Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Milli iqtisadi inkişaf səviyyəsi, milli iqtisadi güc və onların göstəriciləri



Yüklə 0,94 Mb.
səhifə92/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   88   89   90   91   92   93   94   95   ...   126
FF Mikro

3. Milli iqtisadi inkişaf səviyyəsi, milli iqtisadi güc və onların göstəriciləri

Milli iqtisadiyyat məsələsi milli iqtisadi inkişaf səviyyəsi və milli iqtisadi güc. anlayışları ilə six surətdə əlaqəlidir. Onlar mövcud ölkənin ümumi iqtisadi vəziyyətini müəyyən etmək, onu Iazımi dərəcədə öyrənmək üçün mötəbər vasitədirlər. Onlar özlərinə məxsus elmi məna yükünə malikdirlər və bir-birilə üzvi və qarsılıqlı surətdə bağlıdırlar. Həmin anlayışlar müxtəlif baxımdan milli iqtisadiyyatın müəyyən zaman, il üçün vəziyyətini aşkar etmək, başqa ölkələrin milli iqtisadiyyatları ilə müqayisə aparmaq üçün lazımdır.Həm iqtisadi güc və həm də iqtisadi inkişaf səviyyəsi məsələsinda dəyər göstəricilərindən, lakin müəyyən hallarda isə natural göstəricilərdən də istifadə etmək olar. BMT milli iqtisadiyyatın ümumi milli hesablar sistemi ilə muəyyənləşdirilməsini (hesablanmasını) qəbul etmişdir. Müasir dövrda 100-dən artıq ölkədə BMT-nin metodologiyası ilə müəyyən edilmiş həmin milli hesablar sistemi tətbiq olunur.Milli iqtisadiyyatın ümumi vəziyyətini təhlil etmək və öyrənmək üçün aşağıdaki sintetik göstəricilərdən (meyarlardan) istifadə olunması tövsiyə edilir: Ümumi milli məhsul (UMM). Xalis milli məhsul (XMM), ÜMM daxili məhsul (ÜDM),Milli gəlir (MG),Milli sərvət (MS).Bunlar haqqında əvvəlki müvafiq mövzuda əhatəli məlumat verilmişdir. Lakin aydınlıq xatirinə burada da təriflər təkrarən verilir.Ümumi milli məhsul (ÜMM) mövcud ölkədə və onun xaricində öz daxili resursları hesabına il ərzində istehsal olunan bütün son hazır əmtəələrin və xidmətlərin dəyərlərinin məcmusudur. Ümumi daxili məhsul (ÜDM) mövcud ölkədə il ərzində istehsal olunan bütün son hazır əmtəələrin və xidmətlərin məcmusudur. Xalis milli məhsul (XMM) - ümumi daxili məhsuldan amortizasiya ayırmaları çıxıldıqdan sonra yerdə qalan hissədir. Milli gəlir (MG) xalis milli məhsuldan bütün dolayı vergilər çıxıldıqdan sonra yerdə qalan hissədir. Başqa sözlə, o, mövcud ölkədə əmək haqqı, mənfəət, faiz va rentaların ümumi məcmusundan ibarətdir. Milli sərvət (MS) mövcud ölkədə millətin tarix müddətində əldə etdiyi və malik olduğu bütün maddi nemətlərin məcmusudur. Bunlar ümumi, sintetik bir meyar, göstərici kimi ölkələrin iqtisadiyyatını təhlil etmək üçün xüsusi əhəmiyyət kəsb edirlər və əsasdırlar. Lakin hərtərəfli təhlil üçün ümumi, sintetik göstəricilərin struktur tərkibini açan konkret yardımçı göstəricilərdən də istifadə olunmalıdır. Həm xalis ümumi məhsulun və həm də milli gəlirin tərkibində aparıcı sahələr son hazır məhsul, strateji əhəmiyyətli məmulatlar, əsas fond çox yer tutursa, əlbəttə ki iqtisadi gücün çəkisi artır. Ümumiyyətlə, milli iqtisadi güc baxımından ölkələr bir-birilə müqayisə edilirsə maddi istehsalın, milli gəlirlərin struktur tərkibi hökmən nəzərə alınır. Bu məqsədlə, habelə başqa müvafiq iqtisadi göstəricilərdən də istifadə etmək lazımdır. Məsələn, sənayenin A va B qrupları, sənaye ilə kənd təsərrüfatı, son hazır məhsul istehsalı ilə bitməmiş istehsal (yarımfabrikat) arasındakı nisbət və s. Burada həm dəyər və həmdə bəzən natural yardımçı göstəricilərdən istifadə oluna bilər. Ölkənin milli iqtisadi güc məsələsində, ümumiyyətlə, əhalinin sayı sərf-nəzər edilir. Milli iqtisadi inkişaf səviyyəsi məsələsində isə əhali amili, onun sayı da əsas götürülür. Ölkənin iqtisadi inkişaf səviyyəsini müəyyən etmək üçün motəbər sintetik göstərici kimi ümumi milli məhsulun, milli gəlirin, (digərlərinin) əhalinin hər nəfərinə düşən miqdar göstəricisi əsas tutulur. Hər nəfərə düşən göstərici ilə ölkənin istehsalının inkişaf dərəcəsi, onun əhalisinin rifah halı səviyyəsi real ifadə olunur. Məs, sənaye məhsulu istehsalı həcminə görə ÇXR dünyanın on qabaqcıl ölkəsi ilə, o cümlədən ABŞ, Yaponiya kimi dövlətlər ilə bir cərgəyə düşür, amma hər nəfərə düşən göstərici ilə o qabaqcıl ölkələrdən çox-çox geri qalır. Bu göstərici ilə ABS. Yaponiya, Kanada və s. yanaşı qabaqcıl ölkələrə İsveçrə. Isveç, Hollandiya kimiləri də aid edilir.Hər nəfərə düşən milli gəlir göstəricisində onun səviyyəsinə təsir göstərən aşağıdakı cəhətlər gözlənilməlidir: 1.Milli gəlirin həcmi: 2. Əhalinin ümumi sayı: 3. Milli gəlirin artım sürəti; 4. Əhalinin artımı; 5. Hər nəfərə düşən milli gəlirin artımı üçüncü və dördüncü bəndlərdəkilərdən asılı olan sürət.Milli gəlirin əhalinin hər nəfərinə düşən miqdar göstəricisi iqtisadi inkişaf səviyyəsini müəyyən etmək üçün daha mötəbər göstəricidir. Məhz o, təsərrüfat, bütün istehsal sahələrinin küll halında inkişafını, nailiyyətini yaxşı əks etdirir. Milli gəlirin əhalinin hər nəfərinə düşən miqdarının artması yolu ilə məhsuldar qüvvələri yüksəltmək və həyat səviyyəsini normal artırmaq mümkün olur. Onun normal çoxalması ümumi milli məhsulun, milli sərvətin də durmadan artmasına zəmin yaradır. Bu mənada milli gəlirlə onlar bir-birilə üzvi surətdə vəhdətdədirlər. Milli iqtisadiyyatın inkişaf səviyyəsinin müəyyən olunması işində hər nəfərə düşən milli sərvət sintetik göstəricisindən də istifadə olunmalıdır. Milli iqtisadi inkişaf səviyyəsini geniş araşdırmaq üçün yardımçı konkret göstəricilərdən də (məs., sənaye, kənd təsərrüfatı,nəqliyyat, həyat səviyyəsi üzrə) istifadə etmək məqsədəuyğundur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin