Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


İtkilərin quruluşu və onları doğuran səbəblər



Yüklə 0,94 Mb.
səhifə49/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   45   46   47   48   49   50   51   52   ...   126
FF Mikro

3. İtkilərin quruluşu və onları doğuran səbəblər  

 İstehsal, kommersiya, maliyyə sahibkarlığında itkilərin bir neçə spesifik mənbələrini və onlara təsir edən amilləri göstərmək olar. Birinci  növbədə bu, gözlənilməz siyasi amillərin təsirindən olan itkilərdir. Belə itkilər siyasi risk yaradır. Bu təsərrüfat fəaliyyəti şəraitinin gözlənilməz,  siyasi düşüncə və hadisələrdən dəyişməsi şəklində təzahür edir, sahibkar  üçün uğursuz fon yaradır və resursların artıq xərclənməsini və gəlir  itkisini şərtləndirə bilir.  

Belə riskin tipik mənbələri - vergi dərəcələrinin artırılması, məcburi  ayırmalarm tətbiqi, müqavilə şərtlərinin dəyişməsi. mülkiyyət formaları  və münasibətlərinin transformasiyası, siyasi səbəblərdən əmlak və pul  vəsaitlərinin alınmasıdır. Mümkün itkilərin həcmini və bununla şərtlənən  risk dərəcəsini bu halda öncədən müəyyənləşdirmək olduqca çətindir. Gözlənilməzliyinə görə bunlara təbii fəlakətlər, həmçinin oğurluq və reketlə şərtlənən itkilər yaxındır.  

 Biznes planı formalaşdıran və mənfəət və gəlirin hesablanmasını  həyata keçirən şəxslərin səriştəsizliyi və metodologiyanın qeyri kamilliyindən irəli gələn itkilər olduqca spesifikdir. Əgər bu amillərin  təsiri nəticəsində sahibkarlıq layihəsində gözlənilən mənfəət və gəlirlər  artıq göstərilmişdirsə, real nəticələr isə aşağı olarsa, fərq istər-istəməz itki  kimi qiymətləndirilir.  Sahibkarın tərəf müqabillərinin səhlənkarlığı, vicdansızlı- ğı və müflisliyi ilə şərtlənən itkilər xüsusi yer tutur. Sövdə- də aldadılma,  borclunun ödəniş qabiliyyətinin olmaması, borcun qaytarılmaması riski  təəssüf ki, kifayət qədər realdır.  

 Sahibkarlıq növlərinə tətbiq edilən ən geniş yayılmış itki və risk  şəraitlərini nəzərdən keçirək.  

 İstehsal sahibkarlığında itkilər  

 1. Əmək məhsuldarlığının azalması, avadanlığın boş dayanması və ya  istehsal gücündən tam istifadə olunmaması, iş vaxtının itirilməsi, kifayət  qədər ilkin materialın olmaması, zay məhsul faizinin yüksək olması  nəticəsində nəzərdə tutulmuş həcmdə məhsul istehsalı və satışının  azalması planlaşdırılmış satış pulunun əldə olunmamasına səbəb olur. Bu  halda ehtimal olunan DD dəyərlə ifadədə aşağıdakı düsturla hesablanır;  

DD=DHxQ,  

burada DH - məhsul istehsalının ehtimal olunan məcmu azalmasıdır;  Q ~ məhsul həcmi vahidinin satış qiymətidir.  

 2. Məhsulun satış üçün nəzərdə tutulmuş qiymətlərinin keyfiyyətin  aşağı olması, bazar rəqabətinin uğursuz dəyişməsi, tələbin azalması,  qiymət inflyasiyası ilə bağlı aşağı düşməsi aşağıdakı düsturla hesablanan  ehtimal olunan itkilərə səbəb olur:  

DD=DQxH,  

burada DQ - məhsul həcmi vahidi qiymətinin ehtimal olunan azalmasıdır;  H - istehsal və satış üçün nəzərdə tutulmuş məhsulun ümumi həcmidir.  3. Materialın, xammalın, yanacağın, enerjinin artıq işlədilməsi ilə şərtlənən artıq maddi məsrəflər aşağıdakı asılılıqla müəyyənləşən itkilərə səbəb olur:  

DD=DMı X Qı-l-DMa x Q2+...,  

burada D M - material resurslarının ehtimal olunan artıq məsrəfidir;

Q - resurs vahidinin qiymətidir.  

