Keçirmək olmaz:
|
Keçirmək olar:
|
a-ddım, add-ım
|
ad-dım
|
do-qquz, doqq-uz
|
doq-quz
|
sə-kkiz, səkk-iz
|
sək-kiz
|
rə-ssam, rəss-am
|
rəs-sam
|
xa-mmal, xamm-al
|
xam-mal
|
Rəqəmlə yazılan saylardan sonra gəlib, defislə ayrılan sıra say şəkilçisinin ixtisarını (-cı, -ci, -cu, -cü) və hal şəkilçisini rəqəmdən ayırıb yeni sətrə keçirmək olmaz; məs.: 1956-cı, 1958-ci, 9-cu, 4-cü, 5-ə, 6-ya, 3-də.
Qaçaqaç, tutatut, kəsəkəs tipli sözlərdə a (ə) bitişdirici birinci sözün son samitinə qoşulub, heca təşkil edərək ya sətrin sonunda qala bilər, ya da yeni sətrə
keçirilə bilər.
|
|
Keçirmək olmaz:
|
Keçirmək olar:
|
qaç-aqaç
|
qaça-qaç, qa-çaqaç
|
tut-atut
|
tuta-tut, tu-tatut
|
kəs-əkəs
|
kəsə-kəs, kə-səkəs
|
Diaqram, monoqram kimi sözlərdə qram hissəciyindəki q samitini özündən əvvəlki saitə qoşub, sətrin sonunda qoymaq olmaz:
Keçirmək olmaz: Keçirmək olar:
diaq-ram dia-qram
monoq-ram mono-qram
steneq-ram steno-qram
proq-ram pro-qram
teleq-ram tele-qram
Sentyabr, oktyabr, noyabr, dekabr tipli ikihecalı sözləri aşağıdakı şəkildə
sətirdən-sətrə keçirmək olar: sen-tyabr, ok-tyabr, no-yabr, de-kabr.
Düzgün yazı bacarığına yiyələnməyin başlıca şərtlərindən biri durğu işarələrinin məqama uyğun işlədə bilməkdir. Durğu işarələri düzgün oxuyub yazmaqda, fikri başqasına dəqiq çatdırmaqda, ümumiyyətlə, nitq mədəniyyətində müstəsna əhəmiyyət kəsb edir. Bu işarələr yazılı nitqin təsir gücünü artırır, onun məzmununa aydınlıq, dürüstlük və dəqiqlik gətirir. Durğu işarələri o zaman böyük əhəmiyyət kəsb edir ki, bütün yazanlar və oxuyanlar hər bir durğu işarəsinin mənasını, vəzifəsini eyni dərəcədə başa düşsünlər, durğu işarələrinin işlənməsinə dair vahid, dəqiq qaydalara əsaslanmış olsunlar. Durğu işarələrinin bir qismi (nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual, nida kimi) sintaktik funksiya daşıyır. Bu işarələr təkcə yazıdakı müxtəlif qrammatik bağlanmaları, ayrılmaları göstərməyə deyil, həm də yazılı nitqdə nəzərdə tutulan fikir rəngarəngliyini, hissi halları, psixoloji vəziyyətləri nəzərə çarpdırmaq vəzifəsini də yerinə yetirir. Sual, nida, çox nöqtə, mötərizə, dırnaq kimi işarələrdən sözlərin, ifadələrin və cümlələrin üslubi, emosional-estetik çalarlarını nəzərə çarpdırmaq məqsədilə istifadə olunur. Bu işarələrin işlənmə məqamları rəngarəngdir. İmkanın məhdudluğu üzündən onlar haqda bir qədər yığcam danışmaqla kifayətlənirik.
NÖQTƏ
Bu işarə aşağıdakı hallarda qoyulur:
Nəqli cümlənin sonunda. Məs.; 1. Xalqımın Nizami, Füzuli, Sabir, Vurğun kimi poeziya duhaları vardır. 2. Nəbi Xəzri lirik şairdir.
Yarımçıq nəqli cümlələrdən sonra. Məs.;
Maşınınız harada qalıb?
Kəndin girəcəyində.
Sən haralısan?
Qaramanlı.
Ad və ata adlarının qısaltma formalarından sonra. Məs.;
Qəsəbəmizin mərkəzindəki parka H.Əliyevin adı verildi. 2. N.Abdul-layev təcrübəli müəllimdir.
Və ilaxır və sair, və başqa sözləri ixtisarla yazıldıqda. Məs..;
M.F.Axundov, F.Köçərli, Ə.Nazim, M.Arif, M.C.Cəfərov və b. görkəmli tənqidçi - ədəbiyyatşünaslar olmuşlar.
Əsərlərindən misal gətirilən müəllifin adı ixtisarla veriləndə. Məs.; Gərək ya Hacı Səmədağanın əlinə baxam, ya da gedib polis qulluğuna daxil olam
(Ə.H.).
Dostları ilə paylaş: |