Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Qeyri-istehsal sahəsində bazar mexanizminin inkişafı və həddi



Yüklə 0,94 Mb.
səhifə100/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   96   97   98   99   100   101   102   103   ...   126
FF Mikro

4. Qeyri-istehsal sahəsində bazar mexanizminin inkişafı və həddi

Qeyri-istehsal sahəsinin əksər sahələri (səhiyyə, təhsil, mədəniyyət, incəsənət, bədən tərbiyəsi və idman) üçün xidmətlərin gösrilməsinin pulsuz formaları ənənəvidir. Bazar iqtisadiyyatında belə xidmətlərin pulsuz olması aparıcı meyl kimi qalmalıdır, çünki qeyri-istehsal sahəsi iqtisadiyyatın elə bir sahəsidir ki, orada xidmətlərin pulsuz göstərilməsi ailə gəlirlərindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətlərdən istifadə etməsi üçün sosial təminat yaradır, hər bir vətəndaşın Konstitusiyada nəzərdə tutulmuş pulsuz təhsil, səhiyyə hüquqlarının həyata keçirilməsinə təminat verir. Bu cəmiyyətimizin çox böyük sosial nailiyyətidir, çünki pulsuz təhsil almaq, müalicə olunmaq ümumdünya bəşər tərəqqisi baxımından ümdə sosial təminatlar sırasındadır. Məhz bu səbəbdən pulsuz xidmətlər sahəsi iqtisadiyyatın qeyri-bazar bölməsidir. o, prinsipcə kommersiya meyarlarına yönəldilə bilməz. Lakin xidmətlərin pulsuz, qeyri-bazar bölməsinin sonrakı inkişafı xidmətlərin pullu formalarının daha geniş yayılması ilə uzlaşdırılmalıdır. Qeyri-istehsal dairəsinin bə'zi sahələrində əhaliyə göstərilən xidmətlər əsasən pulludur. Məsələn, məişət xidmətinin bütün növləri, mənzil-kommunal təsərrüfatında, mədəniyyətdə, incəsənətdə, bədən tərbiyəsində və idmanda xidmətlərin yalnız müəyyən hissəsi pulla göstərilir. Aydın məsələdir ki, bu sahələrdə pullu xidmətlər göstərilməsi sosial məqsədlərin əldə olunmasını təmin etmir. Mənfəətin maksimum həddə çatdırılması onların fəaliyyəti üçün başlıca meyar olmamalıdır. Büdcə maliyyələşdirilməsinə əsaslanan bu sahələrdə təsərrüfat hesabından natamam, qismən istifadə olunur, onun yalnız ayrı-ayrı ünsürləri tətbiq edilir. Pullu xidmət göstərilməsindən götürülən vəsait onların inkişafı üçün əlavə mənbə olur. Qeyri istehsal dairəsinin bu sahələrinə təsərrüfatçılığın qarışıq formaları xasdır, orada büdcə maliyyələşdirilməsini təsərrüfat hesabı, bazar təsərrüfatçılığı tamamlayır. Dünya iqtisadi nəzəriyyəsində və praktikasında büdcə və bazar təsərrüfatçılığını tətbiq edən, qarışıq maliyyələşdirmə hesabına fəaliyyət göstərən idarələr və təşkilatlar qeyri-kommersiya (mənfəətsiz) təşkilat statusu alırlar. Yeni təsərrüfatçılıq şəraitində xidmətlərin pulsuz formalarının pullu formalarla və ya əksinə əvəz edilməsini deyil, onların dinamik inkişaf etdirilməsini, xidmətlərin pulsuz və pullu bölmələrinin, təsərrüfatçılığın büdcə və təsərrüfat hesabı formalarının optimal uzlaşdırılmasını qeyri-istehsal sahəsinin təkmilləşdirilməsinin qanunauyğun yolu kimi nəzərdən keçirmək lazımdır. Qeyri-istehsal dairəsinin sahələrində əhaliyə sosial zəmanət verən minimum səviyyədə pulsuz və ya güzəştli xidmətlərin göstərilməsi, sosial ədaləti qorumaq məqsədilə cəmiyyətin bütün üzvləri üçün təmin edilməlidir. Əhaliyə sosial zəmanət verən minimum səviyyədə pulsuz xidmətlərin göstərilməsi prinsipi, qüvvədə olan sosial normalara və standartlara müvafiq surətdə istehlakın normalaşdırılması əsasında həyata keçirilə bilər. Sosial zəmanat verən minimum səviyyədə tələbatın ödənilməsi sosial meyarların yaradılmasını tələb edir. Sosial normalar və standartlar xidmətlərə olan tələbatın ödənilməsi hədlərini müəyyən edir. Bu xidmətlərin təmin olunmasını dövlət öz öhdəsinə götürür. Qeyd etmak lazımdır ki, sosial zamanət verən minimum heç də istifadə edilən xidmətlərin miqdarının bütün cəmiyyət üzvləri üçün eyni olması deyil, bərabər sosial əsaslarla hamıya müyəssər olması deməkdir. Bu isə hamı üçün bərabər həyat səviyyəsi yaradılmasını, sosial ədalət prinsipini müəyyən edir.Bununla birlikdə aşkardır ki, sosial zəmanət verən minimumdan əlavə xidmətlər pullu şərtlərlə göstərilməlidir. Başqa sözla desək, sosial zəmanət verən minimumdan əlavə reallaşdırılmış xidmətlər, xidmətlərin bazar bölməsinə daxil edilməlidir. Deməli qeyri-istehsal sahəsində bazar münasibətlərinin yayılması pulsuz xidmətlər istehlakının sosial zəmanət verən səviyyəsi ilə məhdudlaşdırılır. Qeyri-istehsal sahəsində bazarın məhdudluğu va dövlət tənzimlənməsinin zəruriliyi təkcə respublikamızda deyil. Qərbdə də təsdiq olunur. Hətta Böyük Britaniya, Kanada, Italiya, Isveç və s. kimi inkişaf etmiş sivilizasiyalı ölkələrdə də demək olar ki, bütün qeyri-istehsal sahəsi dövlətin əlində və nəzarətindədir, orada sosial xidmətlər ictimai həyatın xüsusi sahəsi sayılır,bölgü münasibətləri bazar mexanizminin qanunauyğunluqların tabe olmur. Bu ölkələrdə dövlət cəmiyyətin bütün üzvlərini əhatə edərək ilkin gəlirlərin xeyli hissəsinin dövlət büdcəsi vasitəsila yenidən bölüşdürülməsini təmin edir və vətəndaşların sosial xidmətlərə tələbatını onların maliyyə imkanlarına görə deyil, ehtiyatlarına görə ödəyir. Bunun sayəsində əhali xidmətlərin xeyli hissəsini bazardan kənarda əldə edir. Qeyri-istehsal xidmətlərnin göstərilməsində dövlət bölməsinin aparıcı rolu o deməkdir qeyri-istehsal sahəsinin xeyli hissəsi bazar mexanizmindən kənarda qalır. Vətəndaşların təhsilə, səhiyyə və i.a. tələbatı yalnız müyyən səviyyədən sonra bazar əsasında ödənilməlidir. Dünya sivilizasiyası çərçivəsində əhalinin təhsilə, səhiyyəyə və i.a. təlabatının əsasən pulsuz formada ödənilməsi modeli ictimai inkişafın humanistlik meyarlarına daha da dəqiq cavab verir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bəzi büdcə idarələrinin pullu xidmətlər formasına keçməsi hesabına qeyri-istehsal sahəsində bazar münasibətlərindən istifadə imkanları genişlənir. Məsələn, hal-hazırda təhsildə xidmətin pulsuz formaları ilə yanaşi dil tədrisinin, istehsalat üçün kadrların yenidən hazırlanmasının pullu formaları inkişaf edir, kadr hazırlığına çəkilən xərclərin tam və ya qismən ödənilməsi prinsipləri əsasında ali məktəblər ilə miəssisələr və əhali arasında müqavilə münasibətlərindən geniş istifadə olunur, səhiyyədə pullu təbabət sahəsi həm dövlət təsərrüfat hesablı müalicə müəssisələrinin (stomatoloji, kosmetoloji və i. a. müəssisələr) inkişafı həm də tibb kooperativlərinin və xüsusi tibb praktikasının yaranması hesabına genişləndirilir, bədən tərbiyəsində və idmanda pullu idman bölmələri, təsərrüfat hesablı idman kompleksləri inkişaf etdirilir. İdman qurğuları icarəyə verilir. Mülkiyyət formalarının rəngarəngliyi şəraitində pullu xidmətlər bölməsi, kooperativ və fərdi əmək fəaliyyəti sahəsində xidmət üçün daha yaxşı şərait yaradır. Dövlət mülkiyyəti çərçivəsində xidmətlərin bazar bölməsi icarə və icarə münasibətləri vasitəsilə geniş inkişaf etdirilə bilər. Qeyri-istehsal sahəsində mülkiyyətin və təsərrüfat münasibətlərinin müxtəlif formalarından, icarədən, kooperasiyadan, fərdi əmək fəaliyyətindən istifadə edilməsi həmin sahəyə rəqabət ünsürü gətirə bilər, bununla da əhalinin tələbatının daha dolğun və keyfiyyətlə ödənilməsinə müsbət təsir göstərər.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin