Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Firma haqqında nəzəriyyər



Yüklə 0,94 Mb.
səhifə46/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   42   43   44   45   46   47   48   49   ...   126
FF Mikro

2.Firma haqqında nəzəriyyər.

İqtisadi ədəbiyyatda firmanın fəaliyyəti ilə əlaqədar olaraq müxtəlif nəzəriyyələr vardır.

Firma haqqında ənənəvi nəzəriyyə- mənfəətin maksimumlaşdırılması nəzəriyyəsidir. Bu nəzəriyyədə firmanın fəaliyyətinin qarşısında duran əsas məqsəd ön plana çəkilir və göstərilir ki, firmanın fəaliyyətində, davranışında əsas məqsəd mənfəəti maksimumlaşdırmaqdan ibarətdir.

Firmanın təsərrüfat fəaliyyətinin əsas daxili məqsədi ( təbii məqsədi) mənfəət əldə etmək və onu mümkün qədər çoxaltmaqdan ibarətdir.Bu, təsadüfi deyil, çünki rəqabət şəraitində daha çox mənfəət almaq firmaya imkan verir ki, təsərrüfat vəziyyətini möhkəmləndirsin, əks halda o bazardan sıxışdırılıb çıxarıla bilər.

Bu nəzəriyyə iki ehtimala əsaslanır:

1. Mülkiyyətçilər firmanın fəaliyyətini idarə edir və onun işlərinə gündəlik nəzarəti həyata keçirirlər.

2. Sahibkarların yeganə arzusu- mənfəəti maksimumlaşdırmaqdır.

Nəzəriyyə son xərclərin son gəlirlərə nisbətən azaldılması şəraitində mənfəətin maksimumlaşdırılması haqqındakı tezisə əsaslanır.

Firma haqqında menecer nəzəriyyəsi, yəni satışdan alınan gəlirin maksimumlaşdırılması nəzəriyyəsi.

Müasir şəraitdə mülkiyyətin səhmdar forması həlledici rol oynayır. Idarəetmə funksiyalarını peşəkarlara həvalə etməklə əsil mülkiyyətçilər səhm sahibi olur və formal mülkiyyətçiyə çevrilirlər. Doğrudan az sayda mülkiyyəçi nəzarət səhm paketinə sahib olmaqla firmanın strateji fəaliyyətinə nəzarət edir. Amma söhbət korporasiyaların fəaliyyətindən bixəbər olan milyonlarla kiçik , orta və iri mülkiyyətçilərdən gedir. Beləliklə, firmanın fəaliyyətində, idarə olunmasında menecerlərin rolu getdikcə artır. İqtisadi həyatda baş verən belə dəyişikliklər firma haqqında menecer nəzəriyyəsinin yaranmasına gətirib çıxartmışdır.

Bu konsepsiya iki əsas amillə bağlıdır:

1. Operativ idarəetmə bilavasitə mülkiyyətçilər tərəfindən deyil, peşəkar menecerlər tərəfindən həyata keçirilir.

2. Menecerin əsas məqsədi satışın həcmini və bundan alınan gəliri maksimumlaşdırmaqdan ibarətdir.

Bir sıra səbəblər, həqiqətən, meneceri satış həcmini maksimumlaşdırmaqda maraqlı edir. Bu, hər şeydən əvvəl, onunla izah olunur ki, menecerin aldığı əmək haqqının, digər ödəmə və güzəştlərin miqdarı bilavasitə satılmış məhsullardan alınan pul məbləğindən asılıdır.

Bu konsepsiya sonralar təkmilləşdirilmişdir. Təkmilləşdirmə ilə əlaqədar məhsulların satışından əldə olunan pul vəsaitindən çoxalması ştat vahidlərini artırmağa, yeni layihələrin həyata keçirilməsinə şərait yaradır.

ABŞ- da Strateji planlaşdırma İnstitutu tərəfindən aparılmış tədqiqatın ( 1974) nəticəsində aydın olur ki, firmalar qısa müddət ərzində satış həcmini çoxaltmağa üstünlük versələr də , uzun müddət dövründə onları daha çox mənfəətin maksimumlaşdırılması məsələsi maraqlandırır.

Firmanın miqyasının maksimumlaşdırılması nəzəriyyəsi. Bu nəzəriyyənin yaradıcılarının fikirlərinə görə sahibkarların və menecerlərin ümumi bir məqsədi vardır: firmanın miqyasını maksimumlaşdırmaq. Menecerlər şəxsi status və qazanclarını artırmaq üçün buna çalışırlar. Müəssisə sahibləri isə varlanmaq məqsədilə onun aktivlərinin çoxalmasına can atırlar. Bu nəzəriyyəçilər araında xüsusi yer tutan Marris qeyd edir ki, menecer tərəqqi edən firmanın adi iri firmaya çevrilməsinə çalışır.

Marrisin nəzəriyyəsində əsas halqa bölünməz mənfəət narmasıgöstəricisidir. Firmanın bütün mənfəəti iki yerə bölünür: bir hissəsi səhmlərə görə divident şəklində ödənilir, qalan hissə isə bölünməz qalır və istehsalın inkişafı fondunu əmələ gətirir. Mənfəətin bölünməz hissəsinin bölünən hissəyə nisbəti bölünməz mənfəət normasını vəya mənfəətin saxlanması normasını əmələ gətirir.

Əgər menecerlər mənfəətin çox hissəsini divident şəklində ödəsələr, səhmdarlar razı qalarlar və səhm kursu qalxmağa başlayır.

İndi isə, fərz edək ki, menecerlər mənfəətin əsas hissəsini bölünməz saxlayırlar, bu firmanın genişlənməsi və istehsalı üçün yaxşıdır. Lakin səhmdarlar dividentin aşağı səviyyəsindən narazı qalaraq öz səhmlərini satmağa başlayarlar.

Beləliklə, mənfəətin iki hissəyə bölünməsi və mənfəətin saxlanması normasının müəyyən edilməsi sadə iş deyil, o bir sıra çətinliklərlə və ziddiyyətlərlə bağlıdır.

Firmanın miqyasının artırılmasının tərəfdarları əsas iki yolunu göstərirlər.

Birinci yol, əsasən kapitalın və istehntəmərküzləşməsilə, firmanın daxili artımı iləarakterizə olunur. Firmanın daxilitım mənbələri kimi aşağıdakılar çıxış edir:


  1. Firmanın öz resuarı, ilk növbədə mənfəətin bölünməz hissəsi, müəyyən qədər də amortizasiya fondu.

  2. banklardan və digər maliyyə- kredit təşkilatlarından alınan borc vasitələri.

  3. Qiymətli kağızların əlavə emissiyasından alınan vasitələr.

İkinci yol isə udulma və qovuşma nəticəsində kapitalın və istehsalın mərkəzləşməsi ilə əlaqədardır.

Qovuşmanın ( udulmanın) müxtəlif növləri vardır. əsas növləri bunlardır: üfüqi inteqrasiya, şaquli inteqrasiya və konqlomerasiya.

Üfüqi inteqrasiya adətən eynitipli məhsul istehsal edən və ya bir neçə texnoloji prosesin eyni mərhələsini həyata keçirən firmaların birləşməsi ilə müşahidə olunur. Üfüqi inteqrasiya istehsalın sahədaxili təmərküzləşməsi və mərkəzləşməsi ilə xarakterizə olunur.

Şaquli inteqrasiyada ümumi texnoloji prosesin müxtəlif mərhələlərini həyata keçirən firmaların birləşməsi baş verir. Belə inteqrasiya istehsalın sahələrarası təmərküzləşməsi və mərkəzləşməsilə xarakterizə olunur.

Konqlomerat texnoloji cəhətdən heç bir əlaqəsi, asılılığı olmayan müstəqil firmaların birləşməsi nəticəsində yaranır.

Son onilliklərdə mərkəzləşmənin və təmərküzləşmənin əksinə olan inkişaf meyli güclənməkdədir.

Firmanın davranışı haqqında nəzəriyyələr. Bu nəzəriyyənin tərəfdarları, əvvəlkilərdən fərqli olaraq göstərirlər ki, firmada çoxlu məqsədlər mövcuddur. Bu məqsəd və mənafelərin məcmusuna aşağıdakılar daxildir:


  1. Yüksək əmək haqqı almağa, yaxşı əmək şəraitinə, texniki təhlükəsizliyə can atan fəhlələrin mənafeyi.

  2. Hakimiyyətə, öz sosial statusunu, rütbəsini yüksəltməyə can atan menecerin mənafeyi.

  3. Yüksək divident almağı arzulayan səhmdarın mənafeyi.

  4. Firmanın fəaliyyətinin iqtisadi göstəriciləriniyaxşılaşdırmağa çalışan ali rəhbərlərin mənafeyi və s.

Davranış nəzəriyyələri ( bu istiqamət “ bixeviorizm” adlanır) yapon firmalarında daha geniş tətbiq olunur.

Davranış nəzəriyyələrinin çoxlu variantları mövcuddur. Bu variantlarda xüsusi və ümumi mənafeləri əlaqələndirmək üçün müxtəlif təkliflər verilir.

X. A. Saymon adlı nəzəriyyəçi tərəfindən təklif olunmuş üsul kompromisin seçilməsinə əsaslanır. Bütün mənafeləri eyni zamanda maksimum səviyyədə ödəmək mümkün deyil. Buna görə də mənafelərin ödənilməsinin elə quruluşu seçilməlidir ki, hamısının mənafeyini maksimum olmasa da müəyyən səviyyədə ödəmək mümkün olsun.

Davranış nəzəriyyələrində xarici mühitin nəzərə alınmasına xüsusi fikir verilir. Xarici iqtisadi ədəbiyyatda firmanın davranışına aid 2000- dən yuxarı strateji nümunələr vardır. Bunlar firmaya xarici mühitdəki dəyişikliyə tez bir zamanda uyğunlaşmağa imkan verir. Xarici mühitə iqtisadi, siyasi, ekoloji, sosial şərait və s. aid edilir. Firmanın daxili quruluşu xarici mühitə adekvat, uyğun olmalıdır.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin