Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Mövzu Bazar iqtisadiyyatının modelləri ( 2 saat)



Yüklə 0,94 Mb.
səhifə101/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   97   98   99   100   101   102   103   104   ...   126
FF Mikro

Mövzu Bazar iqtisadiyyatının modelləri ( 2 saat)

Plan

1. Bazar iqtisadiyyatı modellərinin fərqləndirici meyarları.

2. Bazarın liberal modelinin spesifik xüsusiyyətləri.

3. Sosial yönümlü bazar iqtisadiyyatı modeli.

4. Sosial- demokrat bazar modelinin xarakterik xüsusiyyətləri.

5.Bazar iqtisadiyyatının Fransız, Yapon, Cənubi Koreya, Çin modellərinin xarakterik cəhətləri

6.Azərbaycan üçün bazar iqtisadiyyatı modelinin seçilməsi.

İstifadə edilən ədəbiyyat
1. O.Məmmədli,M.İsmayılov,F.İ.İsmayılov.İqtisadi nəzəriyyə.Dərs vəsaiti,. Bakı 2010.

2. M.Meybullayev.Mikroiqtisadiyyata giriş.Dərs vəsaiti,.Bakı 2010.

3. E.Kərimov,B.Osmanov. İqtisadi nəzəriyyə.Dərslik, Bakı 2010.

1. Bazar iqtisadiyyatı modellərinin fərqləndirici meyarları.

Tarixi təcrübə göstərir ki, bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçid, milli xüsusiyyətləri özündə əks etdirən inkişafın müxtəlif iqtisadi modellərinə və iqtisadi konsepsiyalarına əsaslanır. Baxmayaraq ki, iqtisadi sistemlərin transformasiyasının universal, ümumi bir nəzəriyyəsi hələ mövcud deyil( ola bilər heç olmasın), ancaq hər bir ölkədə keçid dövründə həyata keçirilən iqtisadi siyasətin nəzəri səpkiləri mütləq olmalıdır. Bu, inzibati ölkənin spesifik xüsusiyyətlərini özündə əks etdirən iqtisadi inkişaf modelinin və konsepsiyanın hazırlanmasının zəruri edir.

Bazar iqtisadiyyatının modelinin 3 əsas növü mövcuddur:


  1. Liberal model.

  2. Sosial yönümlü bazar iqtisadiyyatı modeli.

  3. Bazar iqtisadiyyatının sosial- demokratik modeli.

1. Liberal model aşağıdakı cəhətləri ilə səciyyələnir:

a) xüsusi mülkiyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutması;

b) təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması;

v) dövlət tənzimlənməsinin məhdud xarakte daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi;

q) əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsində dövlətin təcrid edilməsi;

d) sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması; onların işsizlərə və həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldilməsi;

e) ümumi milli məhsulda dövlət büdcəsinin xüsusi şəkisinin az olması; sosial məqsədlərə yönəldilən dövlət investisiyalarının və dövlət xərclərinin çəkisinin aşağı olması;

Bu model az və çox dərəcədə xalis formada XX əsrin əvvəllərindən 20- ci illərin sonuna qədər ABŞ- da mövcud olmuşdur. İndinin özündə də ABŞ iqtisadiyyatı bu modelə çox yaxındır.

2. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətləri aşağıdakılardır:

a) çox və ya az dərəcədə dövlət sektorunun olduğu qarışıq iqtisadiyyatın mövcud olması;

b) nəinki makroiqtisadi proseslərin, hətta bazar subyektlərinin fəaliyyətlərinin ayrı- ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi;

v) dövlət tərəfindən əhaliyə qeyri- istehsal sahəsindəki xidmətlərin pulsuz göstərilməsi, ailə gəlirlərindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətdən istifadə etməsi üçün sosial təminat yaradılması, hər bir vətəndaşa pulsuz təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə təminat verilməsi;

q) tənzimlənmənin azad rəqabətin saxlanılmasına, kapitalların olduqca az əllərdə cəmlənməsinin qarşısının alınmasına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilməsi;

d) işsizlərin sayını mininum həddə çatdırmaqla əhalinin məşğulluğunun tənzimlənməsi;

e) ümumi milli məhsulda dövlət büdcəsinin böyük hissəyə malik olması;

j) iqtisadiyyatın büdcə- maliyyə siyasəti ilə deyil, kredit- pul siyasəti vasitəsilə tənzimlənməsi.

Bazarın bu modeli İkinci Dünya müharibəsindən sonra L. Erxard tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində meydana gəlmişdir. Ona görə də bu modeli çox vaxt alman və ya neoliberal model adlandırırlar.

3. Sosial- demokratik modeli.

Bu modelin əsas cəhətləri sosial yönümlü bazar iqtisadiyyatı model ilə eynidir. Buna baxmayaraq, bu modelin öz xüsusiyyətləri mövcuddur.

Sosial- demokrat modeli üçün dövlət mülkiyyətinin həddən artıq çox olması xarakterdir. Bazar iqtisadiyyatının bu modeli əsasən İsveçdə öz əksini tapmışdır və ona görə də onu çox vaxt İsveç modeli adlandırırlar. Tarixi inkişafın müxtılif mərhələlərində bu modelin bir çox cəhətləri digər Skandinav ölkələrində, eləcə də İspaniyada, Portuqaliyada, Yunanıstanda öz əksini tapmışdır. Bazarın İsveç modeli aşağıdakı cəhətlərlə xarakterizə olunur:

a) əmək münasibətlərinin ümumi milli, ümumi dövlət səviyyəsində tənzimlənməsi ( tarif dərəcələrinin, kollektiv müqavilələrin müəyyən edilməsi);

b) dövlətin həyata keçirdiyi sosial siyasətin əhalinin gəlirləri üzrə təbəqələşməsininazaldılmasını təmin etməsi;

v) ümumi milli məhsulda dövlət büdcəsinin çox olması;

q) dövlətin məşğulluq siyasəti əsasən işçilərin ixtisaslarının artırılması və yenidən hazırlanması hesabına işsizlərin sayının minimum həddə çatdırmağa yönəldilməsi.

Sual olunur bazar modellərinin bu 3 növü bir- birindən aşağıdakı cəhətlərlə fərqlənir?

Birincisi, mövcud olan mülkiyyətin formaları ilə; Liberal model- xüsusi mülkiyyətin üstünlüyü ilə, sosial yönümlü bazar iqtisadiyyatı və bazar iqtisadiyyatının sosial demokrat- modelləri qarışıq iqtisadiyyatla xarakterizə olunur.

İkincisi, dövlətin yeritdiyi sosial siyasətlə; birinci halda o əhalinin müəyyən hissəsinə, əsasən ən az təminatlı hissəsinə yönəldilməsini, ikinci halda- əhalinin bütün hissələrinə, üçüncü halda- əhalinin bütün üzvlərinin yönəldilməklə yanaşı, onlar arasında mövcud olan təbəqələşməninazaldılmasını nəzərdə tutur. Əgər dövlətin sosial xərcləri ABŞ- da ümumi milli məhsulda 20 faiz təşkil edirsə, AFR- da 28 faiz, İsveçdə 33 faiz təşkil edir.

Üçüncüsü, dövlət tənzimlənməsi ilə; ikinci və üçüncü modellərdə dövlət tənzimlənməsi daha çox inkişaf edib, nəinki makroiqtisadi, hətta mikroiqtisadi səviyyədə də həyata keçirilir.

Dördüncüsü, ümumi milli məhsulda dövlət büdcəsi xərclərinin xüsusi çəkisinin müxtəlifliyilə; məsələn, ABŞ- da bu xərclər İsveçə nisbətən çox aşağıdır.

Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının bütün göstərilən modellərində bazar eyni tiplidir və ümumi qanunlar əsasında fəaliyyət göstərir. Bazar iqtisadiyyatının modelləri isə, dövlətin iqtisadiyyata müdaxilə etməsi və əhalinin sosial tələblərinin ödənilməsi səviyyəsi ilə müəyyən olunur. Bununla yanaşı bazar iqtisadiyyatının fəaliyyət göstərməsinə bu və ya digər model öz təsirini göstərir. Məsələn, Almaniya iqtisadiyyatında xırda və orta istehsal ABŞ-a nisbətən daha böyük rol oynayır, burada inhisarçılıq aşağı səviyyədədir. Bu, sosial yönümlü bazar iqtisadiyyatı modelinin tələblərindən irəli gəlir.

İqtisadi ədəbiyyatda bazar iqtisadiyyatının tiplərinin və modellərinin sayı haqqında müxtəlif fikirlər mövcuddur. Bir qrup alimlər, bazar iqtisadiyyatının ancaq 3 modelinin ( amerikan, alman, İsveç) olmasını, digərlərini isə- bunlarla yanaşı eyni zamanda yapon, Fransa, Çin, Cənubi Koreya və. s modellərinin varlığını da göstərirlər. Hər bir ölkənin öz fərqli cəhətləri var və hər bir ölkənin iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatından fərqlənir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin