Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”


Mövzu 21 Nitq tənəffüsünün inkişafı üzrə işin təşkili



Yüklə 372,17 Kb.
səhifə36/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
1   ...   31   32   33   34   35   36   37   38   39
Nitq inkişafı (1)

Mövzu 21
Nitq tənəffüsünün inkişafı üzrə işin təşkili
Plan
1.Düzgün nəfəs almanın tənzimlənməsi.
2.Səslərin tələffüzü zamanı artikulyasiya aparatının vəziyyəti.
3.Tələffüzün təbiiliyini təmin etmək üçün məşqlərin aparılması
ƏDƏBİYYAT
B.Paşayeva - “Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva- “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov- “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” Bakı 2003
A. Qurbanov- “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H. Balıyev- “Azərbaycan dili” Bakı 2006
Müəllim şagirdləri düzgün ədəbi tələffüz vərdişlərinə müvəffəqiyyətlə yiyələndirmək üçün:aşağıdakı tələblərə əməl etməlidir
şagirdləri müntəzəm surətdə və müəyyən ardıcıllıqla ədəbi tələffüz normaları ilə tanış etməlidir;
onlara (onların öz canlı nitqlərindən alınmış konkret misallara əsasən) ədəbi dildə qəbul olumuş normalardan uzaqlaşmağın xüsusiyyətlərini başa salmalıdır;
şagirdlər müəyyən səsləri düzgün tələffüz etmədikdə, həmin səsləri əmələgəlmə yerinə görə təhlil etməli, onların tələffüzü zamanı danışıq üzvlərinin aldığı vəziyyəti aydınlaşdırmaq üçün fonetikaya dair müəyyən məşğələlər aparmalıdır;
ç) içərisində şagirdlərin düzgün tələffüz edə bilmədiyi səs və sözlər olan mətnlərin və ya bədii parçaların ucadan,ifadəli qiraətini təşkil etməlidir;
şagirdlərlə arabir düzgün tələffüz təliminə həsr olunmuş ayrıca məşğələlər də keçirmək faydalıdır. Belə məşğələlərdə şagirdlərin yanlış tələffüz etdikləri səs, söz və ifadələri islah etmək məqsədilə əvvəlcə həmin səs, söz və ifadələrin düzgün variantını söyləməli və sonra şagirdlərə bir neçə dəfə təkrar etdirməlidir.
Nitq tənəffüsünün inkişafı üzərində işin təşkili.
Nitq nəfəsalma ağız və ya burun vasitəsilə yerinə yetirilir. Bu prosesdə nəfəsalma sürətlə, nəfəsvermə isə yavaş-yavaş qənaətlə baş verir. Adətən, uşaqlar danışarkən düzgün nəfəs almaqda çətinlik çəkir, nəfəs ala-ala danışır, hava ehtiyatını tam yeniləşdirə bilmirlər. Nəticədə səslər “udulur”, tələskənliyə, təhrifə yol verilir. Müxtəlif ürək-damar xəstəlikləri, udlaq badamcığmm işləməməsi, ümumi zəiflik və s. üzündən tənəffüsün pozulduğu uşaqlar aşağıdan pıçıltı ilə danışır, uzun ifadələri tələffüz etməkdə çətinlik çəkirlər, ifadənin ortasında nəfəsalma halları nitqin axıcılığını pozur.
Uşaqlarda bu prosesin normal getməsi üçün ilk növbədə onlara tənəffüsün necə baş verdiyini göstərmək lazımdır. Uşaqlar danışarkən və nəğmə oxuyarkən düzgün nəfəs almağın nə qədər böyük əhəmiyyətə malik olduğunu başa
düşməlidirlər. Bunu başa salmaq üçün tərbiyəçi çiyinlərini sıxıb, sinəsini stola dirəyib, başını aşağı əyib nəfəsalmanı çətinləşdirərək bir bənd şeir oxuyur. Sonra eyni şeiri normal vəziyyətdə, sərbəst nəfəsalma şəraitində oxuyur.
Tənəffüs aparatının təkmilləşdirilməsi üçün aşağıdakı işlərin aparılması vacibdir:
Düz sərbəst, gərginliksiz əyləşmək, çiyinləri qaldırmadan, aşağı salmadan nəfəsalma.
Əlin birini qarının yuxarı hissəsinə, digərini beldən yuxarı böyürə dayayıb yavaş-yavaş elə bil o səsini uzun tələffüz edərək ciyərlərdən havanı axıradək buraxmaq. Sonra yüngülcə, eşidilməyəcək dərəcədə nəfəs almaq.
Bir dəfə nəfəs verməklə kiçik qrupda 2-3; orta qrupda 3-5, böyük qrupda 5-7 sözün deyilməsi üzrə məşq etmək.
Yamltmaclarm deyilməsi, şeirin əzbərdən oxunması üzrə məşq. Şeirdə yalnız lazım olan yerlərdə (xüsusilə nöqtədə) nəfəs almaq.
Sabun köpüyünü, qabdakı suyu, stolun üstündəki karandaşı və s. üfürmək, ucadan gülmək və s.
Sözlərin düzgün tələffüzü ilk növbədə saitlərin tələffüzündən və bu prosesdə nitq-hərəki aparatının fəaliyyətinin dəqiq koordinə edilməsindən asılıdır. Diksiyanın nitqin ən mühüm keyfiyyətlərindən biri olduğunu göstərən K.S Stanivslavski demişdir: “Saitlər çay, samitlər sahildir, onlarsız isə bizim nitqimiz bataqlıqdır.” Saitlərin tələffüzü prosesində onların uzun və qısa olması nəzərə alınmalıdır. Adil, tar, qatıq sözlərində a səsi sırasına görə getdikcə qısa tələffüz olunurJS aillərin tələffüzü zamanı artikulyasiya aparatının vəziyyəti belə olur:
/ - Alt çənə yüngülcə aşağı düşür, dodaqlar yana dartılır (gülümsəmə vəziyyətini xatırladır), alt və üst damağın kənarları dartılır, dişlər arasında 2-3 mm məsafə olur, dilin ucu aşağı damağa söykənir və alt dişlərə yaxmaşır.

Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin