Mövzu: 10 ƏDƏBİ DİL, onun normalari


VERGÜL Aşağıdakı hallarda qoyulur. Cümlənin həmcins üzvləri arasında



Yüklə 233,5 Kb.
səhifə12/17
tarix24.12.2023
ölçüsü233,5 Kb.
#192421
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu -10

VERGÜL

Aşağıdakı hallarda qoyulur.





  1. Cümlənin həmcins üzvləri arasında. Məs.;




  1. Hanı mənim arxam, qolum-qanadım, Hörmətim, izzətim, şöhrətim, adım?! Qardaş bərabəri gözəl arvadım Söyləyin, durnalar, gözüm yoldadı.



(Ə.Cəmil)



  1. Gecəyədək yedilər, uiçdilər, danışdılar, güldülər (S.Qədirzadə).



II. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında. Məs.;


Əlimi uzadıb qar dənəsinin altına tutdum, astaca gəlib ovucumun içinə düşdü (S.Behrəngi).


III. Tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında. Məs.;


Deyirlər ki, bir zaman isti ilə buxar əl-ələ verib dünyaya böyük bir zəlzələ salmışdı (N.Gəncəvidən). Ovçu Piri qəribə ovçunun əhvalatını klubun qabağına


toplaşan kəndlilərə yenicə nağıl edib qurtarmışdır ki, çadırda S.Vurğunun


Ceyran” şeirini oxudular (İ.Əfəndiyev).'>(İ.Əfəndiyev).




IV. O, bu əvəzliklərindən sonra

O, bu əvəzlikləri ilə ifadə olunan mübtəda isim, sifət, sayla ifadə olunan cümlə üzvündən əvvəl gələrsə ondan (mübtədadan) sonra vergül qoyulur. Məs.;





  1. O, ağacın yanına gələr, budaqları əyib salxım gülləri iyləyər, dayanıb ağacın gözəlliyinə tamaşa edərdi (İ.Əfəndiyev).




  1. Bu, ilk və son ayrılıq oldu (M.Cəlal).



V. Ara sözlərdə:



  1. ara söz cümlənin əvvəlində gəldikdə ondan sonra. Məs.; 1. Əlbəttə, hər gülü yox, xoşuma gələn gülləri dərərdim (M.Cəlal); 2. Bəlkə, səadətin rəngi mavidir? (N.Xəzri).





  1. Yüklə 233,5 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin