Mövzu 20 Şifahi nitqdə jest və mimikadan istifadə Plan
Şifahi nitqdə vurğunun rolu
Şifahi nitqdə intonasiya və fasilənin işlənməsinin əhəmiyyəti və rolu
Şifahi nitqdə jest və mimikadan istifadə
ƏDƏBİYYAT
B.Paşayeva-“Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva- “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov- “Nitq mədəniyyəti və üslubiyyatm əsasları” Bakı 2003
A. Qurbanov- “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H. Balıyev- “Azərbaycan dili” Bakı 2006
TƏLƏFFÜZ ŞƏKİLLƏRİ. Şifahi nitq VƏ tələffüz. Tələffüzün başlıca olaraq 3 növü mövcuddur: düzgün tələffüz, ədəbi tələffüz, loru tələffüz.. Düzgün və ədəbi tələffüz şifahi nitqin mədəni keyfiyyətini təşkil edir. Şifahi nitqin mədəni keyfiyyətlərini təmin däən qaydalara orfoepik qaydalar deyilir. Bu qaydaların məcmuyu isə orfoepiya adlanır. Orfoepiyanın obyekti aşağıdakılardır:
ayrı-ayrı səslərin və səs tərkibinin tələffüzü;
söz və ifadələrin tələffüzü;
qrammatik formaların tələffüzü.
Məlumdur ki, şifahi nitqdə sözlər birləşərkən heç . də hamısı eyni tonla tələffüz olunmur. Birləşmələrdə bir sözün fərqli tələffüzü müəyyən məna və ya məna çalarları ilə bağlı olur.
'Şifahi nitq və vurğu. Vurğu şifahi nitqdə mühüm rol oynayır. Şifahi nitqdə vurğu sərbəst və sabit şəkildə özünü göstərir.
Sərbəst vurğu söz tərkibindəki qrammatik formalar üzərində dəyişən vurğuya deyilir, Məsələn, yazı sözündə vurğu axırıncı hecanın üzərində olursa, yazıçı sözündə yerini dəyişərək başqa qrammatik formanın üzərinə keçir. Vurğunun bu cür sərbəst xarakteri şifahi nitqdə bir sıra vurğu səhvlərinə səbəb olur. Azərbaycan dilində vurğunun işlənməsinə aid belə bir qanunauyğunluq hökm sürür ki, vurğu əsasən sözün son hecasının üzərinə düşür. Azərbaycan dilində elə şəkilçilər vardır ki, onlar vurğu qəbul etmir. O zaman şifahi nitqdə vurğu son hecaya düşmür. Məsələn, gəlmə, qazma,
"V
dolma və s.
Azərbaycan dilində vurğu qəbul etməyən şəkilçilərdən aşağıdakıları misal göstərmək olar: - ma, - mə; - gil; - san,- sən; - am,- əm; - sınız 4