Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


İctimai təkrar istehsal və qeyri-istehsal sahəsi



Yüklə 0,94 Mb.
səhifə97/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   93   94   95   96   97   98   99   100   ...   126
FF Mikro

2. İctimai təkrar istehsal və qeyri-istehsal sahəsi.

Qeyri-istehsal sahəsinin iqtisadi problemlərinin tədqiq edilməsi iqtisadi nəzəriyyədə yeni problem deyil. Qeyri-istehsal sahəsinin təkrar istehsal sistemində bu və ya digar dərəcədə öyrənilməsi siyasi iqtisadın klassik məktəbinin nümayəndələri tərəfindən dəyərin və milli gəlirin yaradılması baxımından aydınlaşdırılıb. Makroiqtisadi səviyyədə təkrar istehsal modelinin ilk müəllifi Fransua Kene, məhsuldar, yəni gəlir istehsal edən əməyə, ancaq kənd təsərrüfatı məhsulları istehsal edən işçiləri aid edir. Qeyri məhsuldar işçilarə isə o, mülkiyyətçilər sinfini və bəhrəsiz sinfi daxil edir. Birinciyə torpaq mülkiyyətçiləri və dövlət hakimiyyəti aparatında çalışanlar daxildir. Qeyd etdiyi kimi, əkinçilikdən savayı hər cür başqa xidmətlərlə və hər cur başqa məşğul olan bütün vətəndaşlar təşkil edir. Deməli, buraya nəinki bizim nəzərdə tutduğumuz qeyri-istehsal olan bütün işçilər də daxil edilir. Bütün bunlara baxmayaraq çalışanların timsalında təmsil olunur. Bəhrəsiz sinfin digər şəxsi istehlak üçün lazım olan qeyri-maddi nemətlər və xidmətlər yaradan işçilər təkrar istehsal sxeminə daxil edilməyib F.Kenenin onunla əlaqədardır ki, sənaye işçilərindən fərqli olaraq göstərilən işçilər nə gəlir, nə də məhsul yaratmırlar və mülkiyyətçilər sinfindən fərqli olaraq o zamanki Fıransanın həyatında az-çox əhəmiyyətli rol oynayan ayrıca sinfi də təşkil etmirlər. Beləliklə, mübadilə prosesinda üç sinif məhsuldar sinif, mülkiyyətçilər sinfi və bəhrəsiz sinif iştirak edir. Amma onların funksional rolu cəmiyyətdə müxtəlifdir. Onların hamisi kənd təsərrüfatı sahəsində istehsal olunan gəlir hesabına faaliyyət göstərirlər. F.Keneye görə mülkiyyətçilər sinfi mübadilədə şərikdirlər: onlar fermerlərin gəlirlərinin bir hissəsini icarə haqqı formasında əldə edərək onu kənd təsərrüfatı və sənaye məhsullarının alınmasına sərf edirlər. F.Kene mülkiyyətçilərin yerinin müəyyənləşdirilməsində tam haqlıdır: onlar yalnız fermer sənayeçilər olduğu üçün mövcuddurlar. Beləliklə, F.Keneda istehsal sahəsi mülkiyyətçilər və bəhrəsiz sinfin bir hiss kimi nəzərdən keçirilir və bu sahənin fəaliyyətinin maddi əsasını fermerlərin və sənayeçilərin məhsullarına mübadilə edilən, fermerlərin əldə etdiyi gəlirlər təşkil edir. Qeyri-istehsal sahəsinin özündə isə nə məhsul, nə də gəlir yaradılmır.Adam Smit kapitalın təkrar istehsal sxemini verməyib, amma belə bir tədqiqat onun tərəfindən aparılıb. O, dəyər yaradan əmək anlayışını geniş mənada şərh edir və buraya sənaye istehsalında fəaliyyət göstərən əməyi də daxil edir. Deməli, məhsuldar işçilərə maddi istehsalın bütün sahələrində çalışanlar aiddir. Qeyri-istehal sahəsində fəaliyyət göstərən işçilər isə, məhsulun dəyərinin yaradılması prosesində iştirak etmirlər. A.Smit qeyd edir ki, keşişlər, hüquqşünaslar, həkimlər, yazıçılar, aktyorlar, musiqiçilər, opera müğənniləri, rəqqaslar və başqaları qeyri-məhsuldar işl qrupuna daxildir və onlar maddi istehsalda çalışanların hesabına saxlanılırlar.K.Marks ictimai kapitalın təkrar istehsal prosesini tədqiq edərkən zənn edirdi ki, dəyər və milli gəlir ancaq maddi istehsalda çalışan işçilərin əməyi sayəsində yaradılır. O, Kapital in II dinin III bölməsində kapitalın təkrar istehsalını təhlil edərkən, qeyri-istehsal sahəsini aşağıdakı səbəblərə görə sərf-nəzər etmişdir. Birincisi, XIX əsrda qeyri-istehsal sahəsi olduqca az inkişaf etmişdi və kapitalist istehsal münasibətlərinin tədqiq dairəsinə daxil olmamışdı. K.Marks yazırdı ki, kapitalist istehsalının bu sahədəki təzahürləri, ümumiyyətlə, bütün istehsala nisbətən qədər cüzidir ki, buna heç fikir verməmək də olar.Ikincisi, K.Marks belə bir fakta əsaslanaraq qeyd edirdi ki qeyri-istehsal sahəsi necə inkişaf etməsindən asılı olmayaraq. maddi istehsal cəmiyyətin inkişafında özünün sərbəstliyini və aparıcı rolunu saxlayır, özü-özünü təkrar istehsal edən proses kimi fəaliyyət göstərir. O, metodoloji nöqteyi-nəzərdən göstərir ki, qeyri-istehsal sahəsindəki münasibətlər maddi istehsalın münasbətləri ilə müəyyən olunur, qeyri-istehsal sahəsi, maddi istehsal hesabına faaliyyət göstərir və inkişaf edir. Belə bir metodoloji yanaşma hətta qeyri-istehsal sahəsinin intensiv inkişaf etdiyi müasir dövrdə, bütün iqtisadiyyatda təkrar istehsal prosesini tədqiq etməzdən əvvəl, iqtisadiyyatın aparıcı sahəsi olan maddi istehsal sahəsinin inkişafının daxili qanunauyğunluqlarını təhlil etməya imkan verir. 1920-1930-cu illərdə bazar iqtisadiyyatı ölkələrində makroiqtisadi tədqiqatlara maraq artır. V.Leontyevin «Xərclər-çixiş cədvəlinin əsasını məhsuldar əmək konsepsiyasının geniş şərhi təşkil edir. Bu cədvəldə qeyri-istehsal sahəsi maddi istehsalla faktiki olaraq tam eyniləşdirilir. Qeyri-istehsal sferasına belə yanaşma məcmu kapital baxımından olan yanaşma deyil, bu, ictimai və fərdi kapitala fərq qoymayan, xidmətlərlə əlaqədar olan bütün investisiya xərclərinə mənfəət əldə etmək vasitəsi kimi baxan ayrıca sahibkarların, kapitalistlərin mövqeyidir. Lakin ictimai təkrar stehsal baxımından, son gəlirlərin cəmlənməsi, yalnız təkrar hesablanma nəticəsində milli gəlirin artımına gətirib çıxarır. Hal-hazırda BMT-nin millətlərarası statistika sistemində bütün iqtisadiyyat üç iri sektora ayrılır. Birinci sektora, kənd və meşə təsərrüfatı, balıqçılıq; ikinciyə sənaye sahələri, tikinti, emaledi sənaye, energetika; üçüncü sektora isə xidmət sahələri - nəqliyyat va rabitə, ticarət, ictimai iaşə, təhsil, səhiyyə, elm, mədəniyyət incəsənət, bədən tərbiyəsi və idman, maliyya-kredit sisteminin xidmətləri və eynilə, dövlət və ictimai təşkilatların xidmətləri aid edilir. Birinci və ikinci sektor maddi istehsal sahələrini, üçüncü sektor isə həm istehsal, həm də qeyri-istehsal xidmətlərini əhatə edir. İstehsal təyinatlı xidmətlər (maddi xidmətlər) iki hissəyə bölünür. Birinci növ xidmətlər istehsal istehlakına lazım olan xidmətlə bilavasitə əlaqədardır. Buraya istehsal avadanlıqlarının təmiri, istehsal təyinatlı rabitə, yük nəqliyyatı və istehsala xidmət hüquq və maliyyə-kredit xidmətləri daxildir. İstehsal təyinatlı xidmətlərin ikinci növünə maddi istehsal prosesinin davamını tədavüldə əks etdirən və şəxsi istehlak sahəsində mövcud xidmətlər daxil edilir. Buraya pərakəndə ticarət, tədarük, ictimai iaşə, istehlak təyinatlı əmtəələrə lazım olan təmir və texniki xidmətlər daxildir.Qeyri-istehsal təyinatlı (qeyri-maddi) xidmətlər də müxtəlifdir və onlar da iki hissəyə bölünür. Birinci qrup xidmətlər bilavasitə insan amilinə bağlıdır.Buraya şəxsi istehlak təyinatlı xidmətlər (təhsil, səhiyyə, mədəniyyat, idman ve s.) aiddir. İkinci qrup qeyri-istehsal xidmətlər isə cəmiyyətdə mövcud olan ictimai və dövlət strukturlarının fəaliyyətilə bağlıdır. Buraya, dövət idarəetmə, ictimai nizam-intizamı təmin edən orqanların, müdafiə və ictimai təşkilatların xidmətləri daxildir.Beləliklə, üçüncü sektor maddi və qeyri-maddi xidmətləri əhatə edir. Maddi və qeyri-maddi xidmətlərin yaradılmasının texnoloji eyniliyi,idarəetmə birliyi və bütün xidmətlərin əhalinin rifahının yüksəlməsinə yönəldilməsi üçüncü bölməyə birləşdirici təsərrüfat kompleksi kimi baxmağa imkan verir.Eyni zamanda xidmət sahələrinə tam şəkildə baxılması,qeyri-maddi xidmətlər yaradan qeyri-istehsal sahəsini BMT-nin tövsiyə etdiyi iqtisadiyyatın üçüncü sektorundan ayırmağı istisna etmir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin