Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Qeyri-istehsal sahəsində iqtisadi münasibətlərin xüsusiyyətləri



Yüklə 0,94 Mb.
səhifə99/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   95   96   97   98   99   100   101   102   ...   126
FF Mikro

3. Qeyri-istehsal sahəsində iqtisadi münasibətlərin xüsusiyyətləri

İstehsalın yeni sosial istiqamət alması ilə qeyri-istehsal sahələrinin rolu kəskin surətdə artır. Bu sahədə təsərrüfatçılığın yenidən qurulması üçün dəqiq elmi üsullar işləyib hazırlamaq vacibdir. Buna görə qeyri-istehsal sahələrinin iqtisadi nəzəriyyə məhdudlaşdırmaq olmaz, çoxdan müzakirə edilən problemlərin həll edilməsi üçün irəliyə doğru mühüm addım atmaq ehtiyacı yaranmışdır. Qeyri-istehsal sahəsində iqtisadi münasibətlər mövcuddurmu, əgər mövcuddursa, onların rolu va spesifik xüsusiyyətləri nədən ibarətdir? Suali başqa cür də qoymaq olar: Bu sahədə obyektiv iqtisadi qanunlar fəaliyyət göstərir və ya göstərmir? Bəzi müəlliflər qeyri-istehsal sahəsində iqtisadi münasibətlərin spesifik xüsusiyyətlərini göstərmirlər və onlar belə hesab edirlər ki, bu münasibətlər maddi istehsaldakı münasibətlərlə eynidir. Buradan belə nəticə çıxır ki, bu sahəni maddi nemətlər istehsal edən, o cümlədən dəyər istehsal edən sahə kimi də səciyyələndirmək olar. Bunun əksinə olaraq, diger müəlliflər məhsuldar əməyin geniş miqyasla şərh edilməsinə qarşı çıxış edir və qeyd edirlər ki, qeyri-istehsal sahəsində dəyər deyil, ondan məhrum olan qeyri-maddi nemətlər xidmətlər yaranması baş verir. Bir halda ki, bu qeyri-maddi nemətlər (xidmətlər) cəmiyyətin məcmu şəxsi istehlak fonduna daxildir və cəmiyyətin məcmu əməyini təcəssüm etdirir, onda göstərmək olar ki, qeyri-istehsal sahəsində çalışan işçilərin əməyi cəmiyyətin iqtisadi münasibətləri sistemin daxil olur. Üçüncü şərh də vardır. Onun tərəfdarları bazislə üstqurum arasındakı hədlərin pozulmasından ehtiyat edərək qeyri. istehsal sahəsindəki münasibətləri iqtisadi münasibətlərə daxil etməyin əleyhinə çıxış edirlər. Dördüncülər isə belə hesab edirlər ki, bu sahədə iqtisadi münasibətlər yaranmır, onlar buraya maddi istehsal sahəsindən keçirilir və qeyri-istehsal xarakterli iqtisadi münasibətlər kimi çıxış edirlər.Bu məsələyə tarixi və məntiqi nöqteyi-nəzərdən baxmaq imkan verir ki, cəmiyyətin əmək fəaliyyətinin bütün növlərindən və bu faaliyyət prosesində yaranan ictimai münasibətlərin məcmuundan - istehsal fəaliyyətini və istehsal münasibətlərini, həm iqtisadi bazisi təşkil edən tərkib hissə kimi, həm də bütün digər münasibətlərin əsasını müəyyən edən amil kimi ayrılması nəzərdə tutulsun. Belə bir sual meydana çıxır - ictimai istehsal dedikdə nə başa düşülür, bütün insanların birgə əmək fəaliyyətinin yekunları, yoxsa onların bir hissəsi: ona məhdud mənada yalnız maddi istehsal kimi, yaxud insanların bütün yaradıcı əməyi də daxil olmaqla baxmaq lazımdır.İctimai istehsal anlayışı yalnız iqtisadi nəzəriyyə çərçivəsində deyil, həm də sosial fəlsəfədə tədqiq edilir. Maddi istehsal va ictimai istehsal müəyyən mənada oxşar anlayışlardır, çünki hər cür maddi istehsal ictimai formada baş verir, o hər şeydan əvvəl fərdlərin ictimai istehsalıdır. Bu səbəbdən, iqtisadi nəzəriyyədə maddi istehsal va ictimai istehsal anlayışlarını ayırmaq qanunauyğun deyil. Eyni zamanda ictimai istehsal, başqa mənalı çalarlara da malikdir, məsələn, istehsal anlayışı ictimai miqyasda, fərdi miqyasdan fərqli olaraq həyata keçirilir (tutaq ictimai və fərdi təkrar istehsal). Ona görə də, ictimai istehsal adı altında maddi istehsal və ümumiyyətlə, adamların hər cür ictimai faydalı əməyini başa düşmək əsassızdır. Bu halda ictimal istehsal anlayışının bütün xüsusi keyfiyyətləri itir. İctimai istehsalın başqa cür şərhi, əlbəttə qadağan edilmir, lakin onlar anlayışla istehsaldan ayırmağa və onların fəaliyyətlərinin qarşılıqlı əlaqəsini tədqiq etməyə imkan yaratmır. Beləliklə, ictimai istehsala maddi və qeyri-maddi istehsalların yekunu kimi baxılması, məntiqə görə onlar arasında hədlərin götürülməsinə gətirib çıxarır. Bu konsepsiyaya istinad edərək, cəmiyyətin inkişafında mövcud olan qanunauyğunluqlara cavab vermək olmaz.Axırıncıya cavab belə bir nəticəyə gətirib çıxarır ki, məhz maddi istehsal sahəsindəki fəaliyyət cəmiyyətin həyatının maddi əsasını təşkil edir.Bəzi alimlər qeyd edirlər ki, ictimai istehsal anlayışına təkcə maddi nemətlər istehsalının nəticələri deyil, həm də insanlar arasında baş verən ictimai münasibətlərin nəticələri də daxildir. Maddi və mənəvi istehsal və onların nəticələri arasındakı nisbəti tədqiq edərək onlar təsdiq edirlər ki, bu istehsallar arasında prinsipial fərqlər mövcud deyil va bu fərqləri axtarmaq əsassızdir, faydasızdır. Maddi və mənəvi istehsal arasında prinsipial fərqin inkar edilməsi iki müxtəlif fəaliyyət növlərini bir anlayış - ictimai istehsal adı altında birləşdirməyə imkan verir. Maddi və mənəvi istehsal, onların nəticələri arasında prinsipial fərqlər mövcuddur. Maddi istehsal fəaliyyətində insan təbiətə dəyişdirici təsir göstərir, onu öz tələbatlarına uyğunlaşdırır. Mənəvi istehsal sahəsində isə məlum olduğu kimi, əmək bu meyara cavab vermir. Buna baxmayaraq, bu sahədə ictimai və şəxsi tələbatlara cavab verən faydalı nəticələr əldə edilir. Burada istehsal anlayışını ancaq istehsalın xüsusi növü kimi işlətmək olar. İqtisadi ədəbiyyatda qeyri-maddi istehsal, mənəvi istehal,elmi istehsal,idrak istehsal və s.bu kimi terminlərə rast gəlirik. Lakin bu heç də istehsalın iqtisadi anlayışı deyil, belə ki, o əməyin maddi məhsullarını yox, mənəvi nəticələrini nəzərdə tutur və ona görə də bu fəaliyyət növlərini maddi istehsalla eyniləşdirmək olmaz. İqtisadi nəzəriyyədə istehsal dedikdə, iqtisadi mənada, maddi nemətlərin sadə və geniş təkrar istehsal prosesi başa düşülür. Qeyri-istehsal sahəsi müəyyən mənada insanların tələbatını ideya anlayış, bədii obrazlar vasitəsi ilə ödəyir, əhalinin tərbiyəsi mədəni səviyyəsinin yüksəldilməsi ilə əlaqədar mühüm funksiyaları yerinə yetirir. Burada yaranan spesifik münasibətlər maddi istehsal sahəsindən xaricdə,üstqurum sahəsində baş verir və bilavasitə iqtisadi münasibətlər sisteminə,cəmiyyətin iqtisadi bazisinə daxil edilə bilməz,bu səbəbdən o özlüyündə siyasi iqtisadın,iqtisadi nəzəriyyənin predmetinə daxil edilmir.Qeyri-istehsal sahəsinin siyasi iqtisad baxımından tədqiq edilməsi zəruriliyini sübut etmək üçün aşağıdakı metodoloji prinsipləri nəzərə almaq lazımdır. Maddi istehsal və qeyri-istehsal sahəsi arasındakı qarşılıqlı əlaqəni nəzərdən keçirərkən, tarixi və məntiqi olaraq əvvəlcə maddi istehsal sahəsində əmələ gələn iqtisadi münasibətlərin qeyri-istehsal sahəsinə nə cür yayılmağını izləmək lazımdır. Burada hər şeydan əvvəl bu cəhət nəzərə çarpır ki, maddi istehsalın məhsullar qeyri-istehsal sahəsinə daxil olur və bu sahələr onların bölgüsündə, mübadiləsində və istehlakında iştirak edir, beləliklə, iqtisadi münasibətlərin fəaliyyət göstərən sahəsi olur. Bu ona əsas verir ki, qeyri-istehsal sahəsindəki iqtisadi münasibətlərə maddi istehsalda yaranan iqtisadi münasibətlərə nisbətən törəmə, ikinci münasibətlər kimi xarakterizə edək. Qeyri-istehsal sahəsində iqtisadi münasibətlərə özünün məntiqi və inkişafının davamı olan qeyri-maddi nemətlər istehsalı, bölgüsü və istehlakı da daxildir. Bu münasibətlər həmin sahədə ilkin, birinci münasibətlər kimi çıxış etsə də maddi istehsalda yaranan münasibətlərə nisbətən ikincidir. Qeyri-istehsal sahəsini qeyri maddi nemətlər yaradan sahə kimi xarakterizə etmək, əməyin stimullaşdırılmasına, onun nəticələrinin iqtisadi cəhətdən qiymətləndirilməsinə, qeyri-istehsal sahəsi və maddi istehsal dairəsi arasında baş verən mübadilə münasibətlərini tədqiq etməyə imkan verir. Iqtisadi münasibətlər ilk növbədə maddi istehsalda yaranır, bu və ya digər formada qeyri-istehsal sahəsinə yayılır. İqtisadi münasibətlərin qeyri-istehsal sahəsinə yayılmasının xarakteri və səbəbləri bu sahənin maddi istehsala nisbətən asılılıq və ikincilik xarakteri ilə, iqtisadi münasibətlərin və iqtisadi qanunların fəaliyyətinin cəmiyyətin bütün sahələrinə yayılması, onların yaranma bazasından kənarda təzahür etməsi ilə, həm də bu münasibətlərin müəyyən tabelik sisteminə malik olması ilə, iqtisadi münasibətlər sistemində müxtəlif qaydaların, onların struktur təşkilinin müxtəlif səviyyəsi, birinci və ikinci, sadə, elementər və daha mürəkkəb münasibətlərlə və s. ilə müəyyən edilir. Deməli, qeyri-istehsal sahəsində iqtisadi münasibətləri maddi və qeyri-maddi nemətlərin istehsalında, bölgüsündə, mübadiləsində və istehlakında baş verən törəmə, yəni ikinci iqtisadi münasibətlər kimi (ikinci də dərəcəli yox) xarakterizə etmək olar. Bu münasibətlər qeyri-istehsal sahəsində təzahür edərək, bu sahənin spesifik xüsusiyyətini göstərir. Bu münasibətləri fərqləndirərək, onları qeyri-istehsal sahəsinin iqtisadi münasibətləri kimi xarakterizə etmək olar. Bu münasibətlər qeyri-istehsal sahəsini və ona daxil olan sahələrin iqtisadiyyatını təşkil edir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin