Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Risk göstsricisi və onu qiymətləndirməyin üsulları



Yüklə 0,94 Mb.
səhifə50/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   46   47   48   49   50   51   52   53   ...   126
FF Mikro

4. Risk göstsricisi və onu qiymətləndirməyin üsulları. 

Risk syrisi 

Risk, şübhəsiz, ehtimal kateqoriyasıdır və elmi mövqedən onu müəyyən səviyyədə itkinin yaranması ehtimalı kimi səciyyələndirmək və ölçmək daha düzgündür.  Ehtimal əyrisinin (və ya cədvəlinin) qurulması riskin qiymətləndirilməsinin ilkin  mərhələsidir. Lakin sahibkarlığa tətbiq ediləndə bu çox vaxt olduqca çətin məsələ olur. Buna görə də təcrübədə mütəxəssislər bir qədər sadə yanaşmalarla  məhdudlaşır, riski onun məqbulluğu haqqında mülahizə yürütmək üçün vacib olan  ümumiləşdirilmiş xüsusiyyətlərdən ibarət bir və ya bir neçə göstərici üzrə qiymətləndirirlər. Bu məqsədlə itkilərin həcmindən asılı olaraq müəyyən risk  sahələri və ya zonaları müəyyənləşdirilir (şəkil 17.1).  

İtki gözlənilməyən sahələr risksiz zona adlanır, onlara sıfır və ya mənfi (mənfəət  artımı) itkilər müvafiqdir.  

 Yol verilən risk zonası deyildikdə hüdudlarında həmin sahibkarlıq fəaliyyətinin  öz iqtisadi məqsədəuyğunluğunu saxladığı sahə başa düşülür, yəni bu sahədə itkilər  labüddür, lakin onlar gözlənilən mənfəətdən azdır. Yol verilən risk zonasının  sərhədləri sahibkarlıq fəaliyyətindən hesablanmış mənfəətə bərabər itkilər  səviyyəsinə müvafiq gəlir.

 Daha təhlükəli sahə böhranlı risk zonası adlanır. Bu sahə gözlənilən mənfəətin  həcmini sahibkarlıqdan gələn və məsrəf ilə mənfəətin məbləğindən ibarət  hesablanmış satış pulunun tam qədərini üstələyən itkilərin mümkünlüyü ilə səciyyələnir. Başqa sözlə, böhranlı risk zonası gözlənilən mənfəəti öncədən  üstələyən və maksimumda sahibkarın işə qoyduğu bütün vəsaitlərin əvəzlənməyən  itirilməsinə səbəb ola biləcək itkilər təhlükəsi ilə səciyyələnir.  

Böhranlı zonadan başqa fəlakətli risk zonası da fərqləndirilir. Bu itki sahəsi öz  həcminə görə böhranlı risk səviyyəsindən artıq olur və maksimumda sahibkarın  əmlak vəziyyətinə bərabər ola bilir. Fəlakətli risk iflasa, müəssisənin 

müflisləşməsinə, bağlanmasına və əmlakının satılmasına gətirib çıxara bilər.  Əmlak və ya pul itkilərindən asılı olmayaraq fəlakət risklərinə insanların həyatı üçün  təhlükə yaradan və ya ekoloji fəlakətlərin baş verməsi ilə bağlı risklər aid  edilməlidir.   Risklər haqqında ən dolğun təsəvvürü itki ehtimallarının bölgüsü əyrisi və ya itki  ehtimallarının bu və ya digər itkilərin baş vermə ehtimalını göstərən səviyyəsindən  asılılığının qrafik təsviri verir.  

İtki ehtimalının tipik əyrisinin görünüşünü müəyyənləşdirmək üçün öncə mənfəəti  təsadüfi kəmiyyət kimi nəzərdən keçirək və əvvəlcə müəyyən səviyyədə mənfəətin  əldə olunması ehtimalının bölgüsü əyrisini quraq (şəkil 17.2). 



Mənfəət əldə olunması ehtimallarının bölgüsü əyrisi qurulanda aşağıdakı fərziyyələr  nəzərə alınmışdır.  

1. PRR hesablaşma kəmiyyətinə bərabər mənfəətin əldə olunması ən ehtimal  olunandır. Belə mənfəətin əldə olunması ehtimalı (BR) maksimaldır, müvafiq olaraq  PRR qiymətini riyazi gözlənilən mənfəət hesab etmək olar. 

Əldə olunmuş mənfəət hesablanmış mənfəətdən nə qədər ÇOX fərqlənsə,  hesablanmışla müqayisədə çox və ya az mənfəətin əldə olunması ehtimalı bir o qədər az olar, yəni kənarlaşma artdıqca, hesablanmış mənfəətdən kənarlaşma ehtimallarının qiyməti yeknəsək azalır.  

2. PRR hesablaşma kəmiyyəti ilə müqayisədə mənfəətin azalması mənfəət itkisi  (DPR) hesab olunur. Real mənfəət PR-yə bərabər olarsa, onda  

DPR = PRR - PR olar.  

3. Hədsiz böyük (nəzəri cəhətdən sonsuz) itkilərin ehtimalı praktik olaraq sıfıra  bərabərdir, çünki itkilərin öncədən yuxarı həddi var (kəmiyyətcə ölçülməsi mümkün  olmayan itkilər istisna olmaqla).  

Əlbəttə qəbul olunan fərz etmələr müəyyən dərəcədə mübahisəlidir, çünki onlar  həqiqətən də bütün risk növləri üçün gözlənilməyə bilər. Lakin onlar sahibkarlıq riskinin dəyişmələrinin ümumi qanunauyğunluqlarını düzgün əks etdirirlər və mənfəətin təsadüfi kəmiyyət kimi normal və ya normala yaxın bölgü qanununa tabe  olması kimi fərziyyəyə əsaslanır.  

Mənfəət əldə olunması ehtimalı əyrisindən çıxış edərək mümkün mənfəət itkiləri  ehtimallarının risk əyrisi adlandırılan bölüşdürülməsi əyrisini quraq. Faktiki olaraq  bu, başqa koordinat sistemində qurulmuş elə həmin əyridir (şəkil 17.3).  Ehtimal olunan mənfəət (gəlir) itkisinin bölüşdürülməsinin təsvir olunmuş əyrisi  üzərində bir sıra səciyyəvi nöqtələri qeyd edək. Birinci nöqtə (DPR = 0 və V = VR)  mənfəətin sıfır itkisi ehtimalını qiymətləndirir. Qəbul olunmuş fərziyyələrə müvafiq  olaraq sıfır itkilərin ehtimalı maksimumdur, hərçənd, əlbəttə, vahiddən azdır. İkinci  nöqtə (DPR = PRR və V = VD) gözlənilən mənfəətə bərabər mümkün itkilərin  kəmiyyəti ilə, yəni mənfəətin tam itirilməsi ilə səciyyələnir. 1 və 2 nöqtələri  qonşudurlar, onlar yol verilən risk zonasının vəzijfyətini müəyyənləşdirirlər.  Üçüncü nöqtə (DPR = VR VƏ V = V^R) hesablaşma satış pulu VR itkisi kəmiyyətinə müvafiqdir. Belə itkilərin ehtimalı VKR-Ə bərabərdir. 2 və 3 nöqtələri böhranlı  zonanın hüdudlarındadır.  

Dördüncü nöqtə (DPR = İS və V = VRT) sahibkarın əmlak vəziyyətinə (İS) bərabər  itkilərlə səciyyələnir ki, bunların da ehtimalı bərabərdir. 3 və 4 nöqtələri arasında  fəlakətli risk zonası yerləşir.  

Sahibkarın əmlak vəziyyətindən artıq itkilər nəzərdən keçirilmir, çünki onları almaq  mümkün deyil.  

Müəyyən səviyyədə itkilər ehtimalı gözlənilən risk və onun məqbulluğu barədə fikir  yürütməyə imkan verən mühüm göstəricilərdir, buna görə də qurulmuş əyrini risk  əyrisi adlandırmaq olar. Məsələn, əgər fəlakətli itki ehtimalı bütün əmlakın  itirilməsindən ciddi xəbər verən göstərici ilə ifadə olunmuşsa (deyək ki, onun  qiyməti 0,2-yə bərabərdir), onda ağlı başında olan ehtiyatlı sahibkar belə işdən imtina  edib bu riskə getməz.  

Beləliklə, sahibkarlıq fəaliyyəti riskinin qiymətləndirilməsi zamanı bütün ehtimal  olunan risk əyrisini qurmayıb, yalnız dörd (ən çox ehtimal olunan risk və yol verilə bilən risk səviyyəsi, böhran və fəlakətli itkilər) səciyyəvi nöqtələrini müəyyənləşdirmək mümkün olursa, belə qiymətləndirmə qarşısında duran  məsələnin uğurla həll olunduğunu hesab etmək olar. Bu göstəricilər əksər hallarda  əsaslandırılmış riskə getmək üçün kifayət edir.  

Riski qiymətləndirən sahibkar üçün nöqtəvi deyil, interval yanaşma daha  səciyyəvidir. Onun üçün yalnız nəzərdə tutulmuş sövdədə 1000 rublun İtirilməsi  ehtimalının 0,1 və ya 10% təşkil etməsini bilmək vacib deyil. O həm də müəyyən  hədlərdə (1000-dən 1500 rubl intervalında) olan məbləğin itirilməsi ehtimalı ilə də maraqlanacaq.  itkilərin ehtimal əyrisi bu suala itkilərin verilmiş inter- valda ehtimalın orta  qiymətinin hesablanması yolu ilə cavab verməyə imkan verirtnterval yanaşmasının digər, «yarıminterval» formasının da təzahürü mümkündür,  bu məhz sahibkarlıq riski üçün səciyyəvidir.  

 Riskin mümkünlüyü və məqsədəuyğunluğu barədə qərar qəbul etdikdə sahibkar  üçün müəyyən səviyyədə itkilərin ehtimal olunduğunu bilməkdən daha vacib bu  itkilərin hər hansı bir səviyyədən yüksək olmayacağını bilməkdir. Məntiqlə riskin  əsas göstəricisi məhz budur.  

İtkilərin müəyyən səviyyədən yüksək olinayacağı ehtimalı etibarlılığın, inamlılığın  göstəricisidir. Aydındır ki, sahibkarlıq işinin risk və etibarlılıq göstəriciləri bir-biri  ilə sıx əlaqədardır. Fərz edək ki, biznesmen müəyyənləşdirib ki, 10000 rublu itirmək ehtimalı 0,1%-ə bərabərdir, yəni nisbətən azdır və o belə riskə hazırdır. Burada əsas odur ki, sahibkar  məhz tam 10000 rubl itirməkdən qorxmur. O bundan istənilən qədər az itki ilə barışmağa hazırdır, lakin bundan artıq itki ilə barışa bilməz. Bu, risk şəraitində biznesmenin təbii qanunauyğun davranış psixologiyasıdır.  

 Risk göstəricilərini - VR, VJ,, VRR, VRT “ bilmək fikirləşməyə və sahibkarlığın  həyata keçirilməsi üçün qərar qəbul etməyə imkan verir. Lakin belə qərar üçün yol  verilən, böhranlı və fəlakətli risklərin göstəricilərini (ehtimalını) qiymətləndirmək  kifayət deyil. Həm də hədsiz, qeyri-məqbul risk zonasına düşməmək üçün bu  göstəricilərin ondan yuxarı qalxmamalı olduğu son hədd kəmiyyətlərini  müəyyənləşdirmək və ya qəbul etmək Lazımdır.  

Yol verilən böhranlı və fəlakətli risklərin hədd qiymətlərini - müvafiq olaraq Ku,  KKR, ~ qeyd edək. Bu göstəricilərin kəmiyyətinin əslində tətbiqi sahibkarlıq riski  nəzəriyyəsi müəyyənləşdirməli və tövsiyə etməlidir, lakin sahibkarın özü də onu  aşmaq fikrində olmadığı öz son hədd risk səviyyələrini müəyyənləşdirə bilər. Bizim  misalda risk göstəricilərinin aşağıdakı son hədd qiymətlərini əsas götürmək olar: Kp  = 0,1; KRR = 0,01; KRT = 0,001, yəni müvafiq olaraq 10, 1 və 0,1%. Bu o deməkdir ki,  hər yüz haldan onunda bütün mənfəət, yüz haldan birində bütün satış pulu və heç  olmasa min haldan birində əmlak itirilə bilərsə, sövdələşməyə getmək olmaz.  

 Üç risk göstəricisi və son hədd risk kriterilərinin qiymətlərini bildikdən sonra  təhlil olunan sahibkarlıq növünün ən ümumi məqbulluq şərtlərinin düsturunu  vermək olar.  

A. Yol verilən risk göstəricisi son hədd kəmiyyətindən (VD< KU) artıq olmamalıdır.  B. Böhranlı risk göstəricisi son hədd kəmiyyətindən (VRR< KR az olmamalıdır.  C. Fəlakətli risk göstəricisi son hədd kəmiyyətindən (VKT - ^KT) yüksək  olmamalıdır.  indi isə itkilərin meydana gəlməsi ehtimalı əyrilərini qurmaq üçün tətbiq oluna  biləcək üsulları nəzərdən keçirək. Risk əyrisi qurmağın tətbiqi üsullarından statistik,  ekspert, hesablama-analitiki göstərək. Statistik üsul ondan ibarətdir ki, analoji sahibkarlıq fəaliyyətində rast gəlinən  itkilərin statistikası öyrənilir  müəyyən səviyyəli itkilərin təzahür tezliyi müəyyənləşdirilir. Əgər statistik  göstəricilər kifayət qədərdirsə, bu səviyyəli itkilərin təzahür tezliyini ilkin  yanaşmada onların təzahür ehtimalı kimi götürmək və bunun əsasında itki ehtimalı  əyrisini qurmaq olar ki, bu da axtarılan risk əyrisidir. Bəzi itki səviyyələrinin təzahür  tezliyini müvafiq halların sayını onların ümumi sayına bölməklə müəyyənləşdirərkən halların ümumi sayına itki deyil, qazanc, yəni hesablaşma  mənfəətini üstələmə olan sahibkarlıq sövdələrini də əlavə etmək lazımdır. Əks halda  itkilər ehtimalı və risk təhlükəsi göstəriciləri şişirdilmiş olar.  

 Ekspert üsulu ekspert qiymətləndirməsi metodu kimi məlumdur. Sahibkarlıq  riskinə tətbiq edildikdə bu, təcrübəli sahibkarlar və ya mütəxəssislərin fikrinin təhlil  edilməsi yolu ilə həyata keçirilə bilər. 

Hesablama-analitik üsul. İtki ehtimalı bölgüsü əyrisinin bu qurulma üsulu və bunun  əsasında sahibkarlıq riski göstəricilərinin qiymətləndirilməsi nəzəri mülahizələrə əsaslanır.  Təəssüf ki, riskin tətbiqi nəzəriyyəsi yalnız sığorta və oyunlar riskinə nəzərən  işlənilmişdir. Prinsip etibarilə oyunlar nəzəriyyəsi bütün sahibkarlıq risklərinə tətbiq  oluna bilər, lakin oyunlar nəzəriyyəsi əsasında istehsal, kommersiya, maliyyə risklərinin qiymətləndirmə hesablamalarının tətbiqi riyazi metodları hələ də yaradılmayıb. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin