Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Bazarın liberal modelinin spesifik xüsusiyyətləri



Yüklə 0,94 Mb.
səhifə102/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   98   99   100   101   102   103   104   105   ...   126
FF Mikro

2. Bazarın liberal modelinin spesifik xüsusiyyətləri.

Klassik formada bazarın liberal modeli XX əsrin əvvəllərindən 20- ci illərin sonuna qədər mövcud olmuşdur. Bu model tənzimlənməninKeynsçi metodlarının müharibədən sonrakı siyasətinin gedişində müəyyən dəyişikliklərə məruz qalmışdır. Buna baxmayaraq, müasir dövrdə də onun əsas cəhətləri- daxili baxarın yüksək olması, iri inhisarların timsalında xüsusi kapitalın möhkəm mövqeyə malik olması, həmkarlar və fəhlə hərəkatının zəif olması saxlanılır.

Məlumdur ki, bazarın modellərini müqayisə edərkən aşağıdakı kateqoriyaları nəzərə almaq lazımdır: mülkiyyətin forması; dövlətin iqtisadiyyata müdaxilə etməsi və ya etməməsi; sosial siyasətin xüsusiyyəti; dövlət müdaxiləsinin səviyyəsini əks etdirən dövlət büdcəsinin ümumi milli məhsulda payı.

Makroiqtisadi səviyyədə tənzimləmə bazarınm bütün modellərində mövcuddur, amma tənzimləmənin bu və ya digər motivi üstünlük təşkil edə bilər. Tənzimləmənin müxtəlif mexanizmlərinin müqayisəli təhlili aşağıdakı əlamətlərin seçilməsini müəyyən edir: Tənzimləmənin obyektlərini ( təklifə, yəni məcmu istehsalın strukturu və həcminə təsir etmək; gəlirlərin bölgüsündəki dəyişikliklərin nəticəsi olan tələbə təsir etmək) ; tənzimləmənin iqtisadi metodlarını ( büdcə- vergi, pul- kredit, maliyyə, valyuta, investisiya) ; tənzimlənmənin qeyri- iqtisadi metodlarını ( hüquqi, mənəvi, siyasi mexanizmləri).

Bazarın liberal modelinə bazarın Amerikan modeli deyilir. Ona görə də bazarın liberal modeli üçün tənzimləmənin qalıq prinsipi səciyyəvidir və əsasən təkrar istehsalın, azad rəqabət şəraitində səmərəli formada tənzimlənə bilməyən aspektlərin( səpkilərin) tənzimlənməsini əhatə edir. Amerikan modeli üçün dövlət büdcəsinin ümumi milli məhsulda payının həddən çox azalması və dövlət büdcəsində sosial xərclərin az hissəyə malik olması xarakterdir. Amerikan modelində sosial siyasətin qalıq prinsipinə əsaslanmasını aşağıdakı faktlarla sübut etmək olar. Dövlətin sosial xərclərinin payı ABŞ- da və Böyük Britaniyada ümumi milli məhsulun 1/5, İtaliyada və AFR- də ¼, İsveçrədə isə 1/3 hissəsini təşkil edib. Son 30 ildə ABŞ- da işsizlərin səviyyəsi 5- 7 faizdir, bu da İsveçrə və ya Yaponiyaya nisbətən 2- 3 dəfə çoxdur. İşçilərin istehsalın idarə edilməsində iştirakı zəifdir.

Bazar iqtisadiyyatının liberal modeli üçün əsas kapitalda dövlət mülkiyyətinin payının az hissəyə malik olması xasdır.

Amerikan dövlət tənzimlənməsi, tənzimləmənin minimum həddinə yaxındır. Buraya pulun emissiyası və pulun tədavülünün təşkili ilə əlaqədar dövlətin fəaliyyəti, vergi sistemi vasitəsilə təklif, yəni istehsalın həcmi və tələb arasında müvazinətin əldə olunması daxildir. Tənzimləmənin minimal həddinə, birgə formada istehlak edilən ictimai əmtəələrin təkrar istehsalının dövlət tərəfindən maliyyələşdirilməsi də ( dövlət tədarükü və dövlət investisiyası) aiddir.

Məlumdur ki, dövlət tənzimlənməsinin minimum həddən yuxarı qalxması digər problemlərin həll olunması tələb edir. Buraya gəlirlərin yenidən bölüşdürülməsi, ümumi milli məhsulda struktur dəyişikliklərin edilməsi, azad bazara daima xas olan inhisarçılığa və inflyasiyaya qarşı mübarizə daxildir. Dövlət tənzimlənməsi nə qədər çox minimum həddən kənara çıxarsa, bir o qədər dövlət büdcəsinin ümumi milli məhsulda payı və sosial xərclərin ümumi milli məhsulda və dövlət büdcəsində payları yüksək olur. ABŞ inkişaf etmiş ölkələr arasında dövlət büdcəsinin ümumi milli məhsuldakı və sosial xərclərin dövlət büdcəsindəki hissəsinə görə axırıncı yerlərdən birini tutur.

Bazarın liberal modelində dövlət ilk növbədə antiinhisar siyasəti həyata keçirir. Antiinhisar siyasətinin əsas istiqamətləri- kartel müqavilələrinin məhdudlaşdırılmasını, şirkətlərin birləşməsinə maneçilik törədilməsini, filialların yaradılmasına imkan verilməməsini əhatə edir. Antiinhisar siyasəti əmək qanunvericiliyi sahələrinə də yayılır. İş qüvvəsinin təklifini tənzimləməklə, əmək haqqının və deməli, istehsal xərclərinin səviyyəsinə, mənfəətin, istehsalın həcminə təsir etmək vasitəsilə həmkarlar, əmək bazarında inhisarçı kimi çıxış edə bilərlər. Məşğulluğun səviyyəsinin yüksək olduğu bir vaxtda, əmək haqqının artırılması inflyasiya amilinə çevrilə bilər.

Eyni zamanda ABŞ üçün tənzimləmənin bank- kredit sistemi vasitəsi ilə deyil, büdcə- vergi sistemi vasitəsilə həyata keçirilməsi xarakterikdir. ABŞ- da tənzimləmənin büdcə- vergi sisteminə üstünlük verilməsi, Almaniyaya nisbətən arada bank sisteminin zəif idarə olunması ilə bağlıdır. Antitsiklik və antiinflyasiya tənzimlənməsi əsasən büdcə- vergi siyasəti vasitəsilə, çox nadir hallarda isə bank siyasətilə həyata keçirilir.

ABŞ- da Federal Ehtiyat Sistemi( FES) xüsusi banklarla yanaşı fəaliyyət göstərir. FES bazarı regional şöbələi əhatə edərək müstəqil bank siyasəti aparır. Dövlət qiymətli kağızlar bazarında əməliyyatlar

apararaq, faizin səviyyəsinə və deməli, borc kapitalına olan tələb və təklifə təsir göstərir. Amma, belə bir addım dövlət büdcəsi hesabına ödənilən əlavə xərclərin artmasına səbəb olur. Vergilərdən əldə olunan dövlət vasitələri təkcə dövlət tədarükü və investisiyalar formasında dövlət müəssisələrinə sərf olunmur, həm də iqtisadiyyatının müəyyən seçilmiş sahələrinə ( məsələn, kənd təsərrüfatı) imtiyazlı kreditlər formasında bank tərəfindən dotasiya olunur.

Bazarın liberal modelində dövlət əmtəələrin təklifinə təsir göstərir, istehsalın inkişafı isə təsərrüfat subyektlərinin bazar gəlirlərinin artmasına və tələbin inkişafına, investisiya meyllərinin güclənməsinə səbəb olur. Ancaq belə bir təsir vergilər vasitəsilə həyata keçirilir. Vergilər istehsal xərclərinin və mənfəətin səviyyəsinin formalaşmasında iştirak edir, bu və ya digər əmtəələrin artmasını və azalmasını stimullaşdırır. Ona görə də vergidən ödəmələrin başlıca maddəsi gəlir vergisi ilə bağlıdır. Vergilərin çox az hissəsi mənfəətdən əldə edilən vergilərin payına düşür. Mənfəətdən əldə edilən vergi, vergilərin ən çevik forması sayılır. O, bazarın hərəkətini nəzərə alır, yığıma yönəldilən mənfəətə müəyyən imtiyazlar, imkan yaradır. Gəlir vergisi əmək haqqı, divident və digər gəlirlər formasında istehlaka yönəldilən gəlirlərdən əldə olunan vergidir. ABŞ- da əlavə dəyər vergisi müsadirə xarakteri daşıdığına görə yoxdur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin