Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Istehlakçını maraqlandıran ən mühüm məsələlər­dən biri də əvəzetmənin son normasına nail olmaqdır



Yüklə 0,94 Mb.
səhifə42/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   38   39   40   41   42   43   44   45   ...   126
FF Mikro

Istehlakçını maraqlandıran ən mühüm məsələlər­dən biri də əvəzetmənin son normasına nail olmaqdır. Əvəzetmənin son norması dedikdə istehlakçının hər hansı bir əmtəədən əlavə vahidin satın alın­ma­sı üçün imtina etdiyi başqa əmtəələrin maksimum miqdarını göstə­rən ölçü nəzərdə tutulur. Bir əmtəənin istehlakından əldə edilən fayda­lı­lığın artması başqa bir əmtəənin istehlakının azal­masına uyğun gəl­mə­lidir. Bu, nəticə etibarilə şəxsi büd­cədən sərf olunan vəsaitin hər vahi­di­nə görə səmərənin eyni səviyyədə olmasını təmin edir. Istehlakçı xərc­lə­diyi pulun səmərəliliyini, nəinki bir-birini qarşılıqlı surətdə əvəz edən əmtəələri satın almaqla, həm də onların qiymətlərinə xüsusi diqqət ye­tirməklə təmin etməyə çalışır. Başqa sözlə, bir-birini qarşılıqlı əvəz edən əmtəələr arasındakı proporsiya­larıtarazlaşdırmağa məhz qiymətlər im­kan verir. Bir əmtəənin başqa bir əmtəə ilə əvəz olunmasının son nor­ması qarşılıqlı surətdə əvəz olunan əmtəələrin qiymətləri arasındakı nisbətə bərabər olmalıdır. Məsələn, istehlakçı maksimum fayda götürmək üçün «x» və «y» əm­təə­lərini bir-biri ilə əvəz etmək istəyirsə, onda o, əvəzetmənin aşağıdakı ki­mi ifadə olunan normasını əldə rəhbər tutmalıdır:


Burada MRSx,y-əvəzetmənin son norması, MU- əmtəənin son faydalılığı, P- əmtəələrin qiymətlərini göstərir. Buradan aydın olur ki, «x» əmtəəsindən əlavə vahi-din satın alınmasına sərf olunan pul vəsaitinin hər vahidi-nin faydalılığı, «y» əm­təəsinin əlavə hər vahidinin satın alınmasına sərf olunan pul vəsaitinin faydalılığından yük-sək olduqda istehlakçı «x» əmtəəsindən, əksinə ol­duqda isə «y» əmtəəsindən daha çox satın almağa çalışır. Və deməli, alıcı əlində olan pul vəsaitini onun üçün daha çox fayda verən məh­sul­lar arasında bölüşdürməklə əvəzetmənin son normasının təmin olunma­sına şərait yaradır.

Aydındır ki, «x» əmtəəsinin son faydalılığı özünün qiymətin­dən deyək ki, 2 dəfə, «y» əmtəəsininki isə 3 dəfə yüksək olduqda, pul vəsaiti sərfinin bərabər son faydalılığı prinsipi pozulur. Bu, onunla əla­qədardır ki, «y» əmtəəsinin hər vahidinə sərf olunan əlavə pul vəsaiti, «x» əmtəəsinin hər vahidinə sərf olunan əlavə pul vəsaitinə nisbətən da­ha çox fayda gətirir. Buna görə də alıcı pul vəsaitinin bir hissəsini «x» əmtəəsinin satın alınmasından «y» əmtəəsi­nin satın alınmasına «keçi­rir». Bu əmtəələrin faydalılıqları arasındakı fərq bir növ alıcının «ixti­ra­çılıq», «səmərələşdi­ricilik» qabiliyyətinin nəticəsi kimi meydana çıxır. Odur ki, alıcı bunları nəzərə almaqla bazarda «manevr edir».




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin