biliklərin ümumiləşdirilməsi. Yoxlamaya həsr edilmiş,
kombinə edilmiş və
s.) təşkil edilməlidir.
10.
Tərbiyəçi hər bir məşğələyə vaxtında, mükəmməl hazırlaşmalı,
üzərində iş aparılacaq materialı diqqətlə seçməli. Məşğələ istifadə
edəcəyi vəsaiti. İş formalarını. Metod və priyomları müəyyənləşdirməlidir.
11.
Tərbiyəçi hər bir mərhələdə uşaqları nitq inkişafi
səviyyəsini, onların
fərdi xüsusiyyətlərini diqqətlə öyrənməli və iş prosesində unu nəzərə
almalıdır. Məşğələnin hər bir mərhələsində ayrı-ayrı fərdlərin nitq
fəallığına malik olmaq lazımdır.
12.
Hər bir məşğələdə nitq inkişafı üzrə yükün optimal untensivliyi
gözlənməlidir. Tərbiyəçi çalışmalıdır ki, təlim yükü uşaqların idrak
imkanlarından nə ağır, nə də yüngül olsun.nitq inkişafı üzrə iş uşaqların
gücünə müvafiq olmaqla onların fikri fəaliyyətini
hərəkətə gətirməli,
təfəkkürünü, yaddaşını inkişaf etdirməli, müstəqilliyini, müqayisə etmə,
tutuşdurma, ümumiləşdirmə, əqli nəticəyə gəlmə bacarığını artırmalıdır.
Dostları ilə paylaş: