Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan



Yüklə 0,94 Mb.
səhifə38/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   34   35   36   37   38   39   40   41   ...   126
FF Mikro

Son faydalılıq dedikdə, məhsulun hər sonrakı vahidindən istifa­də olunarkən əldə edilən fayda nəzərdə tutulur. Məsələn, havalar çox isti olduqda qazlı sərin suyun birinci stəkanı çox faydalılığa, ikinci on­dan bir qədər az, üçüncü ikincidən az faydalılığa malik olacaq, beşinci stəkanın isə demək olar ki, faydası olmayacaqdır. Buradan aydın olur ki, faydalılıq istehlakın kəmiyyəti ilə tərsmütə-nasibdir.

Istehlakçılar qiymətləri bahalanan əmtəələri satın almaqdan imtina etməklə, qiymətləri aşağı düşmüş əmtəələrdən satın almağa üs­tünlük verirlər. Məsələn, məlum olduğu kimi, ətin müxtəlif növləri – qoyun, toyuq, mal və i. a. – bir-birilərini əvəz edən məhsullardır. Ay­dın məsələdir ki, bunlardan birinin, tutaq ki, toyuq ətinin qiyməti­nin aşağı düşməsi onun müştərilərinin artmasına səbəb olur. Və bunun­la da alıcılar toyuq ətinin qiymətinin aşağı düşməsindən müəyyən məbləğdə «qazanırlar» ki, buna da əvəzetmənin faydası deyilir.

Normal əmtəələrin qiymətləri aşağı düşdükdə gəlirin və əvəzet­mə­nin təsiri ilə bu və ya digər əmtəəyə olan tələb artır, qiymətlər baha­landıqda isə, əksinə, tələb azalır.

Aşağı əmtəələr üçün şəraitə gəldikdə isə burada vəziyyət bu sə­mərənin hər birinin istehlakçı seçiminə təsir dərəcəsindən asılı olur. Əvəzetmənin səmərəsi gəlirin səmərəsindən üstün olduqda aşağı əmtəə­lərə olan tələb də normal əmtəələrə olan tələb kimi olur. Məsələn, kərə yağın qiymətinin bahalanması alıcıları qiyməti ucuz olan marqarin ya­ğından daha çox almağa məcbur edir. Gəlirin səmərəsi əvəzetmənin sə­mərəsindən çox olduqda isə əks mənzərə müşahidə olunur: qiymətlər bahalandıqda «aşağı» əmtəələrin istehlakı artır. Buradan aydın olur ki, əhalinin həyat səviyyəsinin aşağı düşməsi «aşağı» əmtəələrin daha çox istehlak edilməsinə səbəb olur.

Firmalar istehlakçı seçimi nəzəriyyəsindən yeni məhsul növləri­nin yaradılması və əvvəllərdə istehsal olunan əmtəələrin təkmilləşdiril­məsi üçün istifadə edirlər. Buraxı-lan məhsulların keyfiyyətinin yaxşılaşdırılması haq­qın­da qərar qəbul olunarkən yalnız əlavə xərclər deyil, həm də istehlak­çı­ların nəyə üstünlük vermələri, bir növ onların rəyi nəzərə alınır.

Istehlakçıların üstünlük verdikləri əmtəələri isteh­lakçı qrupla­rı (gənclər, uşaqlar, kişilər, qadınlar, pensiyaçı­lar), əmtəə çeşidləri (qış və yay paltarları, sənaye və ərzaq məhsulları, maddi və qeyri-maddi xid­mətlər və i.a.) üzrə qruplaşdırmaq olar. Istehlakçıların nəyə üstünlük ver­mələ­ri əslində əhalinin bütün təbəqələri tərəfindən qısa zaman kəsi­yində (məsələn, həftə, ay, rüb, il) satın alınan və müxtəlif məhsullardan ibarət olan «əmtəə dəstləri» (kom­plektləri) üzrə hazırlanmış variantlara görə qruplaşdırılır.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin