Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Büdcə məhdudiyyətləri və alıcılıq qabiliyyəti. Istehlakçı seçimi



Yüklə 0,94 Mb.
səhifə39/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   35   36   37   38   39   40   41   42   ...   126
FF Mikro

2. Büdcə məhdudiyyətləri və alıcılıq qabiliyyəti. Istehlakçı seçimi.

Istehlakçı davranışı nəzəriyyəsində hər şeydən əvvəl istehlak­çının alıcılıq qabiliyyətini müəyyən edən ehtiyat-ların məhdudluğu və pul gəlirlərinin onlara verdiyi imkan nəzərdən keçirilir. Daha konkret desək, söhbət hər bir is-tehlakçının pul gəlirləri və xərclərindən ibarət olan şəxsi büdcəsindən gedir.

Hər bir konkret zaman kəsiyində isə istehlakçının şəxsi gəlirləri müəy­yən məbləğdə pul vəsaitindən ibarətdir. Bu, mühəndislərin, müəllimlə­rin, həkimlərin, iqtisadçıların, mü­hasiblərin həftəlik, aylıq, illik əmək haqqından, tələbələ-rin təqaüdündən, pensiyaçılara verilən pensiyalar­dan, biz-nes­menin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən ibarət ola bilər. Bunlardan hər biri müəyyən məqamda hə-min şəxslərin alıcılıq qabiliyyətlərini göstərir. Bu gəlirlər kəmiy­yətcə bir-birindən fərqləndik­lə­rinə görə onların alıcı-lıq qabiliyyətləri də müxtəlif olur. Ona görə də hər bir isteh-lakçı özünün sonsuz tələbatını ödəmək üçün öz gəliri ilə məhdudlaşmaq, obrazlı ifadə ilə desək “ayağını yorğanına görə uzat­maq” məcburiyyətində qalır.

Məhdud məbləğdə pul gəliri cari və gələcək ehtiyac­lar, gündə­lik tələbat məhsulları və uzunmüddətli istifadə üçün nəzərdə tutulan az miqdarda bahalı, çox miqdarda ucuz əmtəələr arasında bölüşdürülə bilər. Məhdud məbləğ-də pul gəlirləri ilə istehlakın həyata keçirilməsinə sərf olunan xərc­ləri iqtisadi ədəbiyyatda büdcə məhdudiyyətləri adlandı­rır­lar. Hər bir adamın şəxsi büdcəsində olan dəyişən məb-ləğdə pula ala biləcəyi əmtəələrin və ya istehlak üçün ne-mətlərin miqdarı onun tələbatı və gəlirləri ilə müqayisədə məhduddur. Pul gəlirlərinə satın alınan əmtəə­lər, onlara olan tələbata nisbətən məhdud xarakter daşıyır. Əmtəə is­teh­salı üçün lazım olan ehtiyatların miqdarının məhdud olması, onları, hətta əhalinin azgəlirli təbəqəsi üçün pulsuz etmək imkanını aradan qal­dırır. Bu səbəbdən də hər bir əmtəənin pul ilə ifadə olunan qiyməti vardır. Pul gəlirləri kimi qiymətlər də satın alınan əmtəələrin çeşidini məhdud­laşdırır, insanları öz büdcələrini buna uyğunlaşdırmağa məcbur edir.

Pul gəlirlərinin dəyişməsinə uyğun olaraq istehlakçı­ların büdcə məhdudiyyətləri, əmtəələrə olan tələb və tədiyə qabiliyyətləri də dəyişir. Başqa sözlə, digər şərtlər sabit qalmaqda, pul gəlirləri artdıqda isteh­lakçıların tədiyə qabi-liyyətləri də yüksəlir. Əmtəələrin pərakəndə satış qiymətləri aşağı düşdükdə də istehlakçıların alıcılıq qabiliyyətləri artır. Istehlakçıların pul gəlirləri azaldıqda və əmtəələrin pərakəndə satış qiy­mətləri, habelə xidmətlərin tarifləri yüksəldikdə isə əmtəələrə olan tələb və alıcılarıntədiyə qabiliyyəti azalır. Yaxud da qiymətlər sabit qal­maq­la əhalinin pul gəlirləri azaldıqda onların alıcılıq qabiliyyəti aşağı düşür və deməli əmtəələrə olan tələb də azalır.

Istehlakçıların büdcə məhdudiyyətlərinin artıb-azalması adam­la­rın rifahını müəyyən edən nominal və real gəlirlərin səviyyəsində də­yi­şiklik olduğunu göstərir. Nominal gəlir əmtəə və xidmətlərin cari qiy­mət­lərindən asılı ol-mayaraq istehlakçıda olan müəyyən məbləğdə pul­dur. Ay-dındır ki, nominal pul gəlirlərinə nisbətən qiy­mətlər baha-lan­dıqda istehlakçıların büdcə məhdudiyyətləri artdığına görə onların rifa­hı aşağı düşür.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin