Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


İstifadə edilən ədəbiyyat



Yüklə 0,94 Mb.
səhifə94/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   90   91   92   93   94   95   96   97   ...   126
FF Mikro

İstifadə edilən ədəbiyyat

1. İqtisadi nəzəriyyə.Mikroiqtisadiyyat1,2.Dərslik Moskva 2007.

2. O.Məmmədli,M.İsmayılov,F.İ.İsmayılov.İqtisadi nəzəriyyə.Dərs vəsaiti,. Bakı 2010.

3. M.Meybullayev.Mikroiqtisadiyyata giriş.Dərs vəsaiti,.Bakı 2010.

4. E.Kərimov,B.Osmanov. İqtisadi nəzəriyyə.Dərslik, Bakı 2010.

1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri.



Torpaq istehsalın başlıca amilidir.
Torpaqdan iqtisadiyyatın bütün sahələrində istifadə olu­nur və o, özünün sərvətləri, meşələri, suları ilə birlikdə istehsal pro­sesinin maddi ilkin şərtini və təbii əsasını təşkil edir. Lakin iqti­sadiy­ya­tın ayrı-ayrı sahələrində torpaq eyni əhəmiyyətə malik deyildir. Belə ki, torpaq sənayedə (hasilat sənayesi istisna olmaqla) və ticarətdə müəssi­sə­lə­rin, obyekt-lərin yerləşdirilməsi üçün məkan, tikintidə bina­ların inşa olunması, nəqliyytda şose və dəmir yollarının çəkilməsi üçün ərazi ro­lunu oynayır və bu sahələr üçün onun mün­bit-liyinin heç bir əhə­miyyəti yoxdur. Kənd təsərrüfatında isə torpaq məhsul istehsalının əvə­zolun­maz təbii-iqtisadi amili-dir və onun münbitliyinin müstəsna əhə­miy­yəti vardır. Baş-qa sözlə, torpaq olmadan kənd təsərrüfatı məhsullarını is­teh­sal et­mək mümkün deyildir. Həm də bunun üçün hər cür torpaq de­yil, mün­bit torpaqlar olmalıdır.

Torpaq iqtisadiyyatın ən mühüm sahələrindən biri olan kənd tə­sərrüfatında oynadığı rola görə istehsalın başlı-ca təbii-iqtisadi amili ol­maqla, həm də investisiya əmtəə-lərinə aid edilə bilər. Çünki insanlar bir tə­rəfdən, məhsul is-tehsal etmək üçün torpağı əkib – becərməklə öz əmək­­ləri ilə ona təsir göstərir, digər tərəfdən isə istehsal prosesində on­dan vasitə kimi istifadə olunur. Lakin torpağın insanların öz-ləri tərə­fin­dən yaradılan investisiya əmtəələrindən–bina-lardan, maşınlardan, ava­­­dan­lıqlardan və s. – fərqləndirən bir sıra xüsüsiyyətləri vardır.