4. Digər artıq məsrəflər yüksək nəqliyyat xərcləri, ticarət məsrəfləri və s.  əlavə xərclər nəticəsində yarana bilər.  

5. Əmək haqqı fondunun nəzərdə tutulmuş həcmindən artıq xərclənməsi  hesablanılmış say tərkibinin artırılması və ya ayrı-ayrı işçilərin əmək  haqqının planlaşdırıldığından artıq ödənilməsi nəticəsində yaranır.  6. Biznes planın həyata keçirilməsi prosesində ayırmalar və vergilərin  müəssisə üçün uğursuz istiqamətdə dəyişməsi yüksək ayırmalar və vergilərin ödənilməsinə səbəb olur.  

7. Cərimələr, təbii itkilər şəklində və təbii fəlakətlərlə şərtlənən mümkün  itkiləri hesablama yolu ilə nəzərə almaq qeyri-mümkündür.  Kommersiya sahibkarlığında itkilər  

1. Alış haqqında müqavilə şərtləri ilə təsbit olunmamış sahibkarlıq  layihəsinin həyata keçirilməsi prosesində əmtəənin alış qiymətinin  uğursuz dəyişməsi (artması) aşağıdakı düsturla hesablanan ehtimal  olunan itkilərə səbəb olur:  

DD=H X DQ,  

burada H - fiziki ölçüdə əmtəə alışı həcmi;  

DQ - alış qiymətinin ehtimal olunan artımıdır.  

2. Alış həcminin nəzərdə tutulanla müqayisədə gözlənilmədən azalması  satış həcminin, yəni bütün əməliyyatların miqyasının azalmasına səbəb  olur. Mənfəət (gəlir) itkisi alış həcminin azalmasının əmtəə satışı həcmi  vahidinə düşən mənfəət (gəlir) vahidinə hasili ilə hesablanır.  

Nəzərə alınmalıdır ki, alış və satış həcminin azalması xərclərin azalması  ilə müşayiət oluna bilər, çünki şərti-daimi xərclərdən başqa əməliyyat  həcminə müvafiq xərclər də var.  

3. Tədavül (daşınma, saxlanılma) prosesində əmtəə itkisi və ya əmtəənin  keyfiyyətinin, istehlak dəyərinin itkiləri onun dəyərinin azalmasına səbəb  olur. Belə zərərin səviyyəsi itirilmiş əmtəənin miqdarının alış qiymətinə və ya xarab olmuş əmtəənin miqdarının satış qiymətinin azalmasına hasili  yolu ilə hesablanır.  

4. Tədavül xərclərinin nəzərdə tutulmuşla müqayisədə artması müvafiq  gəlirin, mənfəətin azalmasına səbəb olur. Xərclər artımının mümkün  səbəbləri arasında nəzərdə tutulmamış gömrük haqları, ödənişlər,  cərimələr, əlavə xərclər də ola bilər. 

5. Əmtəənin satış qiymətinin nəzərdə tutulandan aşağı düşməsi satış  həcminin qiymət azalmasına hasili həcmində itkiləri müəyyənləşdirir. 

6. Satış həcminin əmtəəyə əvvəldən nəzərə alınması mümkün olmayan  tələb və ya tələbatın düşməsi, onunla rəqabətdə olan əmtəələr tərəfindən  sıxışdırılması, satışa məhdudiyyətlər ilə şərtlənən azalması satılmamış  məhsul həcminin satış qiymətinə hasili ilə hesablanan gəlir və mənfəət  itkilərinə səbəb ola bilir.  

 Maliyyə sahibkarlığında itkilər  

Artıq qeyd olunduğu himi, maliyyə sahibkarlığı mahiyyətcə elə həmin  kommersiya sahibkarlığıdır. Lakin burada əmtəə pul, qiymətli kağızlar,  valyutadır. Deməli, kommersiya sahibkarlığına xas itkilər bütövlükdə maliyyə sahibkarlığına da xasdır.  

Bununla belə maliyyə riski qiymətləndiriləndə maliyyə sövdəsinin  a^entlərindən birinin qeyri-tədiyə qabiliyyətli olması, pulun, valyutanın,  qiymətli kağızların kursunun dəyişməsi, valyuta-pul əməliyyatlarına  məhdudiyyətlərin qoyulması, sahibkarlıq fəaliyyəti prosesində maliyyə 

resurslarının müəyyən hissəsinin dövriyyədən çıxarılması (müsadirəsi)  kimi xarakterik amillər nəzərə alınmalıdır.  




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin