Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Real gəlirlər dedikdə isə cari



Yüklə 0,94 Mb.
səhifə40/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   36   37   38   39   40   41   42   43   ...   126
FF Mikro

Real gəlirlər dedikdə isə cari qiymətlər və əmtəələrin miqdarı nəzərə alınmaqla yaşayış vasitələri satın almaq üçün istehlakçının əlin­də olan pul məbləği nəzərdə tutulur. Əhalinin real gəlirləri iki halda arta və rifahı yaxşılaşa bilər: 1) Əmtəələrin qiymətləri sabit qalmaqla, nominal gəlir artdıqda; 2) Nominal gəlirlər sabit qalmaqla qiymətlər aşağı düşdükdə. Istehlakçılar bunu imkanları məhdudlaş­dıq­da və ya daha çox yaşayış vasitələri almağa imkanları olduqda hiss edirlər. Bu, əksəriyyət hallarda, ayrı-ayrı əmtəələrin və ya əmtəə qruplarının qiy­mət­ləri qismən dəyiş­dikdə baş verir. Hətta, ayrı-ayrı əmtəələrin qiymət­lərinin yüksəlməsi büdcə məhdudiyyətlərini gücləndirir, əhalinin satı­nal­ma imkanlarını və rifahının səviyyəsini aşağı salır. Əksinə, ayrı-ayrı əmtəələrin qiymətlərinin qismən aşağı düşməsi istehlakçıların şəxsi büdcələrindəki məhdudiyyət­lə­ri aradan qaldırır, onların özlərinin rifah halının yaxşılaşdı­rılması imkanlarını artırır. Şəxsi büdcənin məhdudlu­ğu onu daim dəyişən qiymətlər şəraitində daha səmərəli bölüşdürməyə çalı­şan istehlakçını seçim qarşısında qoyur. Bu o deməkdir ki, istehlak­çı bəzi əmtəələri satın almalı, bəzilərindən isə imtina etməlidir. O, şəxsi büdcəsində olan vəsaitin ödəyə biləcəyi imkanlara və satın alınan əm­təə­lə­rin faydalılığı haqqında fərdi təsəvvürlərə uyğun məhsullardan iba­rət olan variantı seçməyə üstünlük verir. Əmtəələrin faydalılığı isə onla­rın istehlak üçün yararlı olmalarına deyilir və alıcı bunu həmişə ödədiyi pul ilə müqayisə edir. Bu mənada pul, istehlakçının satın aldığı əmtəə­lə­rin fayda­lılığının miqdar ölçüsü kimi çıxış edir. Digər bir ölçü isə əmtəə­lə­rin qiymətləri ilə tələbatın ödənilməsi üçün zəruri olan nemətlərin miq­darı arasındakı qarşılıqlı əlaqədir.

Istehlakçı satın aldığı əmtəənin faydalılığının ödədi-yi pula tam uyğun gəldiyinə əmin olduqda, elədiyi bazarlı-ğın birinci vahidi ona da­ha çox fayda verir. Təbiidir ki, is-tehlakçı satın aldığı əmtəənin ikinci, üçüncü və sonrakı va-hidlərindən də fayda götürür. Və faydalılığın ümu­mi həcmi artdıqca istehlakçı həmin əmtəədən satın almaqda davam edir. Lakin sual olunur: o, bunu yalnız bir əmtəə satın alıb istehlak et­məklə sonsuzluğa qədər davam etdirə bilərmi? Məsələn, tutaq ki, isteh­lakçının gündəlik çörək norması qiyməti 2 pul vahidinə (deyək ki, 10 qəpiyə) bərabər olan 0,5 kq-a bərabərdir. Qiymətlər və digər şərtlər sa­bit qal-maqla o, hər gün 0,5 kq çörək alır. Lakin çörəyin qiyməti aşağı düşsə və bir pul vahidinə (deyək ki, 5 qəpiyə) bərabər olsa, is­teh­lak­çı satın aldığı çörəyin miqdarını artırıb bir kiloqrama çatdıra bilər. Qiymət bir qədər də – 0,5 pul vahidinə qədər aşağı düşdükdə, isteh­lak­çının daha çox (məsələn, 1,5 kq) çörək almaq imkanı yaranır.

Buradan aydın olur ki, satın alınmış hər hansı bir əmtəənin son faydalılığı məsələsi kifayət qədər tez bir zamanda meydana çıxır. Lakin qətiyyətlə demək olar ki, satın alınan çörəyin hər sonrakı vahi­di­nə sərf olunan xərcin faydalılığı azalmağa başlayır. Bu təkcə ərzaq məh­sullarına deyil, bütün əmtəələrə aiddir. Çünki şəxsi istehlak üçün bir və ya iki, yaxud da üç vahid eyni adlı əmtəə (məsələn paltar, ayaq­qabı, televizor, mənzil, avtomobil, kompüter və i. a.) almaq olar. Hər bir alıcı öz təcrübəsində bunu təsdiq edə bilər. Bunlar isə bir daha əmtəələrin son faydalılığının azalması qanununun fəaliyyət göstərdiyini əyani şəkildə nümayiş etdirir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin