Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Riskləri idarəetmə metodları



Yüklə 0,94 Mb.
səhifə51/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   47   48   49   50   51   52   53   54   ...   126
FF Mikro

5. Riskləri idarəetmə metodları 

Təsərrüfat təcrübəsində tətbiq olunan riski idarəetmə metodlarının hamısını dörd  növə bölmək olar  

■ riskdən yayınma metodları;  

■ riski məhdudlaşdırmaq metodlan;  

■ riski dissipasiya etmək (səpələmə) metodlan;  

■ riski əvəz etmək metodları.  

 Riskdən yayınma metodlarından risk etmədən hərəkət etməyə üstünlük verən  sahibkarlar istifadə edirlər. Bu tipli rəhbərlər şübhəli tərəfdaşların xidmətlərindən  imtina edir, öz etibarlılıqlarını inandırıcı surətdə təsdiqləmiş tərəfdaşlarla - istehlakçı  və təminatçılarla işləməyə üstünlük verir, onların dairəsini genişləndirməməyə 

çalışırlar və s.  

 «Riskdən yayınma» taktikasından istifadə edən təsərrüfat subyektləri yerinə yetirilməsi və ya səmərəliliyi cüzi də olsa şübhə doğuran innovasiya və başqa  layihələrdən imtina edirlər. Belə ki, «risksiz strategiyanın seçən banklar yalnız  konkret təminata görə, yəni daşınmaz əmlak və ya əmtəə və s. girov qoyulduqda  kredit verirlər. 

 Riskdən yayınmanın digər yolu onu hər hansı bir üçüncü şəxs üzərinə keçirməkdir.  Bu məqsədlə hərəkətlərinin sığortalanmasına və ya

Daha geniş səpkidə firma maliyyə-təsərrüfat sövdələrinin regional sığortalanması  sisteminin və müvafiq təkrar sığor- talama sisteminin və s. yaradılması təşəbbüsü ilə çıxış edə bilər.  

 Bununla belə qeyd olunmalıdır ki, sığortalanma kimi geniş yayılmış riskdən  yayınma metodu firmaların üzləşdiyi bir çox hallarda tətbiq oluna bilmir. Bu, birinci  növbədə yeni məhsul növünün istehsalına və ya yeni texnologiyaların tətbiqinə başlayan firmalar üçün səciyyəvidir, çünki sığorta şirkətlərində aktual  hesablamaların aparılması üçün belə hallar üzrə statistik verilənlər yoxdur, buna  gÖrə də onlar bu risk növlərini sığortalamırlar. Odur ki, risk dərəcəsini azaltmaq  üçün hərəkət növünü seçdikdə həmin risk amilinin sığortalama predmeti olub olmadığını aydınlaşdırmak lazımdır. Sığortalanmayan riskdə riski  neytrallaşdırmanın digər metodlarını nəzərdən keçirmək lazımdır. «Təminatçı axtarmaq^ metodu həm kiçik, həm də böyük firmalar tərəfindən  istifadə olunur. Arama təminatçı vəzifəsini onlar üçün müxtəlif subyektlər yerinə yetirirlər: bəziləri iri şikrətlərin (məsələn, banklann, sığorta cəmiyyətlərinin,  fondların), digərləri dövlət idarə orqanlarının «himayəsinə tapmırlar*. Bu zaman  belə bir sual doğur: riskli vəziyyət üçün əldə olunmuş mühafizənin haqqını nə ilə 

ödəmək olar? Vahid cavab yoxdur, lakin görünür qarşılıqlı faydalılıq prinsipi  gözlənilməlidir. Arzu olunan təminatçını nadir xidmətlərlə, siyasi dəstəklə, sözsüz  xeyriyyəçiliklə və s. maraqlandırmaq olar, amma başqa hallarda olduğu kimi, burada  da ödənc və əldə olunan qazanc müqayisə olunmalıdır. Bu isə vəziyyətin  qruplaşdırılmasını və konkret təhlilini, firmanın etibarlı fəaliyyət əldə etməsi  variantlarını işləyib öyrənilməsini qiymətləndirməyi və müqayisə etməyi tələb edir.  Riskin məhdudlaşdırılması metodlarına risk mənbələrini kifayət qədər dəqiq və konkret  müəyyənləşdirmək mümkün olan nisbətən nadir hallarda müraciət olunur. İqtisadi  cəhətdən ən təhlükəli mərhələ və ya fəaliyyət sahələrini müəyyənləşdirib, onları  nəzarətdə saxlamaq və beləliklə, firmanın sondakı risk səviyyəsini aşağı salmaq olar.  Belə metodlar bir çox iri istehsal şirkətləri tərəfindən çoxdan tətbiq olunur: məsələn,  kommersiya uğuru böyük şübhələr doğuran innovasiya layihələrinin istehsalda  tətbiqində, yeni məhsul növünün istehsalına başlanmasında və s. Bir qayda olaraq  bu intensiv LİETT və ya ən yeni elmi nailiyyətlərin tətbiqi tələb olunan, sənayedə hələ təcrübədən keçməmiş məhsul növləridir. Belə yüksək riskli layihələrin həyata  keçirilməsi üçün vençurlu (riskli) adlanan «qız* müəssisəsi yaradılır. Layihənin ən  riskli hissəsi yeni yaradılmış və nisbətən kiçik müstəqil firma hüdudlarında  məhdudlaşdırılır; eyni zamanda «ana* şirkətin elmi və texniki potensialının səmərəli  qoşulması üçün şərait saxlanılır.  

 Riskin səpələnməsi metodları ən çevik idarəetmə alətləridir. Əsas səpələnmə metodlarından biri ümumi riskin ümumi işin uğrunda maraqlı olan başqa  iştirakçılarla birləşərək (müxtəlif səviyyədə inteqrasiya yolu ilə) paylaşdırılmasıdır.  Firma ümumi problemin həllinə tərəfdaş kimi digər müəssisələri və hətta fiziki  şəxsləri cəlb etməklə öz risk səviyyəsini azaltmaq imkanına malikdir. Bu məqsədlə 

səhmdarlar cəmiyyətləri, maliyyə-sənaye qrupları yaradıla bilər; firmalar bir-birinin  səhmlərini ala və ya səhmlər mübadiləsini apara bilər, müxtəlif şirkətlərə,  assosiasiyalara, konsernlərə daxil ola bilərlər. İnteqrasiya ya bir tabelikdə olan və ya  bir sahəyə məxsus bir neçə müəssisənin razılaşdırılmış qiymət siyasəti yürütmək,  təsərrüfat zonalarını bölüşdürmək, «pi- ratlığa* qarşı birgə fəaliyyət göstərmək və s.  üçün birləşməsində təzahür edən şaquli (və ya diaqonal), ya da texniki hədlərin,  təminat və satış əməliyyatlarının ardıcıllığında təzahür edən üfüqi ola bilir. Bu  zaman əlavə səmərə yaranır: firmanın giriş və çıxışında qabaqcadan nəzərə alına  bilən əmtəə bazarı, etibarlı uzunmüddətli tələb və məhsul istehsalı üçün zəruri olan  məmulatların təminatı üçün adacıqlan yaranır. Riskin idarəedilməsinin bu  metodİEirı qrupuna müxtəlif diversifikasiya variantları da aiddir:  

■ fəaliyyətin diversifikasiyası - istifadə olunan və ya istifadəyə hazır  texnologiyaların miqdarının artırılması, istehsal olunan məhsulun çeşidinin və ya  göstərilən xidmətlər spektrinin genişləndirilməsi, istehlakçıların müxtəlif sosial  qruplarına, müxtəlif regionların müəssisələrinə yönümlənmə kimi başa düşülür

■ satış bazarının diversifikasiyası, yəni eyni zamanda bir neçə əmtəə bazarında  işləmə - bu zaman bazarlardan birindəki uğursuzluq digərlərindəki uğurla  əvəzlənmiş olunur; təchizatın çoxsaylı istehlakçılar arasında bölüşdürülməsi; bu  zaman hər bir tərəfdaşın payının ümumi istehsal həcmində bərabər  bölüşdürülməsinə səy göstərilməlidir ki, onlardan bir neçəsinin imtina etməsi  bütövlükdə istehsal-satış proqramını pozmasın;  

■ xammal və materiallar alışı diversifikasiyası çoxlu təchizatçı ilə əlaqədə olmağı  nəzərdə tutur ki, bu da müəssisəni onun «əhatəsindəni, ayrı-ayrı xammal, material  və komp- lektləşdirici təchizatçıların etibarsızlığından asılılığını azaltmağa imkan  verir; tərəfdaş təchizat qrafikini ən müxtəlif, o cümlədən obyektiv səbəblərdən  (qəza, iflas olmaq, fövqəladə 

Riskləri idarəetmə metodlan 

 Riski idarəetmə metodlarının təsnifatı  

şəraitlər və s.) pozduqda firma elə həmin və ya analoji, amma bir qədər fərqli  məhsulun təchizatçısı ilə iş birliyinə keçə bilər. Müxtəlif təhdidedici vəziyyətlərlə mübarizə istiqamətlərindən biri, təhlükənin  qabağının alınması mexanizminin yaradılması ilə bağlı olanı riskin əvəzlənməsi  metodlan qrupu ilə təmsil olunmuşdur. Təsir növünə görə onlan qabaqlayıcı idarəetmə metodlarına (avtomatik idarəetmə nəzəriyyəsində buna «qıcıqlanma üzrə idarəetməm məfhumu müvafiqdir) aid edirlər. Təəssüf ki, bu metodlar adətən çox  əmək tutumludur, geniş ilkin analitik iş tələb edir ki, onların tətbiqinin səmərəliliyi  də həmin işin dolğunluğu və dəqiqliyindən asılıdır.   Bu növ metodlardan ən səmərəlisi firmanın fəaliyyətində strateji  planlaşdırmadan istifadədir. Riski əvəz etmək vasitəsi kimi strateji planlaşdırma  strategiyanın işlənib hazırlanması prosesi firmanın bütün fəaliyyət sahələrini sözün  tam mənasında əhatə etdikdə səmərə verir.   Bu metodun növlərindən biri «xarici iqtisadi şəraitin proqnozlaşdırılması» hesab  oluna bilər. Bu metodun mahiyyəti həmin müəssisə üçün mütəmadi olaraq inkişaf  ssenarisi hEizırlamaqda və onun təsərrüfat mühitinin gələcək vəziyyəti  qiymətləndirməkdə mümkün tərəfdaşların davranışını və ya rəqiblərin hərəkətlərini,  müəssisənin satıcı və ya alıcı qismində çıxış etdiyi bazar bölmələri və seqmentlərində dəyişiklikləri proqnozlaşdırmaqda və nəhayət, regional və 

ümumiqtisadi proqnozlaşdırmadadır.   Aydındır ki, bu proqnozlar müvafiq proseslər haqqındakı cari informasiya  izlənilmədən mümkün deyil. Buna görə də daha bir mühüm və səmərəli metodun - «sosial-iqtisadi və normativ-hüquqi mühitin monitorinqi^nin adını çəkək. Burada  informatizasiyanın - aktuallaşdırılan normativ-sorğu informasiyası kompüter  sistemlərinin alınmasının, kommersiya informasiyası şəbəkələrinə qoşulmanın, öz  proqnozlaş- dırma-analitik tədqiqatlarının aparılmasının, müvafiq xidmətin  məsləhət firmalarına və ayrı-ayrı məsləhətçilərə sifariş verilməsinin böyük köməyi  ola bilər. Əldə olunmuş nəticələr təsərrüfat subyektlərinin münasibətlərindəki yeni  meylləri hiss etməyə, normativ yeniliklərə əvvəlcədən hazırlaşmağa, təsərrüfat  fəaliyyətinin aparılması qaydalarındakı dəyişikliklərdən irəli gələn itkiləri əvəz  etmək üçün zəruri ölçülər götürməyə, işin gedişində taktiki və strateji planları  dəqiqləşdirməyə imkan verir.  



«Ehtiyatlar sistemi yaradılması* metodu sığortaya çox yaxındır, lakin o,  müəssisənin öz daxilində cəmlənir. Bu halda müəssisədə xammalın, materialların və komplektləşdiri- cilərin sığortalayıcı ehtiyatları, ehtiyat pul vəsaitləri fondu  yaradılır, böhranlı vəziyyətlərdə onların tətbiqinin planları hazırlanır, azad istehsal  gücləri işə cəlb olunmur, sanki ehtiyat üçün yeni kontaktlar və əlaqələr yaradılır.  Qeyd etmək lazımdır ki, hazırda maliyyə ehtiyatları yaradılmasına aşkar üstünlük  verilir ki, bunlar öz pul sığorta fondlarının toplanması, gözlənilməz xərclər lazım  olduğu hallar üçün «qaynar» kredit xətlərinin hazırlanması, girovdan istifadə şəklində çıxış edə bilir. Deməli, maliyyə strategiyasının, öz aktiv və passivlərini  idarə etmək siyasətinin hazırlanması, onların optimal quruluşunun təşkili və qoyulmuş vəsaitin kifayət qədər likvidliyinin təmin edilməsi firma üçün vacib olur.  Ehtiyatların işə salınması planlarında müəssisənin daxili mühitinin ehtiyatlarından  istifadə edilməsi, onun özütəkmil- ləşməsi — şəxsi heyətin riskə meylliyinə müvafiq olaraq onun öyrədilməsi və treninqindən spesifik korporativ mədəniyyətin  aşılanmasına qədər-imkanları nəzərdə tutulmalıdır.   Risklə mübarizə vasitəsi kimi fəal məqsədyönlü marketinqdən istifadəni seçən  müəssisə intensiv şəkildə öz məhsuluna tələbi forra^daşdırmağa başlayır. Bunun  üçün müxtəlif marketinq metodları və üsullarından: bazarın seqmentləşdi rilməsindən, onun tutumunun qiymətləndirilməsindən, potensial istehlakçılara və investorlara məhsulun və bütövlükdə müəssisənin ən yaxşı keyfiyyətləri barədə hərtərəfli informasiyanın verilməsi də daxil olmaqla reklam kampaniyasının  təşkilindən, rəqiblərin davranışının təhlilindən, rəqabət mübarizəsi strategiyasının  hazırlanmasından, xərcləri idarə etmək siyasəti və ölçülərinin işlənib  hazırlanmasından və s. istifadə olunur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin