Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


İqtisadiyyatın üç sektoru və iki sahəsi



Yüklə 0,94 Mb.
səhifə98/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   94   95   96   97   98   99   100   101   ...   126
FF Mikro

İqtisadiyyatın üç sektoru və iki sahəsi

Maddi istehsal sahəsi

Maddi nemətlər istehsalı

Maddi xidmətlər istehsalı




Qeyri-istehsal sahəsi

Qeyri-maddi xidmətlər,qeyri-maddi,mənəvi nemətlər istehsalı

Xidmət sahəsi

İqtisadiyyatın üçüncü sektoru (xidmət sahələri) nəqliyyat və rabitə,ticarət, ictimai iaşə,mənzil-komunal təsərrüfatı,təhsil və elm,səhiyyə və sosial təminat,mədəniyyət və incəsənə,bədən tərbiyəsi və idman, maliyyə-kredit sisteminin və eləcə də dövlət ictimai təşkilatlarının xidmətlərit
İqtisadiyyatın birinci İqtisadiyyatın ikinci

sektoru (kənd təsərrüfatı) sektoru (sənaye sahələri )

aqrar istehsal balıqçılıq və hasilat və emal sənayesi,

ovçuluq,meşə təsərrüfatı eləcə də tikinti,energetika



Müasir iqtisadi ədəbiyyatda ictimai təkrar istehsal sistemində qeyri-istehsal sahəsinin yeri və rolu, onun nəticələrinin maddi istehsalın məhsulları ilə mübadiləsi problemlərilə əlaqədar iki nöqteyi-nəzər mövcuddur. Bir qrup alimlər, qeyri-istehsal sahəsində fəaliyyət göstərən əməyin spesifik xüsusiyyətlərini göstərmirlər və onlar belə hesab edirlər ki, burada fəaliyyət göstərən əmək maddi istehsaldakı əməklə eynidir. Buradan belə nəticə çıxır bu sahəni maddi nemətlər istehsal edən, o cümlədən dəyər istehsal edən sahə kimi səciyyələndirmək olar. Bu faktiki olaraq qeyri-istehsal sahəsini maddi istehsalla eyniləşdirmək deməkdir. Digər qrup alimlər, bunun əksinə olaraq, qeyri-istehsal sahəsin də fəaliyyət göstərən əməyin nəticələrini bilavasitə pul formasın da ölçülməsinin qeyri-mümkünlüyünü qeyd edirlər və bununla da maddi istehsalla qeyri-istehsal sahəsinin nəticələrinin mübadilə edilməsi reallığını inkar etməyə cəhd göstərirlər.Hər iki nöqteyi-nəzər, ictimai təkrar istehsal sistemində qeyri- istehsal sahəsinin həqiqi yerini kifayət qədər düzgün müəyyən etmir, belə ki, onlar maddi və qeyri-maddi nemətlərin mübadiləsinin reallığını, əməyin dəyər yaratması və yaratmamasi məsələsi ilə müəyyən etməyə çalışırlar.Təkrar istehsalı tam halda, bilavasitə istehsal, bölgü, mübadilə və istehlakın vəhdəti kimi tədqiq edərkən vahid iqtisadi məkanda maddi istehsal və qeyri-istehsal sahələri arasındakı qarşılıqlı əlaqələrin yeni formalarının şahidi oluruq. Vahid iqtisadi mənada qeyri-istehsal sahələrinin funksional rolu heç də məcmu milli məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı arasındakı qarşılıqlı əlaqələrin təmin olunması ilə məhdudlaşmır. Qeyri-istehsal sahəsinin cəmiyyətdə funksional rolunu ilk növbə qeyri-maddi nemət və xidmətlərin istehsalı təşkil edir. Bu nemətlər və xidmətlər, maddi nemətlər kimi iqtisadi dövriyyəyə daxil olur, bölünür və istehlak olunur.Maddi istehsal və qeyri-istehsal sahələri arasındakı mübadilə problemini aşağıdakı əsas nəzəri müddəalara riayət etməklə həll etmək olar: 1.Qeyri-istehsal sahəsi maddi istehsal sahəsinin hüdudlarından kənarda mövcud olan sahədir; 2.Qeyri-istehsal sahəsinin nəticələri dəyər, pul formasında ifadə olunur: 3.Qeyri-istehsal sahəsinin fondları ictimai istehsalın II bölməsində yaradılır. Son zamanlar qeyri-maddi nemət və xidmətlər istehsal eden qeyri-istehsal sahəsinin sosial-iqtisadi rolunun artması, müasir dövrdə ictimai təkrar istehsal prosesini tədqiq edərkən bu sahələrdan imtina etməməyə, əksinə təkrar istehsal modelində qeyri- istehsal sahəsini ayrıca, müstəqil III bölmə kimi göstərməyə əsas verir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin