Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”



Yüklə 0,92 Mb.
səhifə34/44
tarix22.06.2023
ölçüsü0,92 Mb.
#133914
1   ...   30   31   32   33   34   35   36   37   ...   44
M?vzu 1 Nitq inki?af? ?zr? apar?lacaq i?l?rin istiqam?ti, m?qs?

İntonasiyanın gözlənilməsi. Əsərləri ifadəli surətdə oxuyarkən, hər şeydən əvvəl, intonasiyanın gözlənilməsinə fikir verilməlidir.
İlk dərslərdən etibarən şagirdlərə öz səsinin qüvvəsindən sərbəst istifadə etməklə aydın, səlis oxumağı öyrətmək lazımdır. Uşaqlara başa salmaq lazımdır ki, qiraətdən əvvəl dərindən nəfəs alaraq, mətni oxuyarkən məntiqi cəhətdən bitmiş hissəni qurtaranadək nəfəsi bir qaydada buraxsınlar. Qiraət zamanı nəfəsi ağızla deyilj Burunla almaq lazımdır ki, nitq aparatının fəaliyyətinə mane olmasın.
Şagirdlərə öz səsini düzgün ifadə etməyi, yeri gələndə ucadan və ya alçaqdan oxumağı da öyrətmək zəruridir. Məsələn, N.Xəzrinin «Payız diişüncələri» şerində aşağıdakı birinci iki misranı qüvvətli, yüksək səslə, sonrakı misraları isə sakit, aşağı səslə oxumaq lazımdır:
Ellərə car çəkən payızın səsi Düzlərdə sərt əsən küləklərdədir.
Mehriban baharın isti nəfəsi Ancaq ürəklərdə, ürəklərdədir.
Səs tonundan düzgün istifadə etmək müəllimdən və şagirdlərdən xüsusi bacarıq tələb edir, intonasiya ilə (ucadan və ya alçaqdan oxumaqla) səs tonunun gözlənilməsini qarışdırmaq hallarına yol verilməməlidir. Ola bilər ki, eyni parçanı şagirdlərdən biri ucadan, digəri alçaqdan, lakin eyni tonda oxusunlar. Ton mətnin məzmunu ilə müəyyənləşdirilir. Qiraət zamanı hislər o zaman meydana çıxır ki, oxuyanın özündə bu hislər yaranmış olsun.
Məntiqi vurğunun düzgün müəyyənləşdirilməsi bədii qiraət üçün əsas şərtdir. Məntiqi vurğusu doğru deyilməyən nitqdə; məna dinləyiciyə aydın çatmaz.
İfadəli qiraəti təmin etmək üçün vasitə fasilənin gözlənilməsidir. Bədii əsərlərin qiraəti zamanı qrammatik və məntiqi fasilənin gözlənilməsi, məzmunun şüurlu mənimsənilməsinə qüvvətli təsir göstərir.
Qrammatik fasilə dedikdə, durğu işarələri ilə bağlı olan fasilə nəzərdə
tutulur. Hər bir durğu işarəsi olan yerdə səs müəyyən qədər dəyişir. Nöqtə fikrim
\
qurtadığmı göstərir və səsin aşağı düşməsini tələb edir. Nöqtəli vergül fikrin müəyyən qədər bitdiyini bildirir və bu zaman səs nöqtəyə nisbətən bir qədər az aşağı düşür. Qoşa nöqtə göstərir ki, fikir qurtarmamışdır, hələ nə isə sadalanacaq, aydınlaşdırılacaq, dəqiqləşdiriləcəkdir. Vergül həmçinin fikrin bitmədiyini göstərir və səsin artırılmasını tələb edir. Tire fikrin sözlə ifadəsində müəyyən bir sözün buraxıldığını göstərir və fasilə tələb edir, bu fasilədə oxucu buraxılmış sözü fıkrən tələffüz edir və səsin gedişi ilə elə bil ki, onu bərpa edir, Sual və nida işarələri,adamın niyyətini emosional boylarla verilməsinə xidmət edir.
Çox zaman uzun cümlələri oxuyarkən, şagirdlər nəfəs almaq istədikləri zaman yersiz fasiləyə yol verirlər. Bu isə qiraətin ifadəliliyinə zərər yetirir. Qiraətin ifadəli olması vasitələrindən biri də sürətidir. Qiraətin sürəti mətnin məzmunundan asılıdır.
Bəzən eyni şerin müxtəlif parçalan oxunarkən sürət dəyişir. Qiraətin ifadəliliyini təmin edən bu avsitələrə yalnız mətni oxuyarkən deyil, həm də onun məzmununu nağıl edərkən, hətta adi danışıqda da riayət olunmalıdır. Şagird öz fikir və hisslərini ifadə edərkən, əşya və hadisələr üzərində müşahidələrini, öz təəssürktını ifadəli verməyi öyrənməlidir.
Qiraət texnikasını mənimsəmək üçün istifadə ediləcək metodik yollar. Müəllim öz nümunəvi qiraətində mətni ucadan, aydın, düzgün, ifadəli və bədii oxunmalıdır. Şagirdlər isə müəllimin nümunəvi qiraəti zamanı onu diqqətlə dinləməli, yaxşı qiraət qaydalarını müstəqil öyrənmək əsasında mətni şüurlu olaraq oxumağa alışdırırlar.
Qiraət texnikasında ikinci əsas məsələ oxumaq üçün müəllimin verdiyi müxtəlif izahat və göstərişlərlə bağlıdır. İzahat ayn-ayn söz və ya cümlənin nə cür deyilişi haqqında və ya düzgün qiraətin ümumi şərtləri haqqında ola bilər. İzahat müəyyən əşyanı və ya şəkilləri göstərməklə, misallar gətirməklə də olar.
Qeyd etmək lazımdır ki, izahat və nümunə şagirdə o qədər də qiraət bacarığı vermir. Şagird oxu vərdişini yalnız şəxsi qiraət zamanı əldə edə bilər. Eyni zamanda düzgün oxuya yalnız düzgün qiraət nəticəsində vərdiş etmək olar.
Buradan aydın olur ki, qiraət təlimində əsas yol şagirdlərin özlərinin qiraət təcrübələridir. Buna görə də düzgün oxumaq üçün şagirdlər müəllimin rəhbərliyi və müşahidəsi ilə daha çox təcrübə əldə etməlidirlər.
Qiraət zamanı tələsmək və ya diqqətsizlik naticəsində əməfəgələn səhvləri düzəltmək üçün şagirdə imkan verilməlidir. Səhvlər tez-tez təkrar edildikdə, qiraəti dayandırmalı və bütün sinfin diqqəti bu işə cəlb edilməlidir.
Müəllim məşğələnin bü dövründə şagirdlərin diqqətini lüğət tərkibi olan mətnlərin düzgün oxunması üzərində mərkəzləşdirməlidir. Qiraətin bu dövründə aşağıdakı metodik yollardan istifadə edilməlidir:

1. Qiraətə qədər oxunacaq mətnin içərisində olan yeni sözlər səs cəhətcə (tələffüz və məxrəcə görə) şagirdlərə mənimsədi İmə lidir. Bu, qiraətdən əvvəl, müsahibə zamanı edilməlidir. Müəllim müsahibə vaxtı yeni sözün adını çəkir, onun mənasını anladır, bir neçə şagirdə yeni sözü söyləməyi təklif edir və bunlardan sonra içərisində həmin sözlər olan mətni oxuyur.


2». Məşğələnin bu dövründə oxu mütləq müəllimin nümunəvi qiraəti ilə başlanmalıdır. Müəllim oxuyarkən kitablar örtülməli və şagirdlər hər bir səsin və ya sözün düzgün tələffüzünə fikir verməlidirlə. Belə hallarda şagirdlərin yaxşı mənimsəmələri üçün tənəffüsü çətin olan səs və sözlər müəllim tərəfindən iki-üç dəfə təkrar edilməlidir. Burada şagirdləri deyilənlərə diqqətlə QULAQ asmağa öyrətmək lazımdır ki, bu da qiraətin gələcək mərhələləri üçün çox əhəmiyetli bir cəhətdir.
Müəllimin nümunəvi qiraətindən başqa, mətnin içərisində olan bəzi çətin səs, heca və sözlərin tələffüzü izah edilməlidir. Müəllim belə izahatı ayn-ayn sözlərin tələffüzünü təkrarlamaq, müəyyən sözlərin məxrəclərini göstərməklə və ya onların dəyişilməsini əks etdirən şəkilləri şagirdlərə göstərməklə təşkil edə bilər.
Müəllim müəyyən səs və ya sözlərin tələffüzünü şagirdlərə öyrətmək üçün onlara xüsusi çalışmalar verməlidir. Məsələn, əgər oxunan mətnin içərisində iki eyni səsi olan sözlər (cəmiyyət, nailiyyət və s.) varsa, qabaqcadan
həmin sözlərin düzgün tələffüzünü şagirdlərə öyrətməli və sonra mətnin
)
oxunmasına başlanmalıdır.
\
Bu mərhələdə şagirdlərin qiraəti, adətən, dövri bir mahiyyət daşıyır; şagirdlər mətni növbə ilə hissə-hissə (cümlələrlə, kiçik parçalarla) oxuyurlar, müəllim isə qiraəti dinləyir və oxuyanlann səhvlərini düzəldərək, onlara göstərişlər verir.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin