Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Firmanın ( müəssisənin) növləri və təşkilati- hüquqi formaları



Yüklə 0,94 Mb.
səhifə47/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   43   44   45   46   47   48   49   50   ...   126
FF Mikro

3.Firmanın ( müəssisənin) növləri və təşkilati- hüquqi formaları.

Məlumdur ki, iqtisadi sistemdə çoxlu sayda firmalar ( müəssisələr) fəaliyyyət göstərir. İqtisadi ədəbiyyatda bunlar müxtəlif meyarlar baxımından təsnifləşdirilir. Belə ki, firmalar( müəssisələr) mülkiyyət mənsubiyyətinə, fəaliyyətinin həcminə, sahəsinə, xarakterinə, əhatə etdiyi ərazi meyarına görə və s. fərqləndirilir.

Mülkiyyət mənsubiyyətinə uyğun olaraq firmanın ( müəssisənin) xüsusi, kollektiv, dövlət və qarışıq formaları vardır.

Firmalar( müəssisələr) fərdi( ailə) , şərikli( tam ortaqlı), payçı və şərikli ( ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, səhmdar cəmiyyəti və dövlət müəssisəsi kimi təşkilati xətt hüquqi formalarda fəaliyyət göstərirlər.

Fərdi( xüsusi) firma – biznes fəaliyyətinin ən klassik formalarından biridir. Belə firmalar adətən, fərdin və ya onun ailə üzvlərinin ümumi mülkiyyəti əsasında təşkil olunur. Bununla yanaşı firmalar başqa mülkiyyətçilərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Belə müəssisələrin idarə olunması adətən, sahibkarın özü tərəfindən həyata keçirilir. Bir sıra hallarda sahibkar müəssisənin idarə olunması menecerə həvalə edə bilər, lakin belə halda da müəssisənin fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır.

Fərdi firmaların biznes aləmində geniş yayılması onun bir sıra üstünlüklərilə bağlıdır. Bu üstünlüklərə aşağıdakılar aid edilir:



    1. təşkilinin sadəliyi;

    2. fəaliyyət azadlığı- sahibkar öz fəaliyyətilə bağlı olan bütün məsələlər üzrə qərar qəbul edilməsində tam azaddır;

v) güclü iqtisadi motivin olması- mənfəətin tamamilə sahibkara çatması.

Bazar iqtisadiyyatı ölkələrin təcrübəsi göstərir ki, xüsusi mülkiyyət artıq təkcə özünün klassik forması olan fərdi mülkiyyət formasında deyil, həm də kollektiv, kooperativ, qrup və s. formalarda çıxış edir. Belə müəssisələrə şərikli( tam ortaqlı), payçı və şərikli( birgə ortaqlıqlar0, məhdud məsuliyyətli müəsssisələr, kooperativlər, səhmdar cəmiyyətləri və s. aid edilir.

Şərikli( tam ortaqlı) müəssisə iki və daha artıq fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Şəriklər müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Əgər fəaliyyət göstərən müəəsisəyə sonradan hər hansı bir şərik daxil olarsa, bu halda o digər şəriklər kimi müəssisənin əvvəlki borclarına görə də bütün əmlakı ilə məsuliyyət daşıyır.

Müəssisələr haqqında olan qanunvericiliyə görə hər hansı bir şərik müəssisədən çıxdıqda öz payını geri almaq hüququna malikdir.

Şərikli( tam ortaqlı) müəssisədə olan bəzi çatışmazlıqlar onun daha təkmilləşmiş forması olan payçı və şərikli ( birgə ortaqlıqlar) müəssisə formasında aradan qaldırılır. Belə müəssisələr həm şərikin ( şəriklərin) , həm də payçının( payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şərik müəssisənin öhdəliklərinə və borclaırna görə özünün bütün əmlakı ilə , payçı isə yalnız müəssiyə verdiyi pay həcmində məsuliyyət daşıyır.

Kollektiv mülkiyyətə əsaslanan kooperativlərlə şərikli müəssisələr arasında oxşar cəhətlər çoxdur. Belə ki, şərikli müəssisələrdə olduğu kimi kooperativlər də iştirakçıların könüllü birliyidir. Onlar arasındakı fərqlər isə bunlardır:



  1. Kooperativlərdə iştirakçıların sayı şərikli müəssisələrdəkinə nisbətən daha çoxdur.

  2. Şərikli müəssisələrin idarə olunmasında bəzən menecerlərdən istifadə olunur, kooperativlərin idarə olunması həmişə öz üzvləri içərisindən seçilmiş idarə heyəti tərəfindən həyata keçirilir.

Kollektiv mülkiyyət əsaslanan əsas müəssisə formalarından biri səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyəti öz nizamnamə fondunu tədavülə səhm və istiqraz kimi qiymətli kağızlar buraxmaq yolu ilə formalaşdıran və bunun nəticəsində toplanmış vəsait əsasında işgüzarlıq fəaliyyətini həyata keçirən kollektiv müəssisə formasıdır. Belə cəmiyyətin səhmlərini alanlar onun səhmdarlarına çevrilirlər və aldıqları səhmin həcminə uyğun olaraq onun mənfəətindən divident almaq hüququ qazanırlar.

İlk səhmdar cəmiyyətləri XV- XVI əsrlərdə Gemuyada və Milanda yaranmışdı. XVII əsrdə iri ticarət kampaniyaları: hollandiyada “ Ost hind” ( 1600), Fransada “ KompanidezendOksidantal” ( 1628) yarandı.

Səhmdar cəmiyyətlərinin müəssisələrin başqa formalarından fərqli xüsusiyyətləri və üstünlükləri vardır. Bunlar aşağıdakılardır:


  1. səhmdar cəmiyyətləri əlavə kapitalın cəlb olunmasına geniş imkan yaradır.

  2. Səhmdarlar məhdud məsuliyyət daşıyırlar. Yəni səhmdarlar verdikləri pay həcmində cavabdehdirlər.

  3. Peşəkar idarəetmə- səhmdar cəmiyyətlərinin idarə olunması adətən menecerlər tərəfindən həyata keçirilir.

Səhmdar cəmiyyətlərinin çatışmamazlıqlarına isə aşağıdakılar aid edilir: cəmiyyətin fəaliyyəti üzərində ciddi nəzarətin olması; səhmdar cəmiyyətlərinin fəaliyyətinin nəticə etibarı ilə inhisarçılığa meylliliyi; ikiqat vergi ödənilməsi qaydası- mənfəətdən vergi və səhm sahiblərinin aldıqları dividentdən vergi.

Səhmdar cəmiyyətlərinin buraxılan səhmlərin növündən və onların bazarda dövriyyəsinin təşkilindən asılı olaraq iki tipi fərqləndirilir: açıq və qapalı. Açıq tipli cəmiyyətlərin səhmləri heç bir məhdudiyyət qoyulmadan bazarlarda alınıb- satılır. Cəmiyyət və onun səhmdarları öz öhdəliklərinə görə cəmiyyətin bütün bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Qapalı tipli səhmdar cəmiyyətinin səhmləri isə təsisçi səhmdarların öz aralarında bölüşdürülür və bazara çıxarılmır. Bu cür cəmiyyətlər nizamnamə kapitalının formalaşması üçün təsisçilərin öz kapitalı kifayət edən zaman yaradılır. Səhmdar cəmiyyəti və səhmdarlar öz öhdəliklərinə görə yalnız qoyulmuş kapital həcmində məsuliyyət daşıyırlar.

Dövlət müəssisələri dövlət mülkiyyətinə əsaslanır və iki əsas əlamətlə səciyyələnir. Birincisi, dövlət müəssisələrinin əmlakı və idarə olunması tamamilə və ya qismən dövlətin və onun orqanlarının ( nazirlik, birlik) əlində cəmlənir. İkincisi, dövlət müəssisələrinin fəaliyyətinin məqsədilə bağlıdır. Onların öz fəaliyyətlərində yüksək mənfəət əldə etmələri yeganə məqsəd deyilir. Onların əsas məqsədi hansı yolla olursa- olsun ictimai tələbatı ödəməkdir.

Bazar iqtisadiyyatı ölkələrində fəaliyyətinin miqyasına, təmərküzləşmənin səviyyəsinə görə müəsisələrin kiçik, orta və iri formaları fərqləndirilir. Bu təsnifləşdirmədə əsas göstərici kimi işçilərin sayı qəbul edilmişdir. Bu göstərici ölkənin iqtisadi, sosial və siyasi xüsusiyyətindən və s. asılı olaraq müxtəlif ölkələrdə bir- birindən fərqlənir. Adətən 50- yə qədər işçi olan müəssisə kiçik müəssisəyə, 500- dən çox işçisi olan isə iri müəssisə hesab olunur. Azərbaycanda sənayedə 50- yə, tikintidə 25-ə, nəqliyyatda 15-ə, ticarət və xidmət sahələrində isə 10-a qədər işçi olan müəssisə- kiçik, buna uyğun olaraq 300, 150, 75 və 50- dən çox işçisi olan isə iri müəssisə hesab olunur.

Orta müəssisələr kiçik müəssisələrə nisbətən azsaylıdır və hazırda onların sayının azalması meyli güclənir. Bu onunla əlaqədardır ki, onlar nə kiçik müəssisələr kimi çoxsaylı və çevik, nə də iri müəssisələr kimi güclü deyilir.

Orta müəssisələrin rolu ondan ibarətdir ki, orta müəssisələr iri biznes üçün güclü rəqib kimi çıxış edir. Onlarda inhisarlaşmağa, iriləşməyə doğru meyl vardır, kapitalın mərkəzləşməsində mühüm mənbədir.

İri müəssisələr sayca az olsalar da bir sıra üstünlüklərə malikdirlər. Əvvəla, məhsulun böyük həcmdə istehsalı yalnız iri müəssisələrdə mümkündür. İkincisi, nəhəng elmi- tədqiqat işlərinin aparılması və elmi- texniki tərəqqinin nəticələrinin tətbiqi məhz iri firmalarla bağlıdır.

Mövzu 9:MİKROİQTİSADİYYATDA QEYRİ-MÜƏYYƏNLİK AMİLLƏRİ.  RİSKLƏR NƏZƏRİYYƏSİ 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin