(N.Gəncəvi)
ÜÇ NÖQTƏ
1. Fikrin bitmədiyini bildirmək məqsədilə cümlənin sonunda qoyulur.
Məs.;
Axşam...
Göy fikirli...
Dəniz nigaran...
(N.Xəzri)
– Əsgərlik yaşına çox var, heylədir, yoxsa yox? Gərək məktəbi bitirəsiniz, sonra... (C.Əlibəyli).
2. Yüksək hiss-həyəcanla deyilib özündən sonrakı sözdən müəyyən fasilə ilə ayrılan xitabdan sonra. Məs.;
Ay Qurban... Nə deyim bircə səni bağrıma basaydım, ondan sonra ölsəydim də, qəmim olmazdı (Ə.Haqverdiyev).
3. Dialoqlarda müsahib cavab vermədikdə. Məs.;
Günah özündədir!...
...
Əlbəttə, günah özündədir (M.Cəlal).
SUAL İŞARƏSİ
Cavab almaq məqsədilə verilən sual cümləsinin sonunda qoyulur.
İran hakimi Kərim xan Zəndə bir tərlan bağışlamışdılar. O, quşa baxıb:
Bu quş nə üçündür? – deyə soruşur.
Göyərçin, kəklik tutmaq üçün – demişdilər.
Özü nə yeyir?
Gündə bir quş.
Elə isə buraxın getsin, özü tutsun, özü də yesin.
Danışıqda heç bir cavab tələb etməyən sual cümlələri də işlədilir. Bunlar ritorik sual cümləsi adlanır. Məs.;
Alçalmısan, ucalmısan,
Ömür sürüb qocalmısan,
Nə vermisən, nə almısan,
O dövrandan, bu dövrandan?
Dostları ilə paylaş: |