Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə
qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, antena, ton, aparat, paralel, diaqram,
proqram, stenoqram, teleqram...
Şəkilçilərin yazılışı
Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:
Bir cür yazılan şəkilçilər:
–i və ya –vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi...
–vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
İki cür yazılan şəkilçilər: kar samitlə bitənlərdə -qan, -kən; cingiltili samitlə bitənlərdə -gan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən...
Dörd cür yazılan şəkilçilər:
–ki, -kı, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, onunku,
gündüzkü, bugünkü...
sifət və isim düzəldən –ı, -i, -u, -ü şəkilçisi: badımcanı, darçını, narıncı,
dərbəndi, çərkəzi, novruzu, gümüşü...
fel köklərindən isim və sifət düzəldən şəkilçilər: sonu kar samitlə
bitənlərdə:
–kı, -qı, -kü, -qu: bıçqı, seçki, pusqu, sürtkü...
–kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun...
–stan Ģəkilçisi samitlə bitən sözlərə qoşularkən samitlər arasına sait artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan..
Dostları ilə paylaş: |