üçün biznes-planı tərtib edərkən bir sıra prinsiplərdən istifadə olunur.

Bu prinsiplərdən biri ondan ibarətdir ki, biznes-plan özündə investorun, yaxud da kreditorun firma haqqında rəyini və vəsait ayrılmasına dair qərarını əks etdirdiyinə görə tərtib olunarkən onun məhz kimə- kreditora, yoxsa investora ünvanlandığı dəqiq müəyyən edilməlidir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin