İxtisarlar (abreviaturlar)
1. İxtisarlar üç cür yazılır:
a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlərə) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild)...
yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik
hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), teletamaşa (televiziya tamaşası)...
sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod)...
2. İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq
yazılır: MEA-dan, BMT-yə, MDB-nin ...
Sözün sətirdən-sətrə keçirilməsi
1.Sözlər yeni sətrə bütöv hecalarla keçirilir: məs.; qa-pı, qu-zu, dost-luq,
yay-laq, kə-ləm, sə-rin, çə-mən...
Sözün (a-da, a-na, a-çıq, a-cı, ə-ziz, ə-kin, ə-la, e-lan, e-tiraz, i-şıq, ü-
züm, ü-tü tipli sözlərin) bircə saitdən ibarət olan ilk hecasını sətrin sonunda qoymaq olmaz.
İki və çoxhecalı sözlərin (bədi-i, vaqi-ə, əmtə-ə, iddi-a, mətbə-ə,
müddə-a, nəş-ə, təbi-i, cüz-i, şü-a tipli sözlərin) bircə saitdən ibarət hecasını yeni sətrə keçirmək olmaz.
Tərkibində eynicinsli qoşa samit olan sözlərin saitdən əvvəlki iki samitini nə sətrin sonunda qoymaq olar, nə də o biri sətrə keçirmək olar. Bu
sözləri yeni sətrə keçirərkən hər samit hecalardan birinə qoşulur.
Dostları ilə paylaş: |