Əvvəla, qeyd etmək lazımdır ki, torpaq təbiətin məh-suludur, yer kürəsində onun hüdudu məhduddur, süni su-rətdə yaradıla və de­məli artırıla bilməz. Insanlar öz əməkləri ilə yalnız onun təbii xas­sələrini dəyişdirə və zənginləşdirə bilərlər. Digər investisiya əmtəələrini isə istənilən qədər artırmaq mümkündür. Ikinçisi, insanların özləri tərə­findən yaradılan investisiya əmtəələri, yəni istehsal olunan maşın və ava­danlıqlar, yetişdirilən heyvanlar və çoxillik əkmələr istehsal pro­sesində istifadə olunduqça aşınır, köhnəlir və müəyyən müddətdən son­ra təkmilləşdirilmiş, mütərəqqi və yüksək məhsuldarlıqlı "nüsxələrlə", yaxud da tamamilə yeniləri ilə əvəz olunur. Torpağı isə heç bir şeylə əvəz etmək olmaz, başqa sözlə, onun əvəzediçisi yoxdur. Üçünçüsü, tor­paq sahələri keyfiyyətlərinə, birinçi növbədə münbitliklərinə körə bir–birilərindən fərqlənirlər. Bu isə öz növbəsində tor-paq sahəsi vahidinə bərabər məbləğdə sərf olunan vəsaitin müqabilində müxtəlif miqdarda məhsul əldə edilməsinə və deməli, gəlirliliyin qeyri-bərabər olmasına gə­ti­rib çıxarır. Insanlar öz əməkləri ilə bu fərqi ya azalda, ya da dərin­ləş­dirə bilərlər. Dördünçüsü, torpaqdan düzgün istifadə olun-duq­da onda­kı kimyəvi birləşmələrin miqdarı və onun mün-bitliyi artır, düz­gün be­cə­rildikdə faydalı xassələri qorunub saxlanır, sahənin özü və fiziki vəziy­yə­ti yaxşılaşır, məhsul-darlığı yüksəlir. Beşinçisi, torpaq sa­həsi müəyyən ölçüyə ma-likdir, daimi məkanda yerləşir. Digər inves­tisiya əmtəələrini isə istənilən vaxt bir yerdən başqa yerə aparmaq, yəni yerini dəyiş­dir­mək, artırmaq, genişləndirmək mümkündür. Altın-cısı, tor­paq təbiətin məh­sulu olduğuna görə ondan istifadə olunarkən amor­tizasiya ayırma­ları hesablanmır və deməli, o, istehsal xərçlərinin for­malaşmasında iştirak etmir.

Torpağın başlıça xüsusiyyətlərindən biri onun mün-bitliyidir. Hər şeydən əvvəl torpağın qida maddələrinin miqdarı, onların bitkilər üçün faydalılığı, fiziki, mexaniki xassələri ilə müəyyən olunan təbii mün­bitliyini qeyd etmək lazımdır. Torpaq sahələri təbii münbitliyə görə bir-birindən kəskin surətdə fərqlənir. Lakin torpağın dəyərliliyi təkçə onun təbii münbitliyi ilə müəyyən edilmir. Insanların özləri tərəfindən tor­pağın münbitliyi artırıla bilər ki, buna da süni münbitlik deyilir. De­məli, aqrokimyanın, meliorasiyanın, bir sözlə, elmi-texniki tərəqqinin tə­siri ilə torpağın süni münbitliyi daim dəyişir. Torpağın təbii mün­bit­li­yi ilə süni münbitliyi ikisi birlikdə onun iqtisadi munbitliyini əmələ gə­ti­rir. Torpağın iqtisadi munbitliyinin formalaşmasında mexanikləşdir­mə va­si­tələri başlıça rol oynayırlar. Tarixdən məlumdur ki, torpağı xış­la 12 sm, ata qoşulan kotanla isə 16 sm dərinlikdə şumlamaq mümkün ol­muş­dur. Bu, o deməkdir ki, torpağın təbii münbitliyindən qismən isti­fadə edilmişdir. Çünki torpağın üst qatı şumlanır, o, həddən çox xır­dalanır, ondakı qida maddələrinin ehtiyatı kəskin surətdə azalırdı. Tor­pağın traktorla şumlanması isə onun dərinliyini 25-30 sm-ə çatdır­mağa imkan vermiş və bu da öz növbə-sində onun təbii münbit­liyindən istifa­də­nin yaxşılaşdırıl-masına səbəb olmuşdur. Hazırda xüsusi texniki vasi­tələrdən istifadə olunması torpağın külək və su eroziyala­rın­dan qo­run­masında, kol-kos basmış sahələrin təmizlənməsi və yararlı hala salın­ma­sında, meliorasiya işlərində (torpaqların suvarılması və ya qu­rudul­ması) böyük səmərə verir. Bunun nəticəsidir ki, məhsuldarlığı az olan torpaq sahələrinin münbitliyi artırılır, istifadə olunmayan tor­paq­lar əkin dövriyyəsinə cəlb edilir.

2. Torpaq rentası və onun formaları.


Rentanın2 əmələ gəlməsinin ilkin şərti torpağın icarəyə veril­mə­sidir. Başqa sözlə, torpaq mülkiyyətçisi öz torpaq sahəsini müəyyən müd­dətə başqa bir şəxsə icarəyə verir. Icarə müqaviləsində torpaq sahi­binə icarə haqqı verilməsi nəzərdə tutulur. Buna əsasən demək olar ki, torpaq rentası kənd təsərrüfatında muzdlu əməklə yaradılan əlavə mən­fəətin, torpaqdan istifadə etməyə icazə verdikləri üçün icarədarlar tərə­findən torpaq sahiblərinə icarə haqqı formasında verilən hissəsidir. De­məli, torpaq rentası torpaq mülkiyyətini həyata keçirməyin iqtisadi for­masıdır. Torpaq rentasının əmələ gəlməsi torpaq üzərində mülkiyyət mü­na­sibətlərinin meydana gəlib formalaşması və inkişaf etməsi ilə əla­qədardır. Torpaq mülkiyyəti formalarının inkişaf et-məsi və dəyişməsi ilə əlaqədar olaraq torpaq rentası da inki-şaf edib dəyişmişdir. O, hələ quldarlıqda meydana gəlmiş və münbitliyinə görə ən yaxşı torpaq la­tifundiyalarında qul əməyi ilə yaradılan daha yüksək nəticələrin qul­darlar tərə-findən mənimsənilməsi formasında təzahür etmişdir.

Feodal torpaq mülkiyyətinə feodal torpaq rentası xasdır ki, bu da öz inkişafında aşağıdakı üç mərhələdən keç-mişdir: 1) Işləyib ödəmə ren­tası və ya biyar; 2) Məhsul ren-tası və ya məhsul töycüsü; 3) Pul ren­tası və ya pul töycüsü.



Biyarın mahiyyəti ondan ibarətdir ki, kəndli həftə­nin müəyyən hissəsində (məsələn, 3 və ya 4 gün) özünün çox sa-də əmək alətləri ilə birlikdə feodalın təsərrüfatında işlə­məklə götürdüyü torpağın haqqını ödəyir. Burada kəndlinin özü və feodal üçün işlədiyi vaxt bir-birindən ayrılmışdır. Lakin aydın məsələdir ki, kəndli özü üçün işlədiyi vaxtda daha yaxşı çalışır. Odur ki, bunu müşahidə edən feodal məhsul töy­cü­sü­nə keçməyi üstün tutur.

Töycü təsərrüfatında əkinə yararlı bütün torpaqlar feodaldan asılı olan kəndlilərin istifadəsinə verilir. Kəndli-nin özü və feodal üçün işlədiyi vaxt, məkan və zaman etiba-rilə bir-birindən ayrılmır və kənd­lilər işi bilavasitə məcbu-riyyət olmadan yerinə yetirirlər. Lakin renta ödə­nilərkən kəndlinin yaratdığı məhsulun bir hissəsi bütün məhsuldan ayrılır. Ona görə də belə bir nəticə çıxarmaq olar ki, məhsul rentası işlə­yib ödəmə rentasının çevrilmiş formasıdır. Işləyib ödəmə rentası kimi məhsul rentası da natural təsərrüfatın hökmranlığı ilə əlaqədardır və birləşmiş əkinçilik – sənaye əməyinin nəticəsidir. Lakin o, işləyib ödəmə rentasına nis-bətən istehsalın inkişaf etdirilməsi üçün daha geniş im­kanlar yaradır və kəndlilərin təbəqələşməsini sürətləndirir. Şəhərlə-rin və əmtəə-pul münasibətlərinin inkişaf etməsinin təsiri ilə məhsul renta­sı pul rentasına çevrilir. Belə olduqda kəndli feodala nəinki, yalnız torpaqdan istifadə etməyin müqabi-lində verəcəyi məhsulu istehsal etməli, həm də pul rentasını ödəmək üçün onu bazarda satmalı idi. Deməli, pul töycüsü feodal üçün sərf olunan əməyin nəticələrinin pul formasında mənimsənilməsi deməkdir. Pul rentasına keçilməsi əmək bölgüsünün daha da dərinləşməsi nəticəsində baş vermişdir ki, bu da mübadilənin inkişaf etməsi və cəmiyyətdə əmtəə-pul münasibətlərinin geniş miqyas almasına səbəb olmuşdur.

Şərqin bir çox ölkələrində feodal torpaq rentasının və bila­va­sitə istehsalçıların asılılıq formasında müxtəliflik olmuşdur. Şərqdə tor­pağın və süni suvarma qurğularının əsas mülkiyyətçisi feodal dövləti ol­du­ğuna görə burada uzun müddət iri hökmdar təsərrüfatları əmələ gəl­məmişdir. Şərqin bir çox ölkələrində feodal torpaq rentasının əsas for­ması işləyib ödəmə rentası deyil, məhsul rentası olmuşdur.

Yuxarıda göstərildiyi kimi, torpaq kənd təsərrüfatın-da məhsul istehsalının əvəzolunmaz təbii-iqtisadi amildir. Bu, o deməkdir ki, kənd təsərrüfatı məhsullarının istehsalını torpaqsız təsəvvür etmək ol­maz. Digər tərəfdən, torpağın özünəməxsus bir sıra fərqləndirici cəhət­ləri var­dır. Bunlar-dan biri də ondan ibarətdir ki, yer kürəsində torpağın hüdudu məhduddur, boş torpaq sahələri də yoxdur. Və mövcud olan tor­paq sahə­ləri münbitliklərinə, satış bazarları ilə müqayisədə yaxın – uzaq məsa­fədə yerləşmələrinə və digər əlamətlərinə görə bir-birindən kəskin surət­də fərqlənir.

Yer kürəsində münbitliyi və məkanca nə dərəcədə əl-verişli şə­raitdə yerləşməsinə görə yaxşı hesab olunan torpaq sahələri isə cəmiyyətin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyə bilmir. Həm də əhalinin sayının artması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsul­larına olan tələbat daim artır. Odur ki, cəmiyyət yaxşı torpaqlarla ya­na­şı, necə deyərlər "orta" və "pis" torpaqları da əkib-becərməyə məc­bur­­dur. Bütün bunlara əsasən belə nəticəyə gəlmək olar ki, kənd tə­sər­rüfatında tənzimləyici qiymət rolunu becərilən pis torpaqlarda əmələ gələn qiymətlər oynayır. Bu o deməkdir ki, kənd təsərrüfatı məh­sul­la­rı­nın bazar qiymətləri becərilən pis torpaq sahələrindəki istehsal və da­şınma xərcləri əsasın-da formalaşır. Yəni pis torpaqları əkib-becərən sa­hibkarlar öz əmtəələrinə qiymət qoyarkən hər şeydən əvvəl, məh­sul­ların istehsalı və daşınması ilə əlaqədar olan xərclərin ödənilməsini və həmin vəsaiti istehsalın hər hansı başqa bir sahəsinə qoyduqda əldə edə biləcəkləri qədər mənfəət götür-məyi nəzərdə tuturlar. Bütün bunlar onu göstərir ki, eyni təsərrüfatçılıq şəraitində daha yaxşı torpaqlarda əlavə (artıq) mənfəət əmələ gəlir. Sənayedən fərqli olaraq kənd təsər­rüfatında əlavə mənfəətin əmələ gəlməsi daimi xarakter daşıyır. Bunun nəticə­sin­də orta və yaxşı torpaqları əkib-becərən sahibkarlar fərdi is­teh­sal və sa­tış xərcləri ilə məhsulların bazar qiymətləri arasındakı fərq kimi əlavə mənfəət mənimsəyir ki, bu da diferensial rentaya çevrilir.

Beləliklə, diferensial torpaq rentasının əmələ gəlmə-sinin təbii şərtləri yer kürəsində torpağın hüdudunun məh-dud olması, onun mün­bit­liyindəki, habelə harada yerləşmə-sindəki fərqlərdir. Bu amillər insan cəmiyyəti inkişafının bü-tün mərhələləri üçün səciyyəvi olduğuna görə renta müna-sibğətləri bütün bu hallarda mövcud olur. Diferensial tor­paq rentasının iki növü vardır: 1) I diferensial torpaq rentası; 2) II dife­ren­sial torpaq rentası. Bunların iqtisadi mahiyyətini 627-ci səhifədəki sxem­dən aydın görmək olar.

Sxemdən göründüyü kimi, I diferensial renta torpaq mülkiy­yətçisi, II isə icarə müqaviləsi qüvvədə olduğu müd-dətdə icarədar tərə­findən mənimsənilir. I diferensial torpaq rentasının əmələ gəlməsi şərt­ləri torpaqların münbitliklə-rində və harada yerləşmə­sin­dəki fərq­lərlə, II diferensial torpaq rentasınınkı isə torpaq sahələrinin iqtisadi münbit-lik­lə­rindəki fərqlərlə əlaqədardır. Iqtisadi münbitliyə isə torpağa gübrə verilməsi, meliorasiya işlərinin aparılması və

Rentanın

I diferensial renta

II diferensial renta

Əmələ gəlməsi şərt­ləri

Torpaq sahələrinin təbii mün­bitliklərində və ha­ra­da yerləşmələrindəki fərq­lər

Torpaq sahələrinin iqti­sa­di münbitliklərin­dəki fərqlər

Əmələ gəlməsi sə­bəbi

Yaxşı və orta torpaqlar­dakı fərdi istehsal və sa­tış xərcləri ilə bazar qiy­mətləri arasındakı fərq

Daha yüksək iqtisadi mün­bitliyə malik olan tor­paqlardakı fərdi is­teh­sal və satış xərcləri ilə bazar qiymətləri ara­sın­­dakı fərq

Mənbəyi

Işçilərin izafi əməyi

Işçilərin izafi əməyi

Kim tərəfindən mə­nimlənilməsi

Torpaq mülkiyyətçisi

Icarə müqaviləsi qüv­və­də olduğu müddətdə ica­rədar

digər aqrar-texniki təd­birlərin həyata keçirilməsi yolu ilə nail olunur. Başqa sözlə, torpaq sa­hələri genişləndirilmədən investisiya əmtəələri və iş qüvvəsindən isti­fadə olunmasını yaxşılaşdırmaq yolu ilə istehsalın intiensivləşdiril­məsi həya-ta keçirilir. Bu tədbirlər əlavə vəsait qoyuluşunun səmərəli­liyini yüksəldir, fərdi istehsal xərclərinin azalmasına səbəb olur. Və fer­mer, məhsulları bazar qiymətləri ilə satdıqda əlavə mənfəət əldə edir. Bu əlavə mənfəəti icarə müqaviləsi qüvvədə olduğu müddətdə icarədar – sahibkar mənimsəyir. Belə vəziyyət kənd təsərrüfatında məhsuldar­lığın yüksəldil-məsi üçün yeniliklərin tətbiq olunmasına stimul yaradır. De­məli, I diferensial renta kənd təsərrüfatının ekstensiv, II diferensial ren­ta isə intensiv inkişaf etdirilməsi ilə əlaqədar olaraq meydana çıxır.

Beləliklə, nəzərdən keçirilənlərdən aydın olur ki, əla-və mənfəəti yalnız yaxşı və orta torpaq sahələri verir. Lakin qeyd etmək lazımdır ki, pis torpaq sahələrindən də əlavə mənfəət əldə etmək mümkündür. Bu, texniki tərəqqi ilə əlaqədardır. Məlum olduğu kimi, texniki tərəqqi ilk əvvəl sənayedə baş vermiş, sonra isə kənd təsərrüfatını da əhatə et­miş­dir. Kənd təsərrüfatının texniki cəhətdən tarixən səna-yedən geridə qal­ması ona gətirib çıxarmışdır ki, burada istehsal xərclərində iş qüvvə­si­nin satın alınması ilə əlaqədar olan xərclərin xüsusi çəkisi çox olur. Odur ki, digər şərtlər sabit qalmaqla, kənd təsərrüfatına qoyulan xərc vahidinə görə, daha çox əlavə (artıq) məhsul yaradılır və deməli, bu­nunla da pis torpaqlarda da əlavə mənfəət yaranmış olur. Bu əlavə mən­fəəti torpaq mülkiyyətçisi mənimsəyir. Buna iqtisadi ədəbiyyatda müt­ləq torpaq rentası deyilir.

Rentanın növlərindən biri də inhisar rentasıdır. Inhi-sar rentası xüsusilə əlverişli təbii şəraitdə istehsal edilmiş əmtəənin bazar qiy­mətinin onun istehsalı və satışı ilə əla­qə­dar olan xərclərdən qat-qat yük­sək olması ilə bağlıdır. Məsələn, qiymətli üzüm növlərinin, sitrus bit­kilərinin, çayın, pambığın və s. bitkilərin əkilməsi mümkün olan tor­paq­lara görə əkinlərin suvarıldığı rayonlarda sudan istifadə üçün veri­lən renta bu qəbildəndir. Bu şəraitdə istehsal olunan əmtəələr inhisar qiy­mət­ləri ilə satılır və əlavə mənfəət "əmə­lə gəlir". Deməli, inhisar rentası iqtisadiyyatın digər sahələ­rində yaradılan əlavə (artıq) dəyərin qiymətlər mexanizmi vasitəsilə yenidən bölüşdürülməsi nəticəsində əldə edilir və onun mənbəyi kənd təsərrüfatından kənardadır. Inhisar qiy­mətlərinin son həddi tədiyə qabiliyyətli tələb ola bilər.

Hasilat sənayesində də renta əmələ gəlir. Çünki mə-dənlər, şax­talar, neft yataqları özlərinin ehtiyatlarının zən-ginliyinə, dərinliklərinə və satış məntəqələri ilə onlar ara-sındakı məsafəyə görə fərqlənirlər və bunlara müxtəlif miq-darda vəsait qoyulur. Buna görə də hər ton filizin, kömürün, neftin istehsal və satış xərcləri bazar qiy­mətlərindən fərq-lənir. Və bazarda bunların hər biri ən pis istehsal şərtləri əsasında əmələ gələn qiymətlərlə satılır. Bu yol ilə əmələ gələn mənfəət torpaq sahibinin mə­nimsədiyi diferensial rentanı əmələ gətirir. Ən nadir faydalı qazıntıların olduğu hasilat sənayesində inhisar rentası vardır, çünki həmin nadir metallar qoyulan xərcdən qat-qat artıq qiymətə satılır.

Tikinti sahələri üçün renta yaşayış binaları, sənaye, ticarət və başqa müəssisələr tikməkdən ötrü torpaq icarə edən sahibkarların torpaq sahiblərinə verdikləri rentadır. Bu rentanın kəmiyyətinə sahənin harada yerləşməsi təsir göstərir. Şəhərin mərkəzində yerləşən və sənaye müəssisə­lərinə yaxın olan sahələrə görə ən yüksək renta alınır.

Tikinti sahələri üçün rentanın bir sıra xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, bir çox şəhərlərdə və sənaye mər­kəzlərində torpaq sahələrinin son dərəcədə məhdud olması ucba­tından şəhər torpaqlarının mülkiyyətçiləri diferensial rentadan başqa inhisar rentası şəklində bac alırlar ki, bu da mənzil kirayəsini son dərəcə artırır və real əmək haqqının azalmasına səbəb olur. Digər tərəf­dən, şəhər əhalisinin artması ilə əlaqədar olaraq şəhər torpaqlarının mülkiyyət­çi­lə­ri tikinti sahələri üçün alınan rentanı olduqca şişirdirlər ki, bu da mən­zil tikintisini ləngi-dir. Torpaq, dövlət mülkiyyətində olduqda rentanı dövlət mənimsəyir.

3. Icarə haqqı və torpağın bazar qiyməti.


Torpaq rentası torpaqdan istifadə üçün icarədar tə-rəfindən tor­paq sahibinə icarə haqqı formasında ödənilir. Lakin torpaq rentası ilə icarə haqqını eyniləşdirmək olmaz. Çünki icarə haqqına torpaq ren­tasından başqa digər ünsür-lər də daxildir. Məsələn, icarəyə götü­rülən torpaq sahəsinə keçmişdə kapital qoyulmuşdursa, yəni həmin ərazidə təsər-rüfat tikililəri, irriqasiya qurğuları inşa olunmuş, yollar çəkilmişdirsə, icarədar burada olan binalardan, çoxillik əkmələrdən istifadə edirsə, onda icarə haqqına rentadan başqa, həmin obyektlərdən he­sablanan amortizasiya məb-ləğləri və faiz də daxil edilir. Beləliklə, icarə haqqı bu və ya digər torpaq sahəsindən onun sahibinin əldə etdiyi bütün gəlirdir. Torpaq rentası isə yalnız torpağın özündən istifadə üçün alınan haqdır. Torpaq bir qayda olaraq müəyyən müddətə icarəyə ve­rilir. Həmin müddət ərzində torpağa əlavə kapital qoyuluşu nəticəsində əldə edilən əlavə mənfəəti icarədar mənimsəyir

Torpaq yalnız icarəyə verilmir, o, həm də inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində alqı-satqı obyekti, yəni əmtəədir. Məlumdur ki, torpaq müxtəlif məqsədlər üçün sa-tın alınır. Hər hansı bir torpaq sahəsinin qiyməti onun gətir­diyi rentanın məbləği və borc faizinin dərəcəsi ilə müəyyən olunur. Daha doğrusu, torpağın qiyəməti elə bir məbləğ pula bərabərdir ki, bu pul banka qo­yulduqda, hə-min torpaq sahəsindən əldə edilən renta qədər gəlir gətir­sin. Beləliklə, torpağın qiyməti renta ilə düz, bank faizi norması ilə tərs­mütənasibdir və aşağıdakı düsturla müəyyən edilir:


TBQ = R : S ∙ 100
Burada: TBQ–torpağın bazar qiyməti, R–renta, S–borc fai­zi norması deməkdir.

Lakin torpağın qiyməti sabit kəmiyyət və yuxarıda göstərilən qayda onun (yəni qiymətin) müəyyən olunması-nın yeganə yolu deyil­dir. Rentanın, xüsusilə də II diferensial rentanın artması ilə əlaqədar olaraq torpağın qiyməti də yüksəlir. Inkişaf etmiş ölkələrdə torpağın qiy­mətinin baha-lanması həm də onunla əlaqədardır ki, dövlət, torpağın və kənd təsərrüfatı məhsullarının qiymətlərini yüksək səviyyə-də sax­la­maq üçün iri kənd təsərrüfatı sahibkarlığını stimul-laşdırır. Torpağın qiy­mətinin bahalanmasına təsir edən amillərdən biri də qeyri kənd tə­sərrüfatı məqsədləri üçün daha çox torpaq sahəsi ayrılmasıdır. Bu deyi­lənlərdən aydın olur ki, torpağın bazar qiyməti tələb və təklif qanun­la­rı­nın təsiri altındadır.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin