Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Sosial yönümlü bazar iqtisadiyyatı modeli



Yüklə 0,94 Mb.
səhifə103/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   99   100   101   102   103   104   105   106   ...   126
FF Mikro

3.Sosial yönümlü bazar iqtisadiyyatı modeli.

Sosial yönümlü bazar iqtisadiyyatı qərbi Almaniyada 40- cı illərin axırlarından tətbiq edilən bazar modelinin növüdür.

Sosial yönümlü bazar iqtisadiyyatı modelinin nəzəri konsepsiyası, alman iqtisadçıları AlfredMüller- Armak və LüdviqErxard tərəfindən işlənib hazırlanmışdır. LüdviqErxard 1948- ci ildən, sosial yönümlü bazar iqtisadiyyatı modelini Qərbi Almaniyada tətbiq etməyə başlamışdır.

Qərbi alman neoliberal məktəbinin banisi ValterOyken sosial yönümlü bazar iqtisadiyyatı modelinin köklü ( təməl) və tənzimləyici prinsiplərini işləyib hazırlamışdır. Onun fikrincə, bu modelin təməl ( köklü) elementlərini azad rəqabət , sabit valyuta, açıq bazar, xüsusi mülkiyyət, azad müqavilələr, ittifaqlar, birliklər, cavabdehlik, ardıcıl iqtisadi siyasət daxildir. Tənzimləyici prinsiplərinə isə inhisarların problemlərinin gəlirlər və yenidən bölgü siyasəti, bütün istehsal amilləri nəzərə alınmaqla, iqtisadi hesablama problemlərinin tənzimlənməsi aiddir.

Almaniyada sosial bazar iqtisadiyyatı modelinin əsasını rəqabət təşkil edir.

AFR- in bir sıra xüsusi sahələrində ( məsələn, kənd və meşə təsərrüfatı, kredit və sığorta təşkilatları sistemi, nəqliyyat təsərrüfatı, kömür və polad sənayesi, elektrik, su və qaz xidməti kommunal müəssisələri ) rəqabət məhdud xarakter daşıyır. Rəqabəti qadağan edən qanun AFR- in federal banklarına da aiddir. AFR- də dövlət mülkiyyəti daxilində də ( poçt, dəmir yolu və s. ) rəqabət məhduddur. İqtisadiyyatın digər sektorlarına gəldikdə isə, rəqabət prinsipi o vaxta qədər həyata keçirilir ki, bu xalq təsərrüfatına heç bir xələl gətirməsin. Rəqabətin məqsədi bazarlarda rentabelli olmayan müəssisələrin sıxışdırılması, gələcəkdə isə onların bağlanması və ya istiqamətlərində müəyyən struktur dəyişiklikləri edilməsidir.

Rəqabətin inkişafına təsir edən amillərlərdən biri də Qərbi Almaniyada iri müəssisələrlə yanaşı, onun iqtisadiyyatının əsasını təşkil edən orta və xırda müəssisələrin olmasıdır. Bu müəssisələrdə hal- hazırda bütün işləyənlərin 3/5 hissəsi çalışır. AFR- də yığılan vergilərin təqribən yarısı, iqtisadiyyat qoyulan bütün investisiyaların 2/5 hissəsi, qabaqcıl təhsil ocaqlarında təhsil alanların 85 faizi orta və xırda müəssisələrin payına düşür. AFR- in iqtisadiyyatında 90- cı illərin əvvələrində 2,1 mln. xırda və orta firmalar fəaliyyət göstərib, bunun da böyük bir hissəsi, demək olar ki, 1,7 mln. xırda ( işçilərin sayı 9 nəfər olan) firmaların payına düşüb. Orta və xırda firmalar riskli elmi- texniki tədqiqatlar aparır, iş qüvvəsinin müəyyən dərəcədə məşğulluğunu təmin edir. Sosial bazar təsərrüfatı modelində dövlətin iqtisadiyyat müdaxiləsi böyük əhəmiyyət kəsb edir.

Neoliberallar qeyd edirlər ki, dövlətin məhz passivliyi üzündən rəqabət pozulur, inhisarlar öz hökmranlıqlarından həddən artıq istifadə edirlər və bunun da nəticəsində iqtisadiyyatda pozucu mənfi hallar baş verir. Dövlət həyata keçirdiyi sosial- iqtisadi siyasətində, iqtisadiyyata o vaxt müdaxilə edir ki, bazar mexanizmi cəmiyyətdə istehsal amillərinin optimal bölgüsünü və belə bölgünün optimal nəticələrini təmin etməsin.

AFR- iniqtisadiyytında dövlət sektorunun payı çox böyük deyil. Dövlət sektoru milli sərvətin 30 faizini, investisiyaların 18 faizini, ümumi milli məhsulun 7 faizini təşkil edir.

Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətlərindən biri də onun güclü sosial siyasət sisteminə malik olmasıdır. Bu siyasət əhalinin gəlirləri arasında mövcud olan fərqli minimuma endirmək məqsədilə dövlətin həyata keçirdiyi yenidən bölgü siyasəti, sosial təminat və sosial sığorta sisteminin yaradılmasını və inkişaf etdirilməsini, minimum yaşayış həddinə təminat verilməsini , mənzil təsərrüfatı sahəsinə subsidiyalar və imtiyazlar verməklə sosial yardımları əhatə edir.

AFR- də sosial proqramaları həyata keçirmək üçün , həcminə görə dövlət büdcəsindən sonra ikinci olan, sosial təminat fondu yaradılıb. Bu fondun maliyyələşdirilməsi qarışıq xarakter daşıyır, onun bir hissəsi sahibkarların ödəmələri hesabına, digər hissəsi isə fəhlə və qulluqçuların əmək haqlarından ayırmalar, üçüncü hissəsi isə dövlət büdcəsindən verilən transfert ödəmələr hesabına həyata keçirilir.

Sosial siyasətin əsas vəzifələrindən biri də əmək bazarına təsir göstərməkdir. Burada əsas məqsəd məşğulluğun səviyyəsinin yüksəldilməsinə nail olmaq, yeni iş yerlərinin açılmasına təkan vermək, işsizliyin yarada biləcəyi mənfi nəticələri azaltmaq üçün fəhlələrə maddi yardımlar və imtiyazlar göstərmək, fəhlələrin peşə hazırlığını və ixtisaslarını yüksəltmək nəzərdə tutulur.

Almaniyada əhalinin ən az təminatlı hissəsinin iqtisadi və sosial cəhətdən yaşayışını təmin etmək üçün, inkişaf etmiş sosial sığorta sistemi mövcuddur. Bu ölkədə əhalinin tam məşğulluğunun təmin olunması hələ həyata keçirilməyib.

Dövlətin sosial siyasətində çoxuşaqlı və uşaqlarını tək tərbiyə edən ailələrə xüsusi diqqət yetirilir. Uşaqlar üçün verilən müavinətin həcmi bir uşaq üçün 50 alman markası, ikincisi üçün 70- dən 130- a, üçüncüsü üçün 140- dan 220- ə , sonrakı uşaqlar üçün isə 140- dan 240- a qədər alman markası təşkil edir. Bir qayda olaraq verilən müavinət uşaqların 16 yaşınadək həyata keçirilir.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin