Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”


Mövzu 3 Dil, nitq və təfəkkur məsələləri(metodları)



Yüklə 372,17 Kb.
səhifə3/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
1   2   3   4   5   6   7   8   9   ...   39
Nitq inkişafı (1)

Mövzu 3
Dil, nitq və təfəkkur məsələləri(metodları)


P l a n

Nitqlə dilin münasibətləri


Dil, nitq və təfəkkür məsələləri
Nitq prosesinin başlıca ünsürləri
( üç ünsürü) – 1. Danışmaq
2. Eşitmək
3. Dərk etmək
4. Nitq üçün xarakterik cəhətlər ( nitq axını, nitq taktı, nitq ritmi)

İstifadə olunmuş ədəbiyyat


B.Paşayeva - "Nitq inkişafının metodikası" Bakı 2004
İ.Hacıyeva- "Nitq mədəniyyəti" Bakı 2011
H.Həsənov- "Nitq mədəniyyəti və üslubiyyatm əsasları" Bakı 2003
A. Qurbanov- "Müasir Azərbayean ədəbi dilinə dair praktikum" Bakı 2005
H. Balıyev- "Azərbaycan dili" Bakı 2006

İctimai hadisə olan dil öz funksiyasmı yalnız nitqdə yerinə yetirir. Nitqin əsasında isə dili bilmək durur. Şagirdlər öz nitqində iimumxalq dilindən istifadə edir və bu prosesdə onun zənginliyini mənimsəyirlər.


Nitq yalnız fıkirləri ifadə vasitəsi deyil, həm də onlarm yaranma silahıdır. Ona görə də müəllim nitqin inkişafı ilə birlikdə şagirdlərin təfəkkürünü də inkişaf etdirməlidir.
Son illərə qədər ana dili proqramında savad təlimi, qiraət, qrammatika və yazı təlimi ilə yanaşı «Şifahi və yazılı nitqin inkişafı» bölməsi də var idi. Bir neçə ildir ki, proqramda «Nitq inkişafı» bölməsi verilmir. Lakin proqramm izahat vərəqində nitq inkişafı üzərində işin ana dili üzrə hər bir məşğələdə aparılması xüsusi qeyd olunur. Proqramda deyilir...» Azərbaycan dili iizrə hər bir dərs mahiyyət etibarı ile nitq inkişafı dərsi, dilin element ve formalarımn feal, praktik yolla mənimsenilməsi dərsi olmalıdır».
Müəllim, çalışmalıdır ki, şagirdlər qrammatik nəzəriyyəni, orfroqafik vərdişləri mənimsəməklə yanaşı, nitq pratkikası prosesində sözləri düzgün tələffüz etmək, onları düzgün seçmək və nitqdə işlətmək, cümlə qurmaq, oxuduğu və gördükləri haqqmda danışmaq, özüniin və başqalannın fıkrini ifadə etmək bacarığına da yiyələnsinlər.
Bütün bunlar göstərir ki, şagirdlər nitq vasitəsilə xarici aləmdəki hadisə və əşyaları qavrayır, biliklərə yiyələnirlər. Nitq insanm əqli fəaliyyətinin yaranmasında bilavasitə iştirak edir və onun əsası olur.
Şagirdlərin nitqi praktik şəkildə mənimsəmələri üzrə iş bütiin məşğələlərdə, həmçinin tənəffiislərdə, sinifdənxaric məşğələlərdə, ictimai- faydalı işlərdə, əmək prosesində, evdə getməlidir. Bütiin bunlar iiçün şərait yaradaraq şagirdi başlı-başma buraxmaq, ünsiyyət prosesində nitqin öz-özünə inkişaf edəcəyinə ümid bəsləmək kobud səhv olardı. Uşaqlara düzgün danışmağı öyrətmək lazımdır. Bunun üçün isə müəllim hər hansı məşğələ prosesində uşağın nitqinə təsir göstərməlidir.

Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin