Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan



Yüklə 0,94 Mb.
səhifə37/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   33   34   35   36   37   38   39   40   ...   126
FF Mikro

Ədəbiyyat

1. İqtisadi nəzəriyyə.Mikroiqtisadiyyat1,2.Dərslik fəsil 18.Moskva 2007.

2. O.Məmmədli,M.İsmayılov,F.İ.İsmayılov.İqtisadi nəzəriyyə.Dərs vəsaiti,fəsil 10. Bakı 2010.

3. M.Meybullayev.Mikroiqtisadiyyata giriş.Dərs vəsaiti,fəsil 8.Bakı 2010.

4. E.Kərimov,B.Osmanov. İqtisadi nəzəriyyə.Dərslik,fəsil 10.Bakı 2010.

1. Istehlakçı davranışı və şəxsi gəlir.


Hər bir firma yeni əmtəə istehsal etdikdə və onun keyfiyyəti əvvəllərdə istehsal olunan əmtəənin key­fiy­yətin-dən yüksək olduqda qar­şıya çıxan ən mürəkkəb məsələ yeni əmtəəyə qiymət qoyulmasıdır. Firma bunun üçün istehlakçı seçiminin asılı olduğu amilləri, yəni qiymətlərin və istehlak­çıların gəlirlərinin dəyişməsini təh­lil etməlidir.

Istehlakçı seçiminin başlıca amillərindən biri də əmtəələrin faydalılığıdır. Faydalılıq xalis fərdi anlayışdır. Ona görə ki, kimin üçün­sə faydalı olan hər hansı bir şey, başqası üçün faydalı olmaya bilər. La­kin qeyd etmək lazımdır ki, məhsul istehlakçı üçün faydalı olduğu hal­larda, onu həmin əmtəəni satın almaqdan çəkindirən məhdudlaş­dırı­cı­lar da mövcuddur. Bunlar əmtəələrin qiymətləri və əhalinin pul gəlirlə­ri­dir. Məsələn, ət, demək olar ki, hamı üçün qidalı və faydalı məh­sul­dur. Amma onun qiyməti ba-ha, əhalinin pul gəlirləri isə məhdud ol­duqda çox adamın tələb olunan qədər ət satın almağa imkanı olmur. Belə bir məsə­ləni də qeyd etmək lazımdır ki, istehlak olunan məhsul­la­rın miqdarı artdıqca onların son faydalılığı azalır.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin