Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan



Yüklə 0,94 Mb.
səhifə48/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   44   45   46   47   48   49   50   51   ...   126
FF Mikro

PLAN 

1. Təsərrüfat riski: mahiyyəti və səbəbləri.  

2. İtkilərin növləri.  

3. İtkilərin quruluşu və onları doğuran səbəblər.  

4. Risk göstəricisi və onu qiymətləndirməyin üsulları. Risk əyrisi. 

5. Riskləri idarəetmə metodları.  

  

 Bazar münasibətlərinin inkişaf etməsi ilə əlaqədar olaraq ölkəmizdə sahibkarlıq  fəaliyyətini vəziyyətin artmaqda olan qeyri-müəyyənlİ3d və iqtisadi mühitin  dəyişkənliyi şəraitində həyata keçirmək lazım gəlir. Deməli, gözlənilən son  nəticənin əldə olunmasında qeyri-müəyyənlik və inamsızlıq yaranır və bununla da  risk, uğursuzluq təhlükəsi, nəzərə alınmamış itkilər təhlükəsi artır. Bu ələlxüsus  sahibkarlığı yiyələnməyin ilkin mərhələsinə xasdır.  



 1. Təsərrüfat riski: mahiyyəti və səbəbləri  

Müasir şəraitdə iqtisadiyyatda ənənəvi quruluşların deformasiyası baş vermiş,  təsərrüfatçı subyektlərin mövcud olan davranış stereotipləri dəyişmişdir.  Bazar özləri riskə gedərək mübadilə sövdələşmələri aparan satıcı ilə alıcının  görüşməsini nəzərdə tutur. Bəs mübadilədə risk nədədir və qorxu hissi nədən doğur?  Bazarda hamı uduzmaqdan, aldadılmaqdan, zərər çəkməkdən qorxur. Hamı baha  satıb ucuz almaq istəyir. Risk ondadır ki, əmtəə istehsalçısı tələbi öncədən duyub  onu formalaşdırmaq və məhsulu hələ bazar dolmamış yüksək qiymətlə satışa  çıxarmaq istəyir. Bu vaxt o, rəqiblər tərəfindən geridə qoyulmaq, pulu gələcəyi  olmayan əmtəələrin istehsalına qoymaq, bazarın tələb etdiyindən daha çox mal  istehsal edib onları dəyər-dəyməzinə satmaq təhlükəsi ilə üzləşir.   Beləliklə, bazarda kortəbii olaraq müxtəlif mübahisələr yaranır ki, onlar da  bazar mexanizminin, tələb və təklifin, rəqabətin və s, köməkliyi ilə öz həllini tapır.  Təsərrüfatçılıq fəaliyyətində risk adi haldır. Təsərrüfatçılıq risklərinin səbəbləri  olduqca müxtəlifdir.  

 Bu, təbii fəlakətlər, hadisələrin uğursuz gedişi, alıcı və satıcıların səhvləri,  təsərrüfat fəaliyyətinin digər iştirakçıları tərəfindən öhdəliklərinin pozulması,  qiymətlərin, vergilərin, ödənişlərin, siyasi vəziyyətin və s. dəyişməsi ola bilər. Bu  səbəblər bu və ya digər dərəcədə həmişə mövcuddur, buna görə də gələcək iqtisadi  vəziyyətin qeyri-müəyyənliyi riski qaçılmaz edir.  

 İqtisadi azadlıq qurban tələb edir, çünki bir təsərrüfatçının azadlığı digər bazar  subyektlərinin azadlığı ilə müşayiət olunur, onlar onun məhsulunu ala da bilər,  almaya da, onun müqabilində başqa qiymətə məhsul təklif edə bilərlər, öz  qiymətlərini, sövdələşmə şərtlərini və s. diktə edə bilərlər. Birinin qazancı digərinə 

zərər ola bilər.  

 Beləliklə, bazar subyektlərinin bərabər iqtisadi azadlığı mütləq iqtisadi riskə səbəb olur. Bu zaman mütləq qeyd olunmalıdır ki, bazar iqtisadiyyatı şəraitində

təsərrüfat fəaliyyətində tam azadlıq yoxdur və ola da bilməz. M.Fridmen bu barədə obrazlı şəkildə deyirdi ki, sizin «əl-qol atmaq» azadlığınız «mənim burnuma qədər»  olan məsafə ilə məhdudlaşır. Azad bazar sistemi şəraitində tam deyil, iqtisadiyyatın  sürətli inkişafına rəvac verən kifayət qədər iqtisadi azadlıq mövcuddur. Təəssüf ki,  belə azadlıq risklə bağlıdır.  



 V.l.Dal riski işgüzarlıq, zirəklik, xoş nəticəyə çatmaq ümidilə bəxtə-bəxt  hərəkət etmək, S.l.Ojeqov isə mümkün təhlükə kimi izah edirdi. Bu izahları  ümumiləşdirərək demək olar ki, risk uğurlu nəticəni qorxulu edən təhlükədir.  Bir qayda olaraq, bazar münasibətləri elə şəraitdə qurulur ki, sahibkarlar rəqiblərinin  maliyyə vəziyyəti, bazarın konyunkturası, bölgənin iqtisadi vəziyyəti və s. haqqında  heç də həmişə dolğun və dürüst məlumat ala bilmirlər. Bu hal bazar münasibətlərinə qeyri-müəyyənlik elementləri gətirir və mənfəət əldə etməyə aparan davranış  variantını seçmək imkanını çətinləşdirir. Mənfəət əldə etmək imkanının real təminatı  yalnız zərər çəkmək şəraitini əvvəlcədən qiymətləndirildiyi halda mümkün olur.   Planlı iqtisadiyyat dövründə «risk» probleminə kifayət qədər diqqət yetirilmirdi  və «risk a iqtisadi məfhumu öz tətbiqi mənasında praktik olaraq işlədilmirdi. Ötən  əsrin 80- ci illərinin sonunda ölkəmizdə «sahibkarlıq riski» məfhumu meydana  gəldi. 90-cı illərin əvvəllərində artıq 17 «risk» növü fərqləndirilmişdi: təsərrüfat,  maliyyə, valyuta, investisiya, faiz və b. Bu «risk» məfhumunun dəqiqləşdirilməsini  və onun təsnifatını labüd etdi.  

 Hazırda iqtisadi ədəbiyyatdə riskin vahid tərifi yoxdur. Lakin istənilən riskin  əsası gələcəyə inamsızlıq, mümkün təhlükədir. Ənənəvi olaraq iki tərif verilir.  Birincisi riskin səbəblərinə və onların qeyri-müəyyənliyinə əsaslanır. İkincisi isə riskə təsirin özünə söykənir. Buradan da risk qarşıdakı məqsəddən neqativ  yayınmadır.  

 Əslində isə əsassız riskə yol verilməsi hallarına bir o qədər də az təsadüf olunmur.  Belə riski macəra adlandırırlar. Macəra şəraitin, imkanların və real qüvvələrin  imkanlarını nəzərə almadan görülən, təsadüfi uğura bel bağlayaraq və adətən  uğursuzluğa məhkum olan işdir. Bu halda nəzərdə tuturlmuş məqsədi həyata  keçirmək üçün obyektiv şərait olmur.  

 İqtisadi risklərin təsnifatı meyarlar çoxluğuna əsaslanır.  

Sahibkarlıq fəaliyyətinin xarakterini nəzərə almaqla təsərrüfatçılıq təcrübəsində aşağıdakı əsas iqtisadi risk növlərini fərqləndirirlər:  

■ istehsal — əmtəə və xidmətlər istehsalı, istənilən istehsal fəaliyyəti növünün  həyata keçirilməsi ilə bağlıdır;  

■ kommersiya - əmtəə və xidmətlərin satışı prosesi ilə bağlıdır;  ■ maliyyə — bazar subyektlərinin banklar və digər maliyyə institutları ilə bağlı  münasibətləri sahəsində meydana gəlir. Borc götürülmüş vəsait kəmiyyətinin  özünün vəsaitinin kəmiyyətinə nisbəti nə qədər çox olsa, maliyyə riski bir o qədər  böyük olar. Bu onunla izah olunur ki, kredit verilməsi və ya kredit şərtlərinin  sərtləşməsi istehsalın dayanmasına səbəb ola bilər.  

 Risklər təhlükə mənbələrinin, risk zonalarının, təsir sahələrinin, riskin zaman  müddətində bölgüsü, risk dərəcəsinin nəzərə alınması əsasında təsnif oluna bilərlər.  Belə ki, təhlükə mənbəyinə görə risklər aşağıdakılar ilə şərtlənə bilər: 

■ təbii qüvvələrin (sel, qar yağması, zəlzələ, torpaq axını, epidemiyalar, yanğınlar  və s. ) dağıdıcı təsiri ilə;  

■ siyasi xarakterli səbəblərlə (müharibə, çevriliş, inqilab və s.); 

■ iqtisadi xarakterli amillərlə (valyuta kursunun, səhmlərin kursunun düşməsi,  inflyasiya, müflisləşmə, tərəfdaşların öz müqavilə öhdəliklərini yerinə yetirməməsi  və ya keyfiyyətsiz yerinə yetirməsi, kreditin qaytarılmaraası və s.);

  ■ hüquqi xarakterli şəraitlərlə (qanunvericilikdə dəyişikliklər, qanunvericiliyin  qeyri-kamilliyi, dövlət orqanları tərəfindən qanunvericilİ3dn düzgün tətbiq  edilməməsi, məhkəmə sisteminin qeyri-kamilliyi və s., həmçinin qeyri-qanuni  davranışlar: oğurluq, soyğunçuluq, cinayətkar səhlənkarlıq, yalançı müflisləşmə,  fırıldaqçılıq və mülkiyyətə qarşı sair cinayətlər və b.k.).  

Yaranma mənbəyinə görə aşağıdakı riskləri fərqləndirirlər:  

■ bilavasitə təsərrüfat riskləri;  

■ insanın şəxsiyyəti ilə bağlı olanlar;  

■ təbii amillərlə şərtlənənlər.  

İqtisadi risklər bankların fəaliyyətinin bütün tərəflərini: həm xarici, həm də daxili - əhatə edir. Buna müvafiq olaraq xarici və daxili risklər fərqləndirilirlər. Xarici  risklər iki böyük qrupa bölünürlər: 1) likvidlik riskləri və 2) uğur riskləri.   Likvidlik risklərinə daxildir:  

m kredit riski və ya kreditlərin vaxtında qaytanimaması ilə bağlı risk;  ■ yeni, planlaşdırılmamış kreditlər riski;  

■ bazar riski və ya yeni fəaliyyət növləri üzrə risk;  

■ başqa risklər.  

Likvidlik risklərindən ən əsası kredit riskləridir. Son illərdə müəssisələr tərəfindən  fəal surətdə investisiya əməliyyatları - qiymətli kağızlarla əməliyyatlar aparılır, buna  görə də bazar riskinin əhəmiyyəti artır.  

Uğur risklərinə aiddir:  

■ sahə;  

■ sığorta;  

■ faiz;  

■ valyuta;  

■ başqaları.  

İqtisadi risklərin başqa təsnifatına da rast gəlmək mümkündür, bu da, görünür,  qanunauyğundur, çünki müxtəlif risk növləri arasında dəqiq hədd qoymaq xeyli  çətindir.  

Bəzən ayrıca risk növü kimi layihə riskini göstərirlər; bu üç növdən:  ■ ayrıca bir riskdən, yəni sırf layihənin özü ilə bağlı riskdən;  

■ firmadaxili riskdən; 

■ bu və ya digər layihənin firmanın kredit portfelinə nə qədər yaxşı (və ya pis)  «yerləşməsi» ilə müəyyənləşən bazar və ya portfel riskindən ibarət mürəkkəb  riskdir. Bir qayda olaraq risklərin çoxu bir-biri ilə əlaqədardır və onlardan birinin  dəyişməsi digərlərinin də dəyişməsinə səbəb olur, hamısı birlikdə isə bütövlükdə müəssisənin iqtisadi nəticələrinə təsir edir.   Daxili risklər firmanın fəaliyyətinin texniki-təşkilati sahəsi ilə şərtlənir. Bu risklər  sırf pul amilləri ilə bağlı deyil və şəxslə bağlı, bir də ki, maddi-texniki mahiyyətlidir.  Onlar müxtəlif cinayətkar hərəkətlər də ola bilər.  

Daxili risklərin üç növünü fərqləndirirlər:  

■ şəxsi;  

■ maddi-texniki;  

■ quruluş-prosessual.  

 Şəxsi risklər (əməkdaşların riski və ya kadrlarla bağlı risklər) kəmiyyət və keyfiyyətə bölünürlər. Kəmiyyət riskinə əməkdaşların axtarılması və işə qoşulması  nəticəsində yaranan bütün risklər daxildir. Keyfiyyət riskləri əməkdaşların  peşəkarlıq səviyyəsi və xasiyyətləri ilə bağlı olanlardır. Maddi-texniki risklər  müəssisənin maddi-texniki bazası və onun səviyyəsi ilə şərtlənir. Quruluş-prosessual  risklər əvvəlki iki növ riskin qarşılıqlı əlaqəsindən yaranır.  

Bazar İqtisadiyyatında təsərrüfat riskləri qaçılmaz olduğundan riski idarə etməkdə birinci qayda belədir: «Riskdən qaçmamaq, onu öncədən görərək mümkün qədər  aşağı səviyyəyə endirmək ».  

 Risk vəziyyətinin nə olduğunu dərk etmək vacibdir. «Vəziyyəti anlayışı «şəraiti,  <ışərti, *vəziyyət» anlayışlarına yaxındır. O nəyəsə kömək edə, nəyisə ləngidə,  təhrif edə, nəyinsə qabağım ala bilər. Risk vəziyyəti qeyri-müəyyənlik  vəziyyətindən fərqlənir. Belə fərqləndirmə riski qeyri-müəyyənliyi, nəzərdə tutulan  nəticəyə çatmanı, uğursuzluqları və məqsəddən sapınmalan kəmiyyət və keyfiyyət  tərəfdən qiymətləndirməklə, seçim etməyin labüd olduğu vəziyyətdə aradan  qaldırmaqla bağlı fəaliyyət kimi dəyərləndirməyə imkan verir.  

 Sahibkarlıq riski müəyyənləşdirilərkən «xərc», «zərər», «itfci» anlayışlarını fərqləndirmək lazımdır. İstənilən sahibkarlıq fəaliyyəti mütləq xərclərlə bağlıdır,  amma itkilər hadisələrin uğursuz cərəyan etməsi, səhvlər nəticəsində yaranır və nəzərdə tutulanlardan əlavə xərcdir. Bu, risk kateqoriyasını keyfiyyət tərəfdən  səciyyələndirir, lakin sahibkarlıq riskini kəmiyyət anlayışına çevirməyə zəmin  yaradır. Həqiqətən də, əgər risk resursları və ya gəliri itirmək təhlükəsi- dirsə, bu  halda itkilərin mütləq və ya nisbi səviyyəsini əks itkilərin növləri etdirən kəmiyyət  meyarı da mövcuddur.  

 Mütləq ifadəsində risk maddi-əşya və ya dəyərlə (pul) ifadə olunmuş mümkün  itkilər həcmi kimi müəyyənləşdirilə bilər, əgər zərər belə ölçüyə gəlirsə. Nisbi  ifadədə risk mümkün itkilərin kəmiyyətinin müəyyən bazaya nisbəti kimi  qiymətləndirilir. Baza etibarı ilə sahibkarın mülki vəziyyəti, yaxud həmin  sahibkarlıq növünə ehtiyatların ümumi məsrəfləri, yaxud sahibkarlıq fəaliyyətindən  gözlənilən gəlirin (mənfəətin) istifadə olunması daha münasib sayılır. Müəssisə üçün riskin nisbi həcmini müəyyənləşdirdikdə baza kimi müəssisənin  əsas fondlarının və dövriyyə vəsaitlərinin dəyəri və ya həmin növ sahibkarlıq  fəaliyyəti üçün həm cari xərclər, həm də kapital qoyuluşları daxil olmaqla nəzərdə tutulmuş məcmu xərclər və ya gözlənilən gəlir (mənfəət) götürülür. Bu və ya digər  bazanın götürülməsinin elə bir əhəmiyyəti yoxdur, amma daha yüksək etibarlılığa  malik göstəriciyə üstünlük vermək lazımdır.  

 Müqayisə üçün istifadə olunan baza göstəriciləri mənfəət, məsrəf, satış pulu  hesablanmış və ya gözlənilən göstəricilər adlandırılır. Məlum olduğu kimi, bu  göstəricilərin qiymətləri biznes planın hazırlanması zamanı, sövdənın, sahibkar  layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesində müəyyənləşdirilir.  

 Mənfəətin, gəlirin gözlənilən kəmiyyətlərə nisbətən azalması itki hesab olunur.  Sahibkar itkiləri - birinci növbədə sahibkarlıq mənfəətinin təsadüfən azalmasıdır.  Məhz belə itkilərin kəmiyyəti riskin dərəcəsini səciyyələndirir. Deməli, riskin təhlili  hər şeydən əvvəl itkilərin öyrənilməsi ilə əlaqədardır. 

 2. İtkilarin növləri  

 Hadisələrin gözlənilməyən variant üzrə inkişafı ilə şərtlənən bu və ya  digər itkilərin ehtimalını qiymətləndirmək üçün, hər şeydən əvvəl  sahibkarlıqla bağlı bütün itki növlərini bilmək və onları ehtimalla  proqnozlaşdırılan həcmlər kimi əvvəldən hesablamadı bacarmaq  lazımdır.  

 Ehtimal olunan itkilərin proqnozlaşdırılması prosesində hesablanmasından danışdıqda nəzərə almaq lazımdır ki, hadisələrin  sahibkarlığın gedişi və nəticələrinə təsir edən təsadüfi inkişafı yalnız bir  resurs növünün məsrəfini artırmır, həm də başqa bir növün məsrəfinin  azalmasına səbəb olur, yəni bir resurs məsrəfinin artması ilə yanaşı  digərinə qənaət edilməsi müşahidə oluna bilər.  

 Riskin qiymətləndirilməsi zamanı onların hər biri eyni dərəcədə nəzərə alınmalıdır. Başqa sözlə, mümkün məcmu itkilərin müəyyənləşdirilməsi  zamanı hesablanıb nəzərdə tutulmuş itkilərdən onları müşayiət edən  qazancı çıxmaq lazımdır.  

 Sahibkarlıq fəaliyyətində mümkün olan itkiləri maddi, əmək,  maliyyə, vaxt itkisi, xüsusi itki növlərinə bölmək məqsədəuyğundur.  Maddi itkilər - bu sahibkar layihəsində nəzərdə tutulmamış əlavə məsrəflər və ya bilavasitə avadanlıq, əmlak, məhsul, xammal, enerji və s.  itkisidir. Bu itki növlərinin hər biri öz ölçü vahidləri ilə hesablanır. Maddi  itkilərin həmin növ maddi resursların ölçülməsi üçün istifadə olunan ölçülərlə, yəni çəki, həcm, sahə və s. fiziki vahidləri ilə hesablanması daha  düzgündür.  

 Lakin müxtəlif vahidlərlə ölçülən itkiləri vahid itkilər şəklində ümumiləşdirmək qeyri-mümkündür. Kiloqramla metrləri toplamaq  olmaz. Buna görə də itkiləri praktik olaraq dəyər şəklində, pul vahidləri  ilə ifadə etmək lazım gəlir. Bunun üçün fiziki ölçülü itkilər müvafiq  maddi resursun vahidinin qiymətinə vurulmaqla dəyər ölçüsündə ifadə olunur.  

 Dəyərləri əvvəlcədən məlum olan kifayət qədər çox miqdarda maddi  resurslarm itkilərim o saat pul ifadəsində qiymətləndirmək olar. Hər bir  aynca maddi ehtiyatların digər kəmiyyətində mümkün itkilərin səviyyəsi  məlum olduqca onları ümumiləşdirmək olar, bu zaman təsadüfi  kəmiyyətlər və onların ehtimalımn fəaliyyət qaydalarma riayət  olunmalıdır.  

 Əmək itkiləri təsadüfi, gözlənilməyən şəraitdən irəli gələn iş vaxtı  itkiləridir. Əmək itkiləri insan-saat, insan-gün və ya sadəcə olaraq iş vaxtı  saatları ilə ölçülür. Əmək itkiləri həcminin dəyər, pul ifadəsinə çevrilməsi  əmək saatlarının miqdarını bir saatın dəyərinə (qiymətinə) vurmaqla  həyata keçirilir.  

 Maliyyə itkiləri nəzərdə tutulmamış ödənişlər, cərimələrin ödənilməsi,  əlavə vergilərin ödənilməsi, pul vəsaiti və qiymətli kağızların itkisi ilə bağlı bilavasitə pul itkiləridir. Bundan başqa, maliyyə itkiləri nəzərdə tutulmuş mənbələrdən qazancın az alınması, borcların qaytarılmaması,  verilmiş məhsula görə alıcının ödəniş etməməsi, satılan məhsul və xidmətlərin qiymətinin aşağı düşməsi nəticəsində satış pulunun azalması  nəticəsində də yarana bilər.  

 Pul itkisinin xüsusi növləri inflyasiya, rublun valyuta kursunun  dəyişməsi, müəssisə vəsaitlərinin dövlət (respublika, yerli) büdcəsinə göstəriləndən əlavə alınması ilə bağlıdır. Birdəfəlik, qayıtmayan itkilərlə yanaşı hesabların dondurulması, vəsaitlərin vaxtında ödənilməməsi,  borcların Ödənişinin ləngidilməsi ilə bağlı müvəqqəti maliyyə itkiləri də ola bilir.  

 Vaxt itkiləri sahibkarlıq fəaliyyəti prosesi nəzərdə tutulduğundan ləng  gedəndə meydana gəlir. Belə itkilərin bilavasitə qiymətləndirilməsi  nəzərdə tutulmuş nəticənin əldə olunmasının gecikdiyi saat, gün, həftə,  aylarla həyata keçirilir. Vaxt itkisini dəyər ölçülərinə keçirmək üçün  təsadüfi vaxt itkilərinin sahibkarlıq fəaliyyətindən hansı gəlirlərin,  mənfəətlərin itkisi ilə nəticələnəcəyini müəyyənləşdirmək lazımdır. Xüsusi itki növləri insanların sağlamlığına və həyatına, ətraf mühitə,  sahibkarın nüfuzuna zərər vurulması, həmçinin digər arzuolunmaz sosial  və mənəvi-psixoloji nəticələr şəklində təzahür edir. Xüsusi itki növlərini  əksər hallarda kəmiyyətlə, bundanda daha çox dəyər şəklində ifadə etmək  olduqca çətindir.  Təbii ki, hər bir itki növünün yaranması imkanının ilkin  qiymətləndirilməsi və həcmi sahibkarlıq fəaliyyətinin müəyyən dövrünü  (ay, il, müddət) əhatə etməlidir. Ehtimal olunan itkilərin kompleks  təhlilinin aparılması zamanı mümkün risklərin bütün mənbələrini  müəyyənləşdirmək azdır, həm də onların hansının üstünlük təşkil etdiyini  aydınlaşdırmaq lazımdır.  

 Mümkün itkilər həlledici və ikinci dərəcəlilərə bölünür. Sahibkarlıq  riski müəyyənləşdirildikdə riskin səviyyəsinin qiymətləndirilməsində ikinci dərəcəli itkilər nəzərə alınmaya bilər. Əgər nəzərdən keçirilən  itkilər arasında biri ya həcminə, ya da yaranma ehtimalına görə qalanlarını  aşkar üstələyirsə, onda risk dərəcəsinin kəmiyyət qiymətləndirilməsində yalnız bu itki növünü nəzərə almaq olar. Bundan başqa, yalnız təsadüfi,  bilavasitə hesablamaya, proqnozlaşdırmaya gəlməyən və buna görə də sahibkarlıq layihəsində nəzərə alınmayan itkilər nəzərə alınmalıdır. Əgər  itkiləri qabaqcadan görmək mümkündürsə, onlar itki kimi deyil, qaçılmaz  xərclər kimi nəzərdən keçirilməli və hesablamalara daxil edilməlidir. Belə ki, qiymətlərin, vergilərin qabaqcadan nəzərə alınmış hərəkəti, təsərrüfat  fəaliyyətinin gedişində onların dəyişməsini sahibkar biznes-planda nəzərə almalıdır.  


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin