Mövzu 19 Müəllimin obrazlı nəql etməsi, canlı nitq nümunəsi. Nitqin düzgün inkişafında qiraətin rolu
Plan
İfadəli qiraət üçün şagirdlərə verilənblər.
Nitq zamanı intonasiyanın gözlənilməsi.
Nitqin düzgün inkişafında qiraətin rolu
ƏDƏBİYYAT
B.Paşayeva - “Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva- “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov- “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” Bakı 2003
A. Qurbanov- “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H.Balıyev-“Azərbaycan dili” Bakı 2006
Ayrı-ayrı siniflərdə şagirdlərin qiraət sürəti müxtəlif olur. Müəllimin vəzifəsi bütün şagirdlərin qiraət sürətini eyniləşdirməkdən ibarətdir. Şagirdlərin belə bir vərdişə yiyələnmələri üçün onları növbə ilə oxutmaq lazımdır.
Qiraətin ifadəliliyi.İfadəli qiraət üçün şagirdlərə verilən ilk tələblər təxminən aşağıdakılardan ibarət olmalıdır:
1) danışdığın kimi oxu; 2) sadə və təbii oxu; 3) qiraətdə durğu işarələrinin tələbini gözlə; 4) sözləri aydm və düzgün tələffüz et; 5) ayn-ayn adamlann sözlərini oxuyarkən, hər şəxsin xarakterinə görə səsini dəyişdir; 6) oxuduğun mətnin məzmununa uyğun olaraq, səsini ölç və lazım olan yerdə onu qüvvətləndirib-zəiflətməyi bacar; 7) oxuduğun cümlələrin yalnız fikrini deyil, eyni zamanda orada ifadə edilən hissələri də verməyə çalış; 8) qrammatik, məntiqi və emosional vurğunu gözlə; 9)qiraət zamanı yalnız durğu işarələrinin tələbinə görə deyil, eyni zamanda mənaya görə də lazımi fasilələrə əməl et; 10)qiraət zamanı nəfəsi idarə etməyi bacar.
Şagirdlərə ifadəli oxumağı öyrətmək üçün müəllim özü oxumaq bacarığına yiyələnməlidir. Təəssüf ki, bəzi müəllimlər yalnız məzmunun dərk edilməsinə fikir verir və əsas diqqəti yalnız mətnin məzmununu nağıl etməyə həsr edirlər. Nəticədə əsərdəki bədiilik, oynaqlıq, axıcılıq, əsərin bədii təsiri, oradakı obrazların xüsusiyyəti şagirdlərə çatdın lmır.
Müəllim ifadəli oxu vasitəsi ilə şagirdlərin diqqətini məzmunun dərindən mənimsənilməsinə, əsərdə təsvir olunan hadisənin səbəblərinin açılmasına yönəldir. -
s
Qiraətin ifadəliliyini təmin etmək üçün intonasiya, məntiqi vurğu, fasilə və qiraətin sürəti kimi mühüm vasitələrdən istifadə olunmalıdır.