Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Beləliklə, tarazlığın əsas şərti ayrı-ayrı əmtəələr üzrə sərf olu­nan pul vəsaitinin hər vahibinə görə son fayda­lı-lıqlarıntarazlaşmasıdır



Yüklə 0,94 Mb.
səhifə43/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   39   40   41   42   43   44   45   46   ...   126
FF Mikro

Beləliklə, tarazlığın əsas şərti ayrı-ayrı əmtəələr üzrə sərf olu­nan pul vəsaitinin hər vahibinə görə son fayda­lı-lıqlarıntarazlaşmasıdır.
4. Istehlak tarazlığı, əvəzetmənin və gəlirlərin faydalılığı.
Hər hansı bir məhsula olan fərdi tələbin formalaş­masının əsa­sını istehlakçı davranışı təşkil edir. Bunu sübut etmək bir o qədər də çətin deyildir. Çünki qiymətlər sabit qalmaqla əhalinin real gəlirləri art­dıqda, yaxud da real gəlirlər sabit qalmaqla qiymətlər aşağı düşdükdə budcə “xəttini sağa və ya yuxarı hərəkət etdirməklə” az, yaxud da çox miqdarda əmtəə almaq olar. Bu çevrilmələrin kəsişmə nöqtəsi istehla­kın daha yüksək səvviyyəsində müəyyənləş­miş tarazlığa uyğun gəlir. Əhalinin real gəlirləri artdıqda büdcə məhdudiyyəti və əmtəələrin isteh­lakındakı tarazlıq yenidən daha yüksək səviyyəyə qalxır, əksinə ol­duq­da isə aşağı düşür. Bütün bunların təsiri ilə «gəlirlər – istehlak» və «qiy­mət – istehlak» xətləri formalaşır.

Real gəlirlərlə istehlak arasındakı asılılıq ilk dəfə XIX əsrdə in­gilis iqtisadçısı D. Xiks tərəfindən əsaslan­dırılmış, sonra isə alman sta­tistiki E. Engel bundan istifadə etməklə işçi ailələri büdcələrinin quru­luşunu öyrənmiş, gəlirlərin yemək və paltar, mənzil və kommunal xid­mətləri, habelə daha yüksək sayılan əmtəə və xidmətlər arasında bölüş­dürülməsininqanunauyğunluqlarınıdəqiqləşdirmiş və ona müəyyən əlavələr etmişdir.

Beləliklə, istehlakçıların formalaşan tələbinin quru­luşuna onla­rın gəlirləri, həmçinin əmtəələrin və xidmətlərin qiymətlərinin ümumən, yaxud da qismən dəyişməsi təsir edir. Qiymətlərin aşağı düşməsinə isə alıcılar ikili reaksiya verirlər. Birincisi, alıcılar qiymətləri dəyişməmiş və nisbətən baha görünən əmtəələri satın almaqdan imtina edir və qiyməti ucuzlaşmış əmtəələrdən daha çox satın almağa meyl göstərirlər. Və bu­nunla da satın alınan əmtəələrin quruluşunda müəyyən dəyişikliklər baş verir. Qiymətləri dəyişməz qalmış əmtəələrin, qiymətləri ucuzlaşmış əm­təələrlə əvəz olunması və bununla əlaqədar olaraq daha ucuz əmtəələrin satın alınmasının artması nəticəsində tələbin quruluşunda əmələ gələn dəyişikliklərə əvəzetmənin faydalılığı deyilir. Gəlirlərin səmərəliliyi dedikdə qiymətlərin aşağı düşmə­si və bununla da real gəlirlərin artması nəticəsində istehlakçı tələbinin quruluşunda dəyişiklik baş verməsi nəzərdə tutulur. Qiymətlərin aşağı düşməsi istehlakçılara sərf etdikləri xərcləri azaltmağa və deməli, mü­əyyən qədər qənaət əldə etməyə imkan verir ki, bu da sonradan digər əmtəələrin satın alınmasına və ma-hiyyət etibarilə tələbin artmasına sə­bəb olur. Bütün bunlara əsasən demək olar ki, əvəzetmənin və gəlirlərin faydalılığı istehlakçı tələbinin və onun qurulu-şunun dəyişməsinə səbəb olsalar da, bunların təsiri eyni deyildir. Ona görə də nəinki nəzəriyyədə, həm də təcrübədə qiymətin əmələ gəlməsində bu faydalanmanın nor­mal, yəni yüksək və aşağı keyfiyyətli (aşağı qiymətli) əmtəələrə təsirini fərqləndirmək lazımdır.


Mövzu 8: Rəqabət və inhisar.

( 2 saat)

Plan
1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.



2. Rəqabətin tipləri və modelləri.

3. Rəqabətin metodları.

4. İqtisadiyyatda inhisarçılıq.

5. İnhisarçılığın formaları.

6. İnhisarçılığın sosial- iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin