Mövzu 10. İqtisadi fəaliyyətin tənzimlənməsi


İnhisar problemləri və antitrest siyasəti



Yüklə 454,5 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü454,5 Kb.
#37329
1   2   3
İqtisadi fəaliyyətin tənzimlənməsi. İnhisar və iqtisadi tənzimlənmə

10.3. İnhisar problemləri və antitrest siyasəti
İnhisar və həmin səbəbdən bəzi oliqopoliyalar öz buraxılışının rəqabətli səviyyədən aşağı məhdudlaşdırılmağa meyil göstərirlər. İnhisar hökmranlılığının belə istifadə edilməsi müvafiq firmalara normal səviyyədən yüksək mənfəət almağı təmin edir. Lakin inhisar hökmranlığı məhsul istehsalının son məsrəflərinin ölçüsü və istehlakçı üçün onun əlavə vahidinin faydalılığı arasında fərq yaradaraq, cəmiyyət üçün itkilərə səbəb olur. Ona görə də faktiki və ya potensial mövcud olan inhisar hökmranlığına cavab tədbirlərinin iqtisadi səmərəliliyinin sahədə ki, miqyasa görə qənaətdən nə qədər asılı olduğunu nəzərdən keçirək.

Şəkil 10.2.-də buraxılışın inhisar məhdudlaşdırılması ilə əlaqədar olaraq, cəmiyyətin məsrəfləri göstərilmişdir.

Şəkildən görünür ki, uzunmüddətli həm orta, həm də son məsrəflər sahə üzrə sabit olub, firmalar və bütövlükdə sahədə istənilən buraxılış həcmində LMC-ə bərabərdir. Beləliklə, sahədə miqyasdan daimi verim mövcuddur.



MR

0


Şəkil 10.2. İnhisar (təbii olmayan) ilə əlaqədar olaraq cəmiyyətin məsrəfləri
Mükəmməl rəqabət şəraitində sahədə müvazinətlik B nöqtəsində əldə edilərdi. Bu nöqtədə LMC uzunmüddətli təklif əyrisi D bazar tələb əyrisi ilə kəsişir. Lakin inhisar şəraitində buraxılış MR=LMC səviyyəsi ilə məhdudlaşır. Deməli, bu halda inhisar buraxılış həcmi Qm təşkil edir, inhisar qiyməli isə Pm bərabər olub, yəni Pc rəqabət ölçüsündən yüksəkdir. Buraxılışın məhdudlaşdırılması o deməkdir ki, istehlakçı üçün hər hansı nemətin əlavə vahidinin faydalılığı onun istehsalının ictimai məsrəflərinin kəmiyyətindən yüksəkdir. Buraxılışın məhdudlaşdırılması ilə əlaqədar olan sosial məsrəflərin ölçüsü ABC üçbucağının sahəsi ilə ölçülür və inhisarda deyil, rəqabət şəraitində istehsal olunan hər bir məhsul vahidinin faydalılığı və son məsrəflərinin fərqinə bərabərdir. Bu halda inhisarçı PmPcCA düzbucaqlısının sahəsi ölçüsündə artıq mənfəət alır.

Şəkil 10.2.-də göstərilən vəziyyətdə rəqabət mümkündür və arzu olunandır, çünki burada miqyasdan daimi verim mövcuddur. Sahədə kiçik firmalar da irilərdəki kimi, həmin üfüqi uzunmüddətli orta məsrəflər əyrisinə malik olduqları üçün, onlar biznesdən daha rəqibləri tərəfindən kənarlaşdırmaq riskinə məruz qalmırlar və çoxlu kiçik satıcıların məsrəfləri inhisar məsrəflərindən yüksək olmayacaqdır. Qiyməti dəyişməz qəbul edən çoxlu kiçik satıcıların mövcudluğu rəqabətin təsir ilə qiyməti Pc kəmiyyətinədək aşağı salacaqdır. “Rəqabət və iqtisadi səmərəlilik” mövzusunda qeyd etdiyimiz kimi qiymətin heç bir dövlət tənzimlənməsi daha yaxşı nəticə verə bilməz.



Antitrest siyasəti inhisar hökmranlığının əmələ gəlməsi, istifadəsi və ya müdafiəsinə maneələr yaratmaq yolu ilə rəqabəti qorumağa və gücləndirilməyə səylərin göstərilməsini nəzərdə tutur.

Deməli, şəkil 10.2.-də nəzərdən keçirilən bazarlarda antitrest siyasəti ideal uyğun gəlir. Bu halda inhisar ləğv edilərsə, rəqabət resursların normal bölüşdürülməsini təmin edərdi.

Lakin elə bazarlar mövcuddur ki, orada rəqabət arzu olunan və ya hətta mümkün olan deyildir. Əgər miqyasdan qənaət ilə müşayiət olunan istehsalda, uzunmüddətli orta məsrəflər buraxılış həcminin artması ilə həmişə azalırsa, onda bu halda çox firmalardan ibarət olan bütöv sahə əvəzinə, vahid istehsalçının olması daha səmərəlidir. Belə təbii inhisar şəraitində rəqabət, bir qayda olaraq, arzu edilməzdir, çünki birdən çox satıcının olması məsrəflərin artmasına səbəb ola bilər. Eləcədə burada rəqabətin olması ona görə mümkün deyil ki, ən böyük firma həmişə məsrəf baxımından öz rəqiblərindən üstünlüyə malikdir. Lakin kiçik firmaların bu şəraitdə yaşaması çətindir.

Əgər sahə inhisarçının əlində qalırsa, onda miqyasdan qənaətin mövcudluğu ilə əlaqədar olan faydanı istehlakçılar necə alacaqlar? Bunu izah etmək məqsədilə şəkil 10.3 - də verilmiş azalan LAC uzunmüddətli orta məsrəflər əyrili təbii inhisarı nəzərdən keçirək.

Əgər sahədə inhisar fəaliyyət göstərsə idi, buraxılış Qm, qiymət isə Pm səviyyəsində olardı. İnhisar Pm EBC dörd bucaqlısının sahəsinin ölçüsündə mənfəət alardı. Sahənin cəmiyyət baxımından optimal fəaliyyəti E' nöqtəsi ilə təsvir olunur.



Şəkil 10.3. Təbii inhisarın problemi

Həmin nöqtədə LMC qiymət, əvəzinə eləcədə istehlakçılar üçün əlavə məhsul vahidinin faydalılığı uyğun gəlir. Q' -dən aşağı buraxılış həcmi səmərəsizdir, çünki böyük məhsul istehsalı həcminə görə (LMC əyrisi tələb əyrisindən aşağıda yerləşir) istehsalçılar son məsrəflərin ölçüsündən çox ödəməyə hazırdırlar. Eyni ilə əgər buraxılış Q' - yüksəkdirsə, istehsalın ixtisarı nəticəsində məsrəflərə qənaət istehlakçılar üçün bu məhsulun faydalılığını ötüb keçir (LMC əyrisi tələb əyrisindən yuxarıda yerləşir). Beləliklə, vahid satıcının məhsul buraxılışı Q' həcmində bütövlükdə cəmiyyət baxımından optimaldır. Lakin bazar qüvvələri öz - özlüyündə inhisara gətirib çıxara bilmir. Tənzim olunmayan inhisar isə MR və LMC - in bərabərliyini təmin edərək, Qm həcmdə məhsul istehsal edə bilər, ştrixlənmiş sahə qədər artıq mənfəət alaraq, cəmiyyətin məsrəflərini şərtləndirir. Ona görə də səmərəlilik maraqları bazar qüvvələrinin əvəz edilməsini tələb edir; inhisarçı istehsalçını Qm -də çox istehsal etməyə (qiyməti Pm-dən aşağı təyin etməklə) onun fəaliyyətinin tənzimlənməsi və ya dövlət mülkiyyətinin tətbiqi vasitəsi ilə məcbur etmək lazımdır.

Məlumdur ki, XIX əsrin sonralarındakı iqtisadi inkişaf inhisarın bazar iqtisadiyyatında istehsal və kapitalın təbii təmərküzləşməsindən də təşəkkül tapa bildiyini nümayiş etdirdi. Bu şəraitdə bir satıcıya məxsus olan bazarların qarşısını almaq üçün təmərküzləşmənin belə bir həddinə qanunverici məhdudiyyətlərin qoyulmasına ehtiyac yarandı. İnhisarçılıq müxtəlif zəminlərə əsaslana bilir: istehsalın əhəmiyyətli hissəsini ələ keçirmək, bazarların bölünməsi, qiymətlərin səviyyəsi haqqında aşkar və gizli razılaşmaq, sünii mal qıtlığı yaratmaq və i. a. ilk antiinhisar qanunu 1889-cu ildə Kanada da qəbul edilmişdir. 1890-ci ildə ABŞ-da qəbul olunmuş Şerman qanunu trestləri (yəni iqtisadiyyatın müəyyən sahəsini inhisarlaşdıran birlikləri), həmçinin bazardakı duruma birgə təsir göstərmək məqsədilə rəqabət aparanların gizli razılığa gəlmələrini qadağan etdi. 1914-cü ildə qəbul edilmiş Kleyton qanunu müəyyən növ rəqabətə qarşı fəaliyyətlərə qadağa qoymuşdur. O, təchizat və qiymət ayrı-seçkiliyi sahəsində məhdud işgüzar təcrübəyə, direktorluq yaratmaq məqsədilə birləşmələrə qadağan qoyur. 1936-cı ildə qəbul edilmiş Robinson-Patman qanunu qiymət ayrı-seçkiliyinə qarşı yönəlmişdir. 1947-ci ildə Yaponiyada xüsusi inhisarı qadağan edən qanun qəbul edilmişdir. İngiltərədə antiinhisar qanunçuluğu 1948-1980-cı illərdə qəbul olunmuş aktlarda öz əksini tapmışdır. 1950-ci ildə Seller-Kefover Kleyton qanununa düzəliş verərək, aktivlərin alınması yolu ilə birləşmələri qadağan etdi. Deməli, Kleyton qanunvericilik aktı ilə firmaların üfüqi birləşməsinə qadağa qoyulurdusa, Seller-Kefover düzəlişi şaquli birləşməni məhdudlaşdırdı. Qeyd etmək lazımdır ki, son illərdə dünya ölkələrində antiinhisar siyasətinə mühüm əhəmiyyət verilir, lakin Amerika ölçülərinə görə zəif aparılır, əsas səbəblərdən biri kimi xüsusi məhkəmə proseslərinə icazə verilməməsi göstərilir. Bir sıra ölkələrin hökumətləri öz daxili istehsalçılarmı xarici rəqiblərdən qorumaq üçün yumşaq pozisiya tuturlar və daxili firmalara inhisarçı kimi fəaliyyət aparmağa imkan verirlər.

Respublikamızda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması məqsədilə 4 mart 1993-cü ildə ”Antiinhisar fəaliyyəti haqqında” qanun qəbul edilmişdir. Qanunda inhisarçılığın dövlət, sahə, yerli, maliyyə-kredit, təbii, patent-lisenziya və digər növləri və onların tənzimlənmə vasitələri verilmişdir. Burada inhisarçılıq fəaliyyətinin qarşısının alınması, onun məhdudlaşdırılması və aradan qaldırılması sahəsində tədbirlər və dövlətin nəzarət funksiyası geniş şərh olunmuşdur.



Yüklə 454,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin