Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


İqtisadiyyatın maddi istehsal və qeyri-istehsal sahəsinə bölgüsü me'yarı



Yüklə 0,94 Mb.
səhifə96/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   92   93   94   95   96   97   98   99   ...   126
FF Mikro

1. İqtisadiyyatın maddi istehsal və qeyri-istehsal sahəsinə bölgüsü me'yarı

Qeyri-istehsal sahəsinin iqtisadi nəzəriyyə (siyasi iqtisad) baxımından tədqiqatinin aktuallığı böyük əhəmiyyət kəsb edir. Bu ilk növbədə sivil ölkələrin iqtisadi və sosial inkişafında qeyri-istehsal sahəsinin rolunun artması ilə bağlıdır. Son dövrlərdə ən az tədqiq olunan problemlər içərisində cəmiyyətin intellektual potensialı olan sosial sahənin, mənəvi istehsalın keyfiyyətcə yenidən qurulması problemlərini göstərmək olar. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, cəmiyyətdə və eyni ilə iqtisadiyyatda heç bir tərəqqi insanın inkişafından və qeyri-maddi nemətlər istehsalı, bölgüsü, mübadiləsi və istehlakından kənarda baş verə bilməz.Dünya ölkələrinin təsərrüfat təcrübəsi göstərir ki, qeyri-istehal sahəsinin maddi istehsal sahəsinə nisbətən üstün artması qanunauyğun bir haldır və özünü inkişaf etmiş sivil dövlətlərin hamısında büruzə verir. Birincisi, bu sahələrin inkişaf səviyyəsi ölkənin iqtisadi inkişafının, ictimai əmək məhsuldarlığının və bütünlükdə iqtisadi sistemin səmərəli fəaliyyətinin göstəricilərindən biridir. İkincisi, qeyri-istehsal sahələrinin inkişafı ictimai münasibətlərin humanistləşməsini, obrazla desək, əşya istehsalından “insan istehsalına” keçid meylini əks etdirir. Qeyri-istehsal sahəsinin üstün artması müasir cəmiyyətin servisləşməsi meylini göstərir. Bu meyl cəmiyyətin postsənayeləşmesinin mühüm əlamətlərindən biridir. Məşhur Amerika iqtisadçısı U.Rostou “Siyasət və artım mərhələləri” (1971-ci il) əsərində cəmiyyəti məhsuldar güvvələrin inkişafı baxımından artım mərhələlərinə bölərək. sonuncu, altınci mərhələni “keyfiyyətli həyat mərhələsinin axtarışı”kimi səciyyələndirir. Bu cəmiyyətdə artıq insanın mənəvi inkişafı, qeyri-istehsal sahələrinin üstün artması ilk plana keçirilir. Cəmiyyətdə məcmu ictimai əməyin maddi istehsala və qeyri istehsal sahəsinə bölünməsi həm nəzəri, həm də praktiki baxımdan aktualdır. Nəzəri cəhətdən ona görə aktualdır ki, belə bölgu imkan verir ki, bütün fəaliyyət növlərinin maddi əsasını təşkil edən iqtisadiyyatın birinci sahəsini və bilavasitə birinci sahədə yaradılan maddi bazis əsasında fəaliyyət göstərən iqtisadiyyatın ikinci sahəsini ayıraq. Praktik baxımdan isə, belə bölgu ümumi milli məhsulun daxili strukturunda nemətlərin əşya və xidmət formasında istehsal olunmasında maddi istehsalın və qeyri-istehsal sahəsinin rolunu və nisbətini göstərir. Maddi istehsalın qeyri-istehsal sahəsindən fərqləndirici meyarı birincisi, insanın təbiət maddələrin təsirilə, ikincisi, dəyişdirici təsirlə müəyyən olunur. Üçüncüsü, bu insanların elə bir əmək fəaliyyəti formasıdır ki, onların bütün fəaliyyətlərinin,qeyri-istehsal fəaliyyəti də daxil olmaqla maddi əsasını təşkil etməklə həyata keçirilir. Bu üç fərqləndirici xüsusiyyət birlikdə maddi istehsalin mahiyyətini və onun bütün digər fəaliyyət növləridən, eynilə insanın mənəvi fəaliyyətindən fərqini göstərir. Maddi istehsalın mahiyyəti insanla təbiət arasında baş verən maddələr mübadiləsi ilə xarakterizə olunur və bu zaman əmək predmeti kimi təbiət əşyaları və qüvvələri çıxış edir, təbiətə dəyişdirici təsir isə əmək vasitəsilə həyata keçirilir. Deməli, maddi istehsalın insanın digər fəaliyyət növlərindən fərqi əmək prosesinin mahiyəti və onun üç şərti (əmək, əmək predmeti, əmək vasitəsi) ilə müəyyən olunur. Insanla təbiət arasında bilavasitə maddəlar mübadiləsini təmin etməyən bütün digər fəaliyyət növləri maddi istehsal sahəsindən kənarda qalır va birlikdə, necə deyərlər, qeyri-istehsal sahəsini təşkil edir.Beləliklə, qeyri-istehsal sahəsinin fəaliyyəti maddi istehsaldan fərqli olaraq, təbiətin maddəsi və qüvvələrinə dəyişdirici təsirilə əlaqədar deyil, bilavasitə əmək vasitələri yaradılması ilə xarakterizə olunmur və insanla təbiət arasında maddələr mübadiləsi kimi çıxış etmir. Onun təsir obyekti insan, insanın həyat və fəaliyyətinin sosial şərtləri, həmçinin ictimai orqanizm olan cəmiyyətdir.Insan maddi dünyada yaşayır və fəaliyyət göstərir. Onun bütün fəaliyyəti həm istehsaldakı, həm də qeyri-istehsalda bilavasitə və ya dolayı yolla təbiətə və onun qüvvələrinə təsir edir. Deməli, təbiətə və onun qüvvələrinə təsir etmək maddi istehsalın zəruri hissəsidir. Bu təsir olmadan maddi istehsal ola bilməz. Ən başlıca cəhət ondan ibarətdir ki, maddi istehsal sahəsində maddi dünyaya dəyişdirici təsir göstərilir və bunun nəticəsində təbiət əşyalarından istehlak dəyərləri yaradılır. Həqiqtən, bütün digər hallarda maddi istehsal sahəsindəki fəaliyyətindən fərqli olaraq, insan özünün əmək fəaliyyəti prosesində baxmayaraq ki, təbiətə va onun qüvvələrinə təsir edir, ancaq bu təsir dəyişdirici xarakter daşımır. Qeyri-istehsal sahəsində insanların əmək fəaliyyəti (məsələn, səhiyyədə həkimin insana tibbi yardım göstərməsi, təhsildə müəllimin şagirdləri öyrətməsi maddi varlıq olan təbiətin, onun qüvvələrinin bir hissəsini təşkil edən insana təsir göstərməklə, təbiətə va onun qüvvələrinə də təsir göstərir. Lakin təbiətə, onun qüvvələrinə bu cür təsir, ötəri xarakter daşıyır və insanın belə fəaliyyəti təbiət maddəsini dəyişdirmək məqsədi güdmür. Qeyri-istehsal sahəsindəki fəaliyyət bilavasitə ya maddi dünyanı insan başında əks etdirən (elmi biliklər, incəsənət əsərləri va sair şəkildə) mənəvi nemətlər yaradır, ya da əmək prosesinin özündə istifadə olunan faydalı səmərə formasında xidmət göstərən fəaliyyət kimi çıxış edir. Qeyri-istehsal sahəsində əmək fəaliyyəti spesifik istehlak dəyərləri xidmətlər yaradır və reallaşdırır.Qeyd etmək lazımdır ki, qeyri-istehsal əmək fəaliyyətinin bir çox sahələrində əməyin nəticələri maddi əsyalar: kitab, heykəl, rəsm mənəvi fəaliyyəti maddi formada əks etdirən əsərlər şəklində mövcuddur. Amma bu, məsələnin mahiyyətini dəyişdirmir, belə ki. maddi vasitələrlə təbiətə təsir göstərmək qeyri-istehsal əmək fəaliyyətinin mahiyyətini təşkil etmir. Bu fəaliyyət özlüyündə ideal olmaqla əşyalar deyil,ideyalar yaratmaqla səciyyələnir.Yazıçıların,heykəltəraşların, rəssamların ideyalarını onların öz əməyi deyil. maddi istehsal sahələrindəki əmək maddiləşdirir (mətbəələr), incəsənət əsərlərinin sayını artırmaqla onu maddi istehsal məhsuluna, əmtəəyə çevirir.Qeyri-istehsal sahələrində yaradılan xidmətlərin müxtəlifliyinə baxmayaraq, onlar arasında bir ümumilik var ki, bu onları bir sahə daxilində birləşdirir və maddi istehsaldan fərqləndirir. Birincisi, qeyri-istehsal sahələrinin fəaliyyəti ilk növbədə insan amilinin fəallaşmasına şərait yaradır. Bu sahələrin inkişafı əhalinin həyat səviyyəsinin yüksəlməsinə, insanların mənəvi inkişafına bilavasitə təsir göstərir. Bununla əlaqədar, qeyri-istehsal sahələrinin sosial yönümlüyünü nəzərə alaraq, onları daha çox sosial sahə adlandırırlar. İnsan amili ilə daha sıx bağlı olduğuna görə qeyri-istehsal sahələrində sosial səmərəliliyin meyarı iqtisadi səmərəliliyə nisbətən üstünlük təşkil edir. Qeyri-istehsal xidətlərinin sosial yönümlüyünün nəzərə alaraq (təhsil,səhiyyə və s.) onlar əhaliyə pulsuz və ya müəyyən güzəştlər əsasında verilir.Bu sahə iqtisadiyyatın qeyri-bazar bölməsini təşkil edir, yəni bu sahə öz fəaliyyətlərini ilk növbədə kommersiya prinsipləri əsasında qurmurlar.Ikincisi, qeyri-istehsal sahəsində əmək prosesi maddi istehsala nisbətən yaradıcı,yüksək intellektual xarakter daşıyır. Bununla əlaqədar,qeyri-istehsal sahələrində canli ələlxüsus sosial-mədəni sahələrdə canlı əmək böyük rol oynayır, burada canlı əməyin maddiləşmiş əməklə əvəz edilməsi, onun mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün dar, kiçik şərait mövcuddur. Buna görə də qeyri-istehsal sahəsinin inkişafi əsasən əmək resursları hesabına həyata keçirilir. Qeyri-istehsal sahələri maddi istehsala nisbətən yüкsək əmək tutumluğu ilə fərqlənir. Eyni zamanda xidmətlərin yaradılmasında maddi resursların əhəmiyyəti artır. Bu, öz əksini qeyri-istehsal sahəsinin fondtutumluğunun, məsrəflərin ümumi həcminin strukturunda, maddi xərclərin və qeyri-istehsal fondlarının daxilinda onun aktiv hissələrinin (maşınların, cihazların) sayının artmasında büruzə verir.Üçüncüsü, qeyri-istehsal sahəsinin bir çox sahələrinda əmək fəaliyyətinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, burada xidmətlərin istehsalı və istehlakı zaman və vaxt ərzində üst-üst düşür, deməli, qeyri-istehsal sahələrində çalışan işçilərin əməklərinin nəticələrini bir yerdən başqa yerə göndərmək və yığıb saxlamaq mümkün deyil. Bununla əlaqədar, maddi istehsala nisbətən qeyri-istehsal sahəsi daha çox regional amillərdən asılıdır və xidmət bazarı əsasən yerli, lokal xarakter daşıyır.Dördüncüsü, qeyri-istehsal sahələrinin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, burada əməyin nəticələri maddi istehsal sahələrindən fərqli olaraq, ancaq şəxsi və qeyri-istehsal təyinatl ictimai istehlakı ödəyir. Maddi istehsala nisbətən qeyri-istehsa sahasi həmişə istehlak sahəsi kimi çıxış edir. Qeyri-istehsal sahəsində əməyin maddi şərtlərinin (əsas qeyri-istehsal fondları), maddi istehsalda mövcud olan əmək vasitələri ilə zahiri oxşarlığı bilər. Amma iqtisadi baxımdan onlar uzun müddətdə istifadə olunan istehlak predmetləri hesab olunur və öz dəyərlərini istehsal olunan poliqrafiya məhsullarının üzərinə keçirmir. Qeyri-istehsal sahəsində istifadə olunan maddi vəsaitlər (qeyri-istehsal fondları) ictimai istehsalın I bölməsinda deyil, II bölməsində yaradılır.Beşincisi, qeyri-istehsalın əksər sahələrinə təhsil səhiyəyə, mədəniyyətə və sairələrinə - ictimai nemətlər yaradan sahə, bazar mexanizminin məhdudluğu, büdcə maliyyələşdirilməsi və normativ iqtisadiyyat kimi baxmaq olar. Qərb ölkələrində artıq qəbul olunmuşdur ki, qeyri-istehsal, sosial-mədəni xidmətlər və eyni zamanda insanların xarici və daxili təhlükəsizliyini təmin edən xidmətlər (ordu, polis) ictimai nemətlər sırasına daxildir. Maddi istehsal sahəsinin məhsullarından fərqli olaraq onlar aşağıdakı xüsusiyyətləri ilə fərqlənir: bölünməzliyi, birgə istehlak edilməsi,yüksək sosial əhəmiyyəti kəsb etməsi,ictimai-dövlət mülkiyyəti və dövlət maliyyələşdirilməsi formasının üstünlük təşkil etməsi. İctimai nemətlərin bölünməzliyi ayrı-ayrı şəxslər tərəfindan onların fərdi formada istehlakini mümkün etmir. Bu nemətlərin istehlakı cəmiyyətin bütün üzvlərinə aid edilir və bir qayda olaraq, ictimai, birgə formada həyata keçirilir. İctimai nemətlər bir çox ölkələrdə dövlət mülkiyyəti tərəfindən maliyyələşdirilir. İctimai nemətlər sırasına daxil olan xidmətlərin göstərilməsində dövlət bölməsinin aparıcı rolu o deməkdir ki, qeyri-istehsal sahəsinin xeyli hissəsi bazar mexanizmindən kənarda qalır. İctimai nemətlər əhaliyə pulsuz və ya aşağı, dotasiyalı qiymətlər vasitəsilə göstərilir. Qeyri-istehsal xidmətlərinin yalnız məhdud hissəsi xalis ictimai nemətlər sırasına aiddir; qeyri-istehsal sahəsinin bir çox xidmətləri qarışıq ictimai nemətlərdir.Qarışıq ictimai nemətlərin istehlakı, sosial cəhətdən daha vacib olan xidmətlərin, sosial ədaləti qorumaq məqsədi ilə cəmiyyətin bütün üzvlərinə pulsuz, az sosial əhəmiyyət kəsb edən xidmətlərin isə pullu formada ödənilməsiylə uzlaşdırılır. Altıncısı, qeyri-istehsal sahəsinin xüsusiyyəti ondan ibarətdir ki, burada tətbiq edilən əmək dəyər yaratmır və bu sahədə istifadə edilən maddi vəsaitlərin dəyəri əməyin nəticələrinin üzərinə keçirilmir. Qeyri-istehsal sahəsində münasibətlərin qeyri-dəyər xarakterli olması həm bizim ölkəmizdə, həm də dünya praktikasın da qəbul olunmuşdur. Bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) daxilində beynəlxalq statistika təcrübəsində pulsuz xidmətlərin qiymətləndirilməsinin, pulsuz xidmət göstərən idarələrin saxlanmasının cari xərcləri haqqında məlumatı, qeyri-istehsal sahəsi işçilərinin izafi əməklərinin nəticələrini nəzərə almadan aparılması təsdiq edir. Lakin bazar şəraitində qeyri-istehsal sahəsindəki xidmətlər dəyər, pul forması alır. Xidmətlərin dəyəri olmadan dəyər (qiymət) forması alması yeganə hal deyil. Real həyatda dəyəri olmayan şeylər də dəyər, qiymət forması alır. Torpaq, qiymətli kağızlar, təbiət nemətlərinin dəyəri olmasa da qiyməti var. Qeyri-istehsal sahəsinin hüdudlarının müəyyən edilməsi qeyri-istehsal sahəsi və geniş yayılmış xidmət sahəsi kimi işlədilən anlayışa olan nisbətin təhlil edilməsi və öyrənilməsinə imkan verir.Mə'lumdur ki, əməyin xarakterindən və onun nəticələrindən asili olaraq xidmətlər: maddi və qeyri-maddi xidmətlərə bölünür. Maddi xidmətlər yeni məhsulların yaradılmasında özünü göstərmir, ya forması almır, lakin maddi məhsulların istehlak dəyərini təzələyir və beləliklə, onların istehlak müddətini uzadir. Buna göra da maddi xidmətləri, istehsal fəaliyyətinin xarakterindən asılı olaraq qeyri-istehsal dairəsinə deyil, xidmat sferasına daxil etmək lazımdır. Sonuncu qeyri-istehsal sahəsindan onunla fərqlənir ki, burada əməyin nəticəsi müstəqil varlıq forması almır. ancaq muxtəlif ictimai tələbatları ödəyən, səmərəli effektlə malik olan xidmət forması kimi çıxış edir. Bu baxımdan xidmət sahəsi iqtisadiyyatın müxtəlif sahələrini: nəqliyyat və rabitə xidmətlərini, istehsal təyinath ticarət və ictimai iaşəni, məişət xidmətlərinin istehsal növiərini, həmçinin cəmiyyətdə mövcud olan bütün qeyri istehsal fəaliyyətinin növlərini təşkil edir. Beləliklə, ictimai əmək bölgüsü sistemində, iqtisadi mahiyyətinə və funksional roluna görə qeyri-istehsal sahəsi ona daxil olan sahələrin tərkibinə görə xidmət sahəsi anlayışı ilə üst-üstə düşmür.Son zamanlar qeyri-istehsal sahə, anlayışı daha az işlədilir. Onun yerinə xidmət sahəsi, sosial sahə, sosial-mədəni sahə, sosial infrastruktur, qeyri-maddi, mənəvi istehsal anlayışları istifadə edilir. Qeyd edilir ki, qeyri-istehsal sahə anlayışı bu sahələrdə heç bir sey istehsal edilməyən və ancaq istehlak edilən sahə kimi onlar haqqında düzgün olmayan fikir yarada bilər Beləliklə, göstərilir ki, qeyri-istehsal sahə anlayışı cəmiyyətin sosial-iqtisadi inkişafında xidmətlərin aktiv rolunu inkar edə bilər. Göstərmək lazımdır ki, anlayışların hərfi mənasını həddindan artiq şişirtmək lazım deyil, əsas məsələ hansı anlayışlardan istifadə etməkdə deyil, onların hansı iqtisadi məzmunu kəsb etməsindədir. Ona görə də iqtisad elmlərinin anlayışlar aparatında qeyri-istehsal sahə anlayışını çıxartmaq olmaz, belə ki, qeyri istehsal sahə anlayışı pozitiv məna kəsb edir, o qeyri-istehsal sahəsini qeyri-maddi nemətlər istehsal edən saha kimi, cəmiyyətdə mövcud olan digor fəaliyyət növlərindən fərqləndirir. Qeyri-istehsal sahəsi qeyri-maddi nemətlər və xidmətlər yaradan sahələrin məcmusu kimi olduqca müxtəlif tərkibə malikdir. letimai təkrar istehsaldakı yerindən və rolundan, tələbatların ödənilməsi xarakterindən asılı olaraq qeyri-istehsal sahələrinin xidmətlərini iki qrupa bölmək olar: 1. Nəticələri bilavasitə insana təsir göstərən, onun səxsi tələbatlarını təmin edən sahə və növləri (təhsil, səhiyyə, mədəniyyət, incəsənət, mənzil kommunal va məişət xidmətləri); 2. Nəticələri mövcud ictimai münasibətləri tənzimləyən və mühafizə edən, ictimai tələbat odanilməsini təmin edən sahə və fəaliyyət növləri (dövlət idara orqanlarının, müxtəlif ictimai təşkilatların xidməti, mudafiə va polis). Birinci qrup sahələr şəxsiyyətin hərtərəfli inkişafını təmin edir, məcmu səxsi istehlak fondunun yaranmasında iştirak edir. İkinci qrup sahələr zəruri-vacib xidmətləri yaradaraq mövcud ictimal münasibətlər sistemini mühafizə edir və tənzimləyir. Qeyri istehsal sahəsinin bu qrupu, cəmiyyətdə ictimai təkrar istehsal normal həyata keçirmək üçün daxili və xarici şərait yaradır, lakin xalqın rifahını yüksəltmir. Fəaliyyətləri maddi və qeyri-maddi nemətlər istehsalına xidmət edən maliyyə-kredit va fundamental elmi müəssisələr də bu qrupa daxildirlər. Bir halda ki, bu sahələr bilavasitə şəxsi deyil, ictimai tələbatların ödənilməsini təmin edir, onlar qeyri-istehsal sahəsinin ikinci qrupuna aiddir, lakin onların rolu tam şəkildə üstqurum xarakteri daşıyan o biri sahələrdən əhəmiyyətli dərəcədə fərqlənir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin