Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Sosial- demokrat bazar modelinin xarakterik xüsusiyyətləri



Yüklə 0,94 Mb.
səhifə104/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   100   101   102   103   104   105   106   107   ...   126
FF Mikro

4. Sosial- demokrat bazar modelinin xarakterik xüsusiyyətləri.

Bazarın sosial- demokrat modeli Skandinav ölkələrində və eyni zamanda İspaniyada, Portuqaliyada, Yunanıstanda həyata keçirilən iqtisadi islahatların müxtəlif mərhələlərində öz əksini tapmışdır. Bu model üçün iqtisadi siyasət sahəsində sosial- demokrat ideyalarının üstünlük daşıması xarakterikdir. Bazarın bu modeli İsveç təcrübəsində tətbiq edildiyinə görə, çox vaxt ona İsveç modeli də deyilir.

Sosial- demokrat bazar modelində kapitalizmin bir sıra əsas cəhətlərinin ( gəlirlərin və mülkiyyətin bölgüsündə qeyri- bərabərlik) qalmasına baxmayaraq, vətəndaşların hüquq bərabərliyi və sosial müdafiəsi, istehsalın nəticələrinin çox hissəsinin bölgüsü və yenidən bölgüsünün bazar prinsipləri əsasında deyil, insanların tələbatlarına uyğun həyata keçirilməsi, kütləvi yoxsulluğun və işsizliyin ləğv edilməsi, pul hakimiyyətinin vətəndaşaların hakimiyyəti ilə əvəz olunması bu modelin əsas xüsusiyyətlərindən biridir.

Bazarın sosial- demokrat modelinin xarakterik cəhəti, əhalinin gəlirləri arasındakı fərqlərin aradan qaldırılmasını və məşğulluğun səviyyəsinin yüksəldilməsini təmin edən güclü sosial siyasətin olmasıdır. Sosial siyasət gəlirlərin təkrarən yenidən bölgüsünə əsaslanır. Vergilər və mütləq sosial sığortalar ümumi milli məhsulun 55 faizini təşkil edir, bu da AFR- ə nisbətən 1,5 dəfə, ABŞ və Yaponiyaya nisbətən 2,5- 3 dəfə artıqdır. Məşğulluğun artırılması dövlət vəsaitləri hesabına işçilərin yenidən hazırlanması vasitəsilə həyata keçirilir, bu da əmək bazarına təsir gösrtərir. Sosial siyasət transfert ödəmələr hesabına sosial tələbatların yüksək səviyyədə ödənilməsini təmin edir. Amerikan və alman modellərindən fərqli olaraq, sosial- demokrat bazar modelində vətəndaşların sosial xidmətlərə olan tələbatları onların maliyyə imkanlarına görə deyil, dövlət hesabına büdcədən verilən vəsaitlər hesabına ödənilir.

Sosial- demokrat bazar modeli, liberal bazar modelinin əksinə olaraq yenidən bölgü- institutsional modeli adlanır. ABŞ- da dövlətin sosial xərclərinin həcmi ümumi milli məhsulun 1/5, AFR- da və İtaliyada ¼, İsveçdə isə 1/3 hissəsindən çoxunu təşkil edir.

Gəlirlərin bölgüsünü səciyyələndirənDjini əmsalı ( gəlirlərin tam bərabərliyinin təmin olunması üçün sərf olunan milli gəlirin yenidən bölünən hissəsi) İsveçdə 0,205 olduğu halda Norveçdə, İngiltərədə, Kanadada, ABŞ- da, İsraildə, AFR- də 0,243- 0,355- dir.

İsveçdə ən kasıb ailələrin 1/5 hissəsinə bütün gəlirlərin 12 faizi düşdüyü halda , ABŞ- da 4,6 faizi düşür. İsveçdə ən varlı ailələrin 1/5 hissəsinə bütün gəlirlərin 37,5 faizi düşdüyü halda, ABŞ- da 43,7 faiz düşür.

Bazar modellərinin səciyyələndirilməsindəmikroiqtisadi xüsusiyyətlər mühüm əhəmiyyət kəsb edir. Mikroiqtisadi xüsusiyyətlərə firmadaxili münasibətlər ( işə qəbul etmək və işdən azad etməklə bağlı əmək şəraitinin müəyyən edilməsi, əmək vəzifələrinin bölgüsü ilə əlaqədar əmək münasibətləri), müəssisələrdə mülkiyyətin forması, mübadilə münasibətlərini əks etdirən müəssisələr arasındakı üfüqi əlaqələr daxildir. İsveç modeli üçün bütün müəssisələrdə mülkiyyət formasından asılı olmayaraq istehsal demokratiyasının inkişafı xarakterikdir.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin