Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Mövzu 6 Müəssisə ( firma) mikroiqtisadiyyatın başlıca subyektidir. Müəssisənin növləri və təsərrüfatçılığın təşkilati- hüquqi formaları.( 2 saat)



Yüklə 0,94 Mb.
səhifə45/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   41   42   43   44   45   46   47   48   ...   126
FF Mikro

Mövzu 6 Müəssisə ( firma) mikroiqtisadiyyatın başlıca subyektidir. Müəssisənin növləri və təsərrüfatçılığın təşkilati- hüquqi formaları.( 2 saat)

Plan

1. Firma və müəssisə anlayışı. Firmanın iqtisadi məzmunu.

2. Firma haqqında nəzəriyyələr.

3. Firmanın ( müəssisənin) növləri və təşkilati- hüquqi formaları.



4.Müəssisənin quruluşu və istehsalın xarakteristikası

İstifadə olunan ədəbiyyat

1. M.Meybullayev.Mikroiqtisadiyyata giriş.Dərs vəsaiti. Bakı 2010.

2. E.Kərimov,B.Osmanov. İqtisadi nəzəriyyə.Dərslik. Bakı 2010.

3.T.Hüseynov Müəssisənin iqtisadiyyatı Dərslik Bakı 2005

1. Firma və müəssisə anlayışı. Firmanın iqtisadi məzmunu.

Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə dərəcəsinə görə bir neçə səviyyəyə ayrılır ki, onun da aşağı və ilk səviyyəsi mikroiqtisadiyyatdır. ( Mikroiqtisadiyyat- yunan sözüdür, mikros- kiçik mənasını verir). Mikroiqtisadiyyat maddi nemətlərin və yaradılmasında mühüm rol oynayır. O, istehsal amilləri üzərində əsaən xüsusi mülkiyyət bazasında fəaliyyət göstərən təsərrüfat subyektləri kimi çıxış edir.

Buna uyğun olaraq, mikroiqtisadi təhlil bir tətəfdən sahə, firma və ev təsərrüfatı kimi müstəqil iqtisadi vahidlərin fəaliyyətini, digər tərəfdən ayrı- ayrı bazarların, əmtəə və xidmətlərin konkret qiymətlərini özündə ehtiva edir.

Qeyd etmək lazımdır ki, bəşər cəmiyyətinin müxtəlif inkişaf pillələrində müəssisələrin rolu və səviyyəsi eyni olmamışdır. Hər bir inkişaf mərhələsində istehsal vasitələri üzərində mülkiyyət formasına və iqtisadi inkişaf səviyyəsinə uyğun olan müəssisələr yaranmış və fəaliyyət göstərmişdir.

Bazar münasibətlərinin uzunmüddətli inkişafı dövründə firma təsərrüfat strukturu kimi əhəmiyyətli dərəcə almış və təkmilləşmişdir. Firma ( italyanca- “ firma” sözündən götürülüb, hərfi mənası imza deməkdir) anlayışı ilkin dövrlərdə kommersantın “ ticarət adı” mənasını verirdi. İndi bu termin resurslardan məhsul istehsal edən mikroiqtisadi özəyi ifadə edir.

Tarixən firmanın ( müəssisənin ) yaranmasının ilk əsasını sadə əmək kooperasiyası və əmək bölgüsü təşkil edir. Məhsuldar qüvvələrin və istehsalın ictimai xarakterinin tədricən artması nəticəsində onların yeni formaları meydana gəlmiş, rolu və miqyası genişlənmişdir. Firmaların (müəssisələrin) rolunun daha da genişlənməsi özünü birinci növbədə maddi nemətlərin həcminin çoxalmasında göstərir. Bazar iqtisadiyyatı şəraitində firma( müəssisə) sahibkar və biznes fəaliyyətinin subyekti, əsas struktur vahididir.

Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyəti “ sahibkarlıq” və “ biznes” kimi anlayışlarla xarakterizə olunur. Sahibkarlıq fəaliyyətinə ayrıca fəsil həsr edildiyi üçün burada onun haqqında fikir mübadiləsi yürüdülməsinə ehtiyac qalmır.

Müasir iqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyəti və biznes anlayışlarına, onların qarşılıqlı əlaqəsinə, ümumi və fərqli cəhətlərinə xüsusi fikir verilir. Bu anlayışlar arasındakı ümumi cəhətlər aşağıdakılardan ibarətdir:

a) hər ikisinin reallaşdırılması bazar vasitəsilə baş verir;

b) hər ikisinin bilavasitə məqsədi mənfəət əldə edilməsidir;

v) hər ikisinin maddi marağın ödənilməsi əmtəə istehsalı və yaxud xidmətlər göstərilməsi ilə bağlıdır;

q)hər ikisinin fəaliyyəti üçün zəruri iqtisadi mühit, hər şeydən əvvəl isə iqtisadi azadlıq şəraiti tələb olunur.

Məhz bu cəhətlərə böyük əhəmiyyət verən iqtisadçılar sahibkarlıq fəaliyyəti ilə biznesi eyniləşdirirlər. Müəyyən mənada bu fikirlərlə razılaşmaq olar.

Bazar iqtisadiyyatının təkmilləşməsi, inkişafı ilə əlaqədar olaraq biznes fəaliyyətinin iqtisadi təşkilində dəyişikliklər baş verir. Hər şeydən əvvəl, dövlətin və ictimai təşkilatların iqtisadi rolunun güclənməsilə əlaqədar olaraq sosial sifarişlərin xarakteri dəyişir. Dövlət yalnız sifarişçi kimi deyil, həm də biznes fəaliyyətinin tənzimləyicisi kimi çıxış edir. İkincisi, maliyyə- kredit sisteminin inkişafı ilə əlaqədar olaraq, biznes fəaliyyəti borc vasitələrindən daha çox istifadə edir və onlardan asılı olur. Bank sistemi biznes fəaliyyətinin xüsusi obyektinə çevrilir. Üçüncüsü, biznes fəaliyyətinin təşkili prosesində mülkiyyət münasibətlərində dəyişiklik baş verir. İdarəetmənin mülkiyyətdən ayrılması nəticəsində biznes fəaliyyətinin bilavasitə subyekti ixtisaslı idarəedicilər- menecerlər olur, ümumi nəzarət funksiyasını isə mülkiyyətçi özü yerinə yetirir.

Firmanın ( müəssisənin) iqtisadi məzmununun təhlilində sahibkarlıq və biznes fəaliyyəti ilə yanaşı kommersiya fəaliyyətinə də nəzər yetirmək lazımdır. Kommersiya fəaliyyəti biznes fəaliyyəti ilə əlaqədardır. O, bilavasitə istehsal edilmiş məhsulların reallaşdırılması ilə məşğul olan ticarət sahəsini- alqı- satqı münasibətlərinin əks etdirir.

Müasir bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyətini təkcə bir ticarət sferası ilə əlaqələndirmək iqtisadi fəaliyyətin bu formasının rolunu və əhəmiyyətini tam əks etdirmir və onu xeyli məhdudlaşdırır. Hazırda kommersiya fəaliyyətinə aşağıdakılar daxil edilir: sənaye, kənd təsərrüfatı, tikinti və s. müəssisələrin istehsal fəaliyyətindən törəyən ticarət əməliyyatları; ticarət, bank və digər müəssisələrin əmtəə və pulların dövriyyəsinə aid edilən ticarət əməliyyatları; əmtəələrin alıcıya doğru hərəkəti ilə bağlı onların daşınması, sığortası, qorunub saxlanılması ilə əlaqədar olan nəqliyyat, sığorta və s. müəssisələrin ticarət əməliyyatları; ticarət fəaliyyətinin müxtəlif növ icarə, informasiya, injinirinq və s. xarakterli xidmətlərlə təmin edilməsi üzrə əməliyyatlar və s.

Beləliklə, deyilənləri ümumiləşdirsək bu halda firma ( müəssisə), ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə, istehsal amillərini birləşdirməklə məhsul istehsal edib- satan, işlər görüb xidmətlər göstərən hüquqi şəxs olan təsərrüfat subyekti kimi qəbul edilməlidir.

İqtisadi ədəbiyyatda firma termini ümumiləşdirici anlayış kimi istifadə olunur: firma bir və ya bir neçə müəssisədən ibarət ola bilər. Müəssisə dedikdə isə, adətən, birprafilli, birməhsullu istehsal başa düşülür. Firma- işgüzar müəssisənin təsərrüfat- hüquqi vahididir. Sənaye və ya ticarət müəssisəsinin şərti adıdır, onun hüquqi cəhətdən ixtiyarı var ki, təsərrüfat fəaliyyətini öz mülkiyyət məsuliyyəti ilə həyata keçirsin. Firma sifəti ilə müəssisə, təşkilat, idarə və ya ayrı- ayrı şəxslər çıxış edə bilər. Təsərrüfat vahidinin ölçülərinin bu zaman heç bir əhəmiyyəti yoxdur. Firma hər şeydən əvvəl ədliyyə orqanları tərəfindən qeydə alınır, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Firma fəaliyyətindən asılı olaraq adlı ola bilər.

Firmanın əsas funksiyası istehlakçıların tələbatını ödəmək üçün istehsal amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalını təşkil etməkdən ibarətdir. Firmanın fəaliyyətində son məqsəd isə yüksək mənfəət götürməkdir. Maksimum mənfəət əldə olunması məqsədi firma tərəfindən bir sıra taktiki və strateji məqsədlərin müəyyən edilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Bunlara əsasən aşağıdakılar aid edilir:


    • satışın həcminin artırılması;

    • daha yüksək artım sürətinə nail olmaq;

    • bazarda payın artırılması;

    • qoyulmuş kapitala nisbətən mənfəətin artırılması;

    • kampaniyanın səhmlərinə görə gəlirlərinin artırılması;

    • kapitalın quruluşunun dəyişdirilməsi.

Firmanın məqsədlərinin xarakteri bütövlükdə iqtisadiyyatın vəziyyətilə, həmin müəssisənin fəaliyyət göstərdiyi sahənin inkişaf meylilə, eləcə də onun həyat tsiklininmərhələsilə müəyyən olunur.

Firma qarşısında duran məqsədlər onun cari( qısa) və perspektiv ( uzun) fəaliyyət dövrü üçün müəyyən edilmiş strategiyasından doğur. Bu strategiya firmanın fəaliyyət dövrünü ( qısa və ya uzunmüddətli dövr) və rəqabət şəraitini nəzərə almaqla müəyyən edilir.

Strategiya, hər şeydən əvvəl, firmanın uzunmüddətli dövr üçün əsas məqsəd və vəzifələrinin seçilməsindən, bunlara çatmaq üçün resursların toplanması və bölgüsündən, ümumiyyətlə fəaliyyət kursunun müəyyən edilməsindən ibarətdir. Strategiyanın müdafiə və hücum xarakterli növləri fərqləndirilir. Müdafiə xarakterli strategiyada elmi- texniki tərəqqinin son nailiyyətlərinin tətbiqilə bağlı riskin azaldılmasına xüsusi diqqət verilir. Firma yeni texnika tətbiq edən rəqibinin fəaliyyətini izləyir və onun bazara çıxardığı yeni məhsuldan istehsal etməyə, hər bir rəqibini təqlid etməyə başlayır. Bununla yanaşı, müdafiə xarakterli strategiyaya firmanın rəqibinin fəaliyyətindən asılı olaraq ( məs: rəqib bazara tam nəzarət edərsə) bazardan tamamilə çıxmaq və ya istehsalı yenidən qurmaq planlı daxil edilə bilər.

Hücum xarakterli strategiyaya aşağıdakı dörd istiqamət daxil edilir:

1. yeniləşdirmə strategiyası- burada yeniliklərin həyata keçirilməsi üçün resursların artırılması nəzərdə tutulur.

2. Kvotanın diferensiasiyası ( fərqləndirilməsi) strategiyası. Bu, yüksək mənfəəti təmin etməklə bazarın əsas hissəsinin firma üçün qorunması, saxlanılması məqsədinə xidmət edir.

3. İnnovasiyastratgiyası məhsul, xidmət və eləcə də əsas kapitalın istehsalının təzələnməsini, yeni texnologiyanın mənimsənilməsini nəzərdə tutur.

4. Yeniliyin öyrənilməsi və bazar boşluğunun doldurulması strategiyası. Bu istiqamətin reallaşdırılması elmi- tədqiqat işlərinə çəkilən böyük xərclərlə və işgüzar risklə bağlıdır.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